Azərbaycanın axtarışa verdiyi “üç müşketyor” - DOSYE

Bakı–Moskva münasibətlərində gərginliyin yeni dalğası: Rusiyada azərbaycanlı diaspor rəhbərinin deportasiyası, Azərbaycanda isə üç Rusiya vətəndaşının beynəlxalq axtarışa verilməsi diqqət çəkir.

Avqustun 17-də Azərbaycan–Rusiya münasibətlərinin nə qədər həssas və kövrək mərhələdə qaldığını göstərən iki hadisə eyni gündə baş verdi.
 

MÖVZU İLƏ BAĞLI: 

SON DƏQİQƏ! Rusiyanın ölkəmizdəki səfiri XİN-ə ÇAĞIRILDI


Bizim.Media xəbər verir ki, əvvəl Rusiya tərəfi Moskvadakı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin rəhbəri Bəxtiyar Həsənovu Azərbaycana deportasiya edilməsi barədə qərarı elan edib. Elə həmin gün axşama doğru Azərbaycan üç Rusiya vətəndaşını – “Moskva 24” telekanalının aparıcısı İvan Knyazevi, siyasi texnoloq və media eksperti Semyon Uralovu, jurnalist və Rusiyanın nəqliyyat nazirinin müşaviri Aleksey Çadayevi beynəlxalq axtarışa verildiyini elan edib.

“Hadisələrin eyni günə təsadüf etməsi ilk baxışdan onları bir-birinə qarşılıqlı cavab addımları kimi qiymətləndirməyə imkan verir. Lakin açıq mənbələrdə Həsənovun deportasiyası ilə Azərbaycanın üç Rusiya vətəndaşı barəsində qərarı arasında birbaşa səbəb-nəticə əlaqəsini təsdiqləyən fakt yoxdur. Həsənovun işi ən azı bir neçə ay əvvəl başlamışdı. Buna görə də bu iki hadisəni birbaşa “cavab tədbiri” adlandırmaq hüquqi baxımdan düzgün olmazdı. Bununla belə, hər iki hadisə son dövrlərdə davam edən Azərbaycan–Rusiya münasibətlərindəki gərginliyin ümumi mənzərəsinə daxil olur”- jam-news.net saytı belə yazır.
 
Azərbaycanın axtarışa verdiyi şəxslərə gəlincə, hər üç şəxs Rusiya ictimai-siyasi və media məkanında tanınan simalardır. Lakin onların fəaliyyət sahələri və siyasi çəkiləri bir-birindən fərqlənir.
 

İvan Knyazev televiziya jurnalisti və aparıcı kimi tanınır. O, “Moskva 24” telekanalında fəaliyyət göstərir. Knyazevin peşəkar fəaliyyəti əsasən televiziya jurnalistikası, xəbər proqramları və media sahəsi ilə bağlıdır. Bu baxımdan üçlükdə ənənəvi jurnalist profili daha qabarıq görünür.
Semyon Uralov isə siyasi texnoloq, publisist və media ekspertidir. O, uzun illər postsovet məkanındakı siyasi prosesləri şərh edib, müxtəlif media layihələrində iştirak edib və siyasi texnologiyalar üzrə fəaliyyət göstərib. Uralov xüsusilə Rusiya, Ukrayna və digər postsovet ölkələrində baş verən siyasi proseslərə dair sərt və kəskin mövqeyi ilə tanınır.


Aleksey Çadayev də jurnalist, politoloq və siyasi analitikdir. Onun fəaliyyətində dövlət idarəçiliyi və Rusiya siyasəti xüsusi yer tutur. Çadayevin digər iki şəxsdən fərqi onun Rusiya nəqliyyat naziri Andrey Nikitinin müşaviri kimi də fəaliyyət göstərməsidir. Bu səbəbdən onun açıqlamaları yalnız jurnalist və ya ekspert mövqeyi kimi deyil, Rusiya siyasi elitası ilə əlaqəli şəxsin fikirləri kimi də diqqət çəkə bilər.

Azərbaycan tərəfinin məlumatına görə, üç Rusiya vətəndaşı Semyon Uralovun YouTube kanalında 14 iyul və 13 avqust tarixlərində yayımlanan proqramlarla bağlı araşdırmaya cəlb olunub.

İstintaq zamanı müəyyən olunub ki, Rusiya Federasiyası vətəndaşları – “Moskva 24” telekanalının aparıcısı, jurnalist Knyazev İvan Andreyeviç, Rusiya Federasiyasında siyasi məsləhətçi və media eksperti kimi özünü təqdim edən Uralov Semyon Sergeyeviç və televiziya jurnalisti və müxbiri kimi fəaliyyət göstərən, Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri Çadayev Aleksey Aleksandroviç 14 iyul 2026-cı il tarixdə “YouTube” platformasında “Семён Уралов” adlı kanalda yayımlanan “Чистота понимания” verilişində Azərbaycan Respublikasına qarşı zorakı üsulların tətbiq edilməsi, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanması, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarla çıxış etmələrinə əsaslı şübhələr müəyyən edilib.
 

Bundan başqa, həmin şəxslər 13 avqust 2026-cı il tarixdə qeyd olunan kanalda yayımlanan verilişdə Azərbaycan Respublikasına qarşı zorakı üsullardan istifadə edilməsi, o cümlədən ayrı-ayrı şəxslərin birbaşa fiziki məhvetmə təhlükəsi altında saxlanılması və ünvanlı şəkildə sıradan çıxarılması barədə fikirlər səsləndirərək terrorçuluğa açıq çağırışlar etmələrinə əsaslı şübhələr müəyyən olunub. Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.2 (dövlə əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci maddələri (milli nifrət və düşmənçiliyin salınması) ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.


 Toplanmış sübutlar əsasında Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2, 281.2 və 283.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, həmin şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənar olduqlarından axtarış elan olunaraq məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib. Eyni zamanda, təqsirləndirilən şəxslərin tərəfdaş dövlətlərin ərazisində müəyyən edilərək tutulması və Azərbaycan Respublikasına təqdim olunması məqsədilə aidiyyəti dövlət qurumlarına Baş Prokurorluq tərəfindən müvafiq müraciətlər edilib, habelə onların İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışının təşkili istiqamətində zəruri tədbirlər görülüb.

Əlbəttə ki, ölkəmizə qarşı böyük qələt etmiş bu şəxslər indi qorxuya düşərək Azərbaycanın mövqeyi ilə razılaşmırlar. Aleksey Çadayev ona qarşı milli ədavəti qızışdırmaq ittihamını qəbul etməyib. Semyon Uralov da Azərbaycanın hüquq-mühafizə orqanlarının qərarını “siyasi motivli” adlandırıb. O, sonrakı Telegram paylaşımlarında da postsovet ölkələrinin siyasi sistemlərini, o cümlədən Azərbaycan hakimiyyətinə dil uzatmaqda davam edib.
 

Yada salaq ki, 2022-ci il 22 fevralında iki ölkə prezidenti arasında Moskvada imzalanmış müttəfiqlik haqqında bəyannamənin 41 və 42-ci bəndlərində tərəflərin media, humanitar və informasiya sahəsində əlaqələri inkişaf etdirməsi, obyektiv informasiya mühitinin təşviq olunması və qarşılıqlı informasiya əlaqələrinin dəstəklənməsi nəzərdə tutulurdu. Amma elə həmin ilin iyununda “RİA Novosti” agentliyinin Azərbaycanın ərazi bütövlüyünə zidd material yaydı, rəsmi Bakı buna etiraz olaraq onları ölkəmizdə blokladı (hələ də davam edir). Bu cür anti-Azərbaycan ritorikası Rusiya mediasında davamlı olaraq müşahidə edilir. Elə çox da uzaq olmayan keçmişdə “Rossiya 1" dövlət telekanalında yayımlanan reportajda hazırda Ukraynada döyüşən ermənilərin geyimində “artsax” yazılı şevronlar və separatçı simvollar nümayiş etdirilib.


Rusiyanın XİN rəhbəri Sergey Lavrov isə ötən ay Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə iki ölkənin informasiya məkanındakı mənfi fondan giley edərək, birbaşa media əlaqələrinin inkişafının vacibliyini bildirmişdi. Ekspertlər Moskvanın bu təşəbbüsünü son dövrlər koordinasiyalı şəkildə artan informasiya hücumları fonunda gərginliyi azaltmaq cəhdi kimi dəyərləndirirsə də, görünür ki, bu gözlənti əbəsmiş. Rusiya mediasında anti-Azərbaycan əhvalın son sübutu da həmin üç nəfərin Azərbaycana qarşı tutduqları düşmən mövqedir...

Sirr deyil ki, Azərbaycan və Rusiya arasında münasibətlər son illərdə bir sıra ciddi sınaqlardan keçib. Buna baxmayaraq, Bakı və Moskva arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində əlaqələr davam edir. Amma Rusiyanın informasiya məkanında Azərbaycan hakimiyyətinə qarşı getdikcə sərtləşən ritorika yeni qarşıdurma xəttinin formalaşdığını göstərir... (Mənbə: (Musavat.com)
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi – FOTO

Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi – FOTO

Bakıda köhnə tikilidə baş verən yanğın söndürüldü – YENİLƏNİB/VİDEO

Bakıda köhnə tikilidə baş verən yanğın söndürüldü – YENİLƏNİB/VİDEO

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

SON DƏQİQƏ! Rezidenturaya qəbulun nəticələri ELAN OLUNDU

SON DƏQİQƏ! Rezidenturaya qəbulun nəticələri ELAN OLUNDU

Nərminə Kamala yeni vəzifə verildi

Nərminə Kamala yeni vəzifə verildi

ADY: İlk 7 ayda 1861 çən vaqon yuyulub –FOTO/VİDEO

ADY: İlk 7 ayda 1861 çən vaqon yuyulub –FOTO/VİDEO

Qurban Qurbanovun konfransı Bakıda olacaq

Qurban Qurbanovun konfransı Bakıda olacaq

Avtobus və taksi ilə daşınan sərnişinlərin sayı AÇIQLANDI

Avtobus və taksi ilə daşınan sərnişinlərin sayı AÇIQLANDI

Elektrikli avtomobillərin daha bir mənfi cəhəti üzə çıxdı — Açıqlama

Elektrikli avtomobillərin daha bir mənfi cəhəti üzə çıxdı — Açıqlama

Vəkil Elşad Məmmədov SAXLANILDI

Vəkil Elşad Məmmədov SAXLANILDI

Azərbaycanın qeyri-neft-qaz sektorunda iqtisadi artımla bağlı PROQNOZU

Azərbaycanın qeyri-neft-qaz sektorunda iqtisadi artımla bağlı PROQNOZU

Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri DSX-nin hospitalını və hərbi hissələrini ziyarət etdi – FOTO

Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri DSX-nin hospitalını və hərbi hissələrini ziyarət etdi – FOTO

Dənizlə qayanın min illik sevgisinə kimlər beton tökür? – VİDEO

Dənizlə qayanın min illik sevgisinə kimlər beton tökür? – VİDEO

107 il Vətən keşiyində - Şimal sərhədindən VİDEOREPORTAJ

107 il Vətən keşiyində - Şimal sərhədindən VİDEOREPORTAJ

Tale Heydərov anası ilə şəklini paylaşdı – FOTO

Tale Heydərov anası ilə şəklini paylaşdı – FOTO

Azərbaycanın axtarışa verdiyi “üç müşketyor” - DOSYE

Azərbaycanın axtarışa verdiyi “üç müşketyor” - DOSYE

TƏBİB sədri baş həkimi işdən çıxardı - Yenisini təyin etdi

TƏBİB sədri baş həkimi işdən çıxardı - Yenisini təyin etdi

Sabah dörd rayonda qaz kəsiləcək – SİYAHI

Sabah dörd rayonda qaz kəsiləcək – SİYAHI

Arvadını öldürən şəxs: “"Bizim kinomuz bura qədər idi" deyərək çox sayda bıçaq zərbəsi endirdim"

Arvadını öldürən şəxs: “"Bizim kinomuz bura qədər idi" deyərək çox sayda bıçaq zərbəsi endirdim"

Azərbaycanda çoxuşaqlı anaların SAYI AÇIQLANDI

Azərbaycanda çoxuşaqlı anaların SAYI AÇIQLANDI

SON DƏQİQƏ! Rusiyanın ölkəmizdəki səfiri XİN-ə ÇAĞIRILDI

SON DƏQİQƏ! Rusiyanın ölkəmizdəki səfiri XİN-ə ÇAĞIRILDI

Nazirliklər işçi axtarır: Dörd min manata yaxın maaş

Nazirliklər işçi axtarır: Dörd min manata yaxın maaş

Sabah 37 dərəcə isti olacaq – PROQNOZ

Sabah 37 dərəcə isti olacaq – PROQNOZ

Təranə Tağıyeva: “Ukraynada müharibə şəraitində xidmət göstərmək böyük fədakarlıq tələb edir” – FOTO

Təranə Tağıyeva: “Ukraynada müharibə şəraitində xidmət göstərmək böyük fədakarlıq tələb edir” – FOTO

End of content

No more pages to load

RADİO