Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında paylaşım edilib.
"Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşdüm. 20 ildən artıq davam edən tanışlığımız əsnasında xoş xatirələrimizi bölüşdük, Azərbaycan–Ukrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində gördüyümüz birgə işləri xatırladıq və əlaqələrin gələcək perspektivləri barədə fikir mübadiləsi apardıq.
Görüş zamanı Ukraynanın Azərbaycandakı səfiri tərəfindən mənə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi", - paylaşımda qeyd edilib.
Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşdüm.
— İlham Əliyev (@azpresident) August 17, 2026
20 ildən artıq davam edən tanışlığımız əsnasında xoş xatirələrimizi bölüşdük, Azərbaycan–Ukrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində gördüyümüz birgə işləri xatırladıq və əlaqələrin… pic.twitter.com/6CA8eO6ELS
Bizim.Media