Azərbaycanın Özbəkistana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov etimadnaməsinin surətini Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidova təqdim edib.
Bizim.Media xəbər verir ki, bu barədə Özbəksitan XİN-in “X” hesabında bildirilib.
Qeyd edilib ki, görüş zamanı siyasi dialoqun yüksək dinamikasının qorunub saxlanmasına, ticarət, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə, həmçinin nəqliyyat və logistika sahələrində birgə layihələrin irəlilədilməsinə xüsusi diqqət yetirilib.


Bizim.Media