Paşinyanın “TƏMİZLƏMƏ ƏMƏLİYYATI” – Revanşist qüvvələr necə sıradan çıxarılır?

Ermənistanda parlament seçkilərindən sonra nisbi sakitlik müşahidə olunsa da siyasi gərginlik qalmaqdadır. Gərginliyi yaradansa müxalif qüvvələrdir.

Revanşistlərin mandat oyunu

Parlament seçkilərində hakim partiyaya uduzun müxalifət qüvvələri əvvəlcə seçkilərin nəticələrini tanımadıqlarını elan etdilər. Lakin az sonra istər Robert Koçaryanın rəhbəri olduğu "Ermənistan" bloku, istərsə də Samvel Karapetyanın "Güclü Ermənistan" bloku əldə edilmiş mandatlardan istifadə edəcəklərini bəyan etdilər.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan Ermənistanı şüşəyə çırpılan quşa bənzətdi - VİDEO


Təbii ki, müxalifətin bu qərarı hakim partiyaya əlavə güc və danışmağa mövzu verdi. Elə ilk bəyanat Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyandan gəldi. O, deputat mandatlarını qəbul edən müxalif siyasi qüvvələri sərt tənqid etdi. Rubinyan sözügedən şəxslərin mandatdan "ədalətdən yayınmaq" üçün bir vasitə kimi istifadə etməyə çalışacaqlarını bildirdi:

“Amma onların bu cəhdlərinin uğursuzluqla nəticələnəcək. Onlar mandatlarından istifadə edərək ədalətdən yayınmağa çalışacaqlar. Lakin bu, işə yaramayacaq".

Bununla paralel Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan etdi ki,  müxalifət liderləri ciddi cinayət məsuliyyətinə cəlb olunmalı, onların qanunsuz yolla əldə edilmiş aktivlərinin dövlətin xeyrinə müsadirəsi prosesi isə əhəmiyyətli dərəcədə sürətləndirilməlidir:

“Bu məsələ ilə bağlı mövqeyimiz dəyişməyib. Bu qüvvələrin rəhbərləri Ermənistan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşımalıdırlar. Onlar ictimaiyyətə artıq məlum olan hallara görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Nəticə etibarı ilə, bu qüvvələr siyasi qüvvələr deyil. Onlar oliqarxik sistemi təmsil edirlər. Bütün cinayətkar-oliqarxik klan qanun qarşısında məsuliyyət daşımalı və qanunsuz yolla əldə edilmiş bütün əmlak müsadirə olunmalıdır".

O, xüsusilə "müharibə partiyası"na və "iqtisadi talan partiyasına" qarşı yönəlmiş hüquqi prosedurların gücləndirilməsinin vacibliyini qeyd edərək, onların aradan qaldırılmasının yeni administrasiya üçün əsas siyasi vəzifə olduğunu vurğuladı.

Ardıcıl cinayət işləri

Seçkilərdən bir neçə gün sonra Ermənistan Baş Prokurorluğu ölkənin ikinci prezidenti, “Ermənistan” blokunun lideri Robert Köçəryan, eləcə də deputatlığa namizədlər Asatur Köçəryan və Ruslan Barseğyan barəsində cinayət təqibinin başlanmasına icazə verilməsi üçün Mərkəzi Seçki Komissiyasına müraciət etdi.

Eyni zamanda “Güclü Ermənistan” partiyasının lideri, “Taşir Qrup” holdinqinin prezidenti Samvel Karapetyanın silahdaşlarına qarşı cinayət işi başlanıldı.

Təbii ki, "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Çarukyana da həbsxana yolu göründü.

Serj Sarkisyan da yoldaşlarından geri qalmayıb. Belə ki, iyulun  20-də Ermənistan İstintaq Komitəsi sabiq prezident Serj Sarkisyan barəsində tarixi-mədəni abidənin satışı ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaqı başa çatdırıb. Serj Sarkisyana vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmaq maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işi ittiham aktı ilə birlikdə baxılması üçün Ermənistan Prokurorluğuna göndərilib.

Proses yeni mərhələyə daxil olur...

Ermənistan Baş Prokurorluğunun təqdimatına əsasən artıq bəzi mandatların ləğvinə başlanıb. Məsələn iki gün öncə Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) Baş Prokurorluğun vəsatəti əsasında müxalif "Güclü Ermənistan" partiyasının liderlərindən biri Narek Karapetyanı deputat toxunulmazlığından məhrum edib.

Yəqin ki, prosesin davamı gələcək. Ermənistanın baş naziri Nikol Paşinyan seçkidən dərhal sonra bəyan etdiyi kimi hərbi və siyasi müxalifətdə təmizləmə əməliyyatını davam etdirir.

Əslində Paşinyanın başqa yolu da qalmayıb. Çünki Rusiyaya bağlı siyasi qüvvələr, revanşistlər və ultramillətçilər heç cür Paşinyan iqtidarını qəbu edə bilmir. Siyasi səhnədə uduzan bu qüvvələr alternativ yollara əl atırlar. Bütün cəhdlərsə Paşinyanın siyasi sonunu gətirməyə hesablanıb.

Məsələn, 3 həftə əvvəl Samvel Karapetyan açıq şəkildə gizli planlarının olduğunu etiraf etmişdi:

“Biz Paşinyanın ən qısa zamanda devrilməsi yolunu seçəcəyik. Ehtiyac yaranarsa, küçə hərəkatı da səfərbər olunacaq”.

Təbii ki, bu tip çağırışlar həm ölkədə sabitliyi pozur, həm də qeyri-qanuni yolla hakimiyyətə gəlməyi təşviq edir.

Nəzərə alaq ki, istər Koçaryanın, istər Karapetyanın, istər Çarukyanın əlində kifayət qədər iqtisadi güc var.

Halbuki bu gücü onlar qanunsuz yollarla əldə ediblər. Hətta 30 illik işğal dövründə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurdakı təbii sərvətləri müxtəlif yollarla bu cinayətkarlar tərəfindən talanıb, xaricə daşınıb.

Paşinyan bütün sahələrdə hücuma keçir...

Erməni baş nazir Ermənistandakı təxribatçı qüvvələrə qarşı bütün vasitələrlə mübarizə aparır. Həbslərlə yanaşı, təxribatçı qüvvələrin qanunsuz yolla əldə edilən əmlaklarına əl qoyulur.

Məsələn son bir ayda Qaqik Çarukyanın "Araratsement" QSC-nə, Samvel Karapetyanın bəzi şirkətlərinə Baş Prokurorluq tərəfindən həbs qoyulub. Bununla da hakimiyyət radikal müxalifətin iqtisadi dayaqlarını zəiflətmək istəyir.

Digər tərəfdən hakim partiya radikal müxalifəti siyasi müstəvidə ifşa etməkdə davam edir. Məlumdur ki, Ermənistandakı müxalifət Moskva ilə sıx əlaqələrə malikdir. Bu isə müəyyən mənada Paşinyanın əlin fürsət verir ki, həm Koçaryanı, həm Karapetyanı, həm də digərlərini milli və dəvləti xəyanətdə ittiham etsin.

Ona görə də hazırkı vəziyyətdə Paşinyan daha qətiyyətli görünür. Maraqlıdır ki, müxalifətin də hər hansı ciddi müqaviməti müşahidə edilmir.

Belə olan halda, Paşinyanın “təmizləmə əməliyyatı”nı uğurla başa çatdırmaq ehtimalı kifayət qədər böyükdür.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gənc ailələri SEVİNDİRƏCƏK TƏKLİF – Mənzil güzəştləri GÜNDƏMDƏ

Gənc ailələri SEVİNDİRƏCƏK TƏKLİF – Mənzil güzəştləri GÜNDƏMDƏ

Futbol klubunun prezidenti güllələnərək öldürüldü

Futbol klubunun prezidenti güllələnərək öldürüldü

Komitə sədrindən sənədsiz evlərlə bağlı AÇIQLAMA

Komitə sədrindən sənədsiz evlərlə bağlı AÇIQLAMA

Xarici pasportunuzda buna diqqət edin: Əks halda geri QAYTARILACAQSINIZ!

Xarici pasportunuzda buna diqqət edin: Əks halda geri QAYTARILACAQSINIZ!

Qubada növbəti bədbəxt hadisə: Ağacdan yıxılan 70 yaşlı kişi vəfat etdi

Qubada növbəti bədbəxt hadisə: Ağacdan yıxılan 70 yaşlı kişi vəfat etdi

Cennifer Lorens Zak Kreqqerin yeni filmində rol alacaq

Cennifer Lorens Zak Kreqqerin yeni filmində rol alacaq

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO/VİDEO

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO/VİDEO

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Taksi sürücülərinin sabah imtahanı var

Taksi sürücülərinin sabah imtahanı var

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

End of content

No more pages to load

RADİO