Azərbaycan ABŞ-nin Cənubi Qafqaz doktrinasını necə dəyişir?- ANALİZ

Şuşada keçirilən IV Beynəlxalq Media Forumda prezident İlham Əliyevə ünvanlanan suallardan biri də Azərbaycan və ABŞ arasındakı hazırkı münasibətlərlə bağlı idi. Prezident bu münasibətlərin səviyyəsi və dinamikası ilə bağlı nikbin danışdı. Xüsusi olaraq vurğuladı ki, mövcud ABŞ administrasiyası ilə xoş münasibətlər fonunda hətta məşhur "907-ci düzəliş" belə hər hansı mənfi təsirə malik deyil.

Bütün bunlar Azərbaycan və ABŞ arasındakı yeni tendensiyaların təhlil olunmasına rəvac verir.

Soyuq müharibədən sonra ABŞ-ın Cənubi Qafqaz siyasəti uzun illər üç əsas məqsəd üzərində qurulmuşdu: Rusiyanın təsirini məhdudlaşdırmaq, Xəzər enerji resurslarını dünya bazarlarına çıxarmaq və regionda yeni genişmiqyaslı müharibənin alovlanmasının qarşısını almaq. Sonuncu məqsəd, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünün bərpasını əngəlləyirdi.

Bütövlükdə Ağ Evin strategiyasında Azərbaycan vacib tərəfdaş sayılsa da, münasibətlər heç vaxt tam strateji xarakter almamışdı.

Bunun əsas səbəbi Vaşinqtonun regiondakı ən böyük münaqişədə haqlı tərəfi nəzərə almaması, Ermənistan diasporunun ABŞ siyasətinə təsiri və 1992-ci ildə qəbul edilən Azadlığa Dəstək Aktının 907-ci düzəlişi idi.

Nəticədə ABŞ eyni vaxtda həm Azərbaycanın enerji təhlükəsizliyində mühüm tərəfdaşı olur, həm də ona qarşı hüquqi məhdudiyyət tətbiq edən Qərb dövləti kimi paradoksal mövqe nümayiş etdirirdi.

2020-ci ildə İkinci Qarabağ müharibəsi regionun geosiyasi arxitekturasını dəyişsə də, Vaşinqtonun siyasətində fundamental dönüş dərhal baş vermədi. Bayden administrasiyası Cənubi Qafqazdakı yeni reallığı "Ermənistanın təhlükəsizlik narahatlıqları" kontekstində qiymətləndirməyə davam etdi. Bakı isə hesab edirdi ki, ABŞ yeni reallıqları qəbul etmək əvəzinə köhnə status-kvonun siyasi alətlərini qorumağa çalışır. Bu yanaşma ikitərəfli münasibətlərdə etimadın çox ciddi şəkildə zəifləməsinə səbəb oldu.

Məhz buna görə 2025-ci ildə Donald Tramp administrasiyasının hakimiyyətə qayıdışı Azərbaycan üçün yalnız ABŞ-da hakimiyyət dəyişikliyi deyil, Vaşinqtonun regional strategiyasının yenilənməsi kimi qiymətləndirildi.
 

Tramp administrasiyası xarici siyasətdə çürümüş ideoloji meyarlardan daha çox geosiyasi nəticələrə və iqtisadi faydaya üstünlük verən praqmatik yanaşma nümayiş etdirdi. Bu baxımdan Azərbaycan ABŞ üçün artıq sıradan enerji ixracatçısı deyil, Orta Dəhlizin əsas ölkəsi, Avrasiyanın logistika qovşağı, Mərkəzi Asiya ilə Avropanı birləşdirən körpü və regional sabitliyin əsas iştirakçılarından biri kimi ön plana çıxdı.


Bu yeni yanaşmanın kulminasiya nöqtəsi Prezident İlham Əliyevin 2025-ci ilin avqustunda ABŞ-a tarixi səfəri oldu. Səfər zamanı ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi Vaşinqtonun Azərbaycanın regional roluna baxışında keyfiyyət dəyişməsinin göstəricisi idi. Əgər əvvəlki illərdə əməkdaşlıq əsasən enerji və təhlükəsizliklə məhdudlaşırdısa, artıq nəqliyyat dəhlizləri, rəqəmsal iqtisadiyyat, kritik minerallar, süni intellekt, müdafiə sənayesi və regional təhlükəsizlik də əməkdaşlığın prioritet istiqamətlərinə çevrilməyə başladı.

Daha sonra ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Bakıya səfəri və Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyanatın imzalanması bu kursun təsadüfi addım olmadığını göstərdi. ABŞ tarixində vitse-prezident səviyyəsində Bakıya belə səfər həm siyasi simvolizm, həm də institusional məna daşıyırdı. Bu, münasibətlərin şəxsi siyasi iradədən çıxaraq dövlət siyasəti səviyyəsində yeni mərhələyə keçdiyini nümayiş etdirirdi.


Lakin strateji tərəfdaşlıq yalnız yeni sənədlərlə ölçülmür. Onun qarşısında hələ də keçmişdən qalan ciddi hüquqi və siyasi maneələr mövcuddur. Bunların ən mühümü Azadlığa Dəstək Aktının 907-ci düzəlişidir.

907-ci düzəliş ABŞ qanunvericiliyində nadir hallarda rast gəlinən selektiv məhdudiyyət nümunələrindən biridir. O, yalnız Azərbaycana münasibətdə federal yardım proqramlarını məhdudlaşdırırdı. Düzəliş 1992-ci ildə Ermənistanın blokada şəraitində olduğu arqumenti ilə qəbul edilmişdi. Həmin dövrdə Senat üzvü olan Co Bayden bu təşəbbüsün fəal tərəfdarlarından biri idi. Sonrakı onilliklər ərzində isə bu düzəliş ABŞ administrasiyalarının Cənubi Qafqaz siyasətində ən çox müzakirə olunan məsələlərdən birinə çevrildi.

2001-ci il 11 sentyabr hadisələrindən sonra ABŞ administrasiyaları milli təhlükəsizlik maraqlarını nəzərə alaraq hər il 907-ci düzəlişin tətbiqini dayandırmaq məcburiyyətində qaldılar. Bu fakt özü göstərirdi ki, hüquqi norma ilə geosiyasi reallıq arasında ciddi ziddiyyət yaranıb. ABŞ bir tərəfdən Azərbaycanla terrorizmlə mübarizə, Əfqanıstan əməliyyatları, enerji təhlükəsizliyi və regional sabitlik sahəsində əməkdaşlıq edir, digər tərəfdən isə həmin ölkəyə qarşı hüquqi məhdudiyyəti qüvvədə saxlayırdı.
 

Bu gün Azərbaycanın Ermənistan istiqamətində bütün tranzit məhdudiyyətlərini aradan qaldırması, regionda kommunikasiya layihələrinin təşviqi və sülh sazişinin yekun mərhələyə yaxınlaşması 907-ci düzəlişin qəbul edilməsinə səbəb olmuş arqumentləri faktiki olaraq aradan qaldırıb. Belə şəraitdə həmin düzəliş artıq nə siyasi məqsədə xidmət edir, nə də hüquqi baxımdan əvvəlki əsaslandırmasını saxlayır.


Əgər Vaşinqton doğrudan da Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası qurmaq istəyirsə, o zaman 907-ci düzəlişin ləğvi təkcə Azərbaycanla münasibətlərin normallaşdırılması deyil, ABŞ-ın öz regional strategiyasının məntiqi nəticəsi olmalıdır. Bu addım Konqresin dəyişən geosiyasi reallıqları qəbul etdiyini, səhvlərini etiraf etmək və siyasətini yeniləmək qabiliyyətinə malik olduğunu göstərə bilər.

Bütün bunlar Tramp administrasiyasının Cənubi Qafqaz fəlsəfəsini də izah edir. Bayden administrasiyası regionu daha çox geosiyasi rəqabət və dəyərlər siyasəti prizmasından qiymətləndirirdi. Tramp administrasiyası isə sülhü iqtisadi inteqrasiyanın aləti kimi görür. Bu yanaşmada sülh yalnız müharibənin olmaması deyil; nəqliyyat marşrutlarının açılması, investisiya axınının artması, enerji təhlükəsizliyinin möhkəmlənməsi və yeni bazarların formalaşması deməkdir.

Azərbaycan-Ermənistan sülh sazişinin yekunlaşdırılması istiqamətində ABŞ-ın oynadığı rol da bu praqmatik yanaşmanın tərkib hissəsi kimi təqdim edilir. Vaşinqtonun məqsədi təkcə iki ölkə arasında münaqişəni başa çatdırmaq deyil, Cənubi Qafqazı Avropa ilə Mərkəzi Asiyanı birləşdirən sabit iqtisadi dəhlizə çevirməkdir. Belə bir ssenaridə Azərbaycan ABŞ-ın Avrasiya strategiyasında açar geosiyasi tərəfdaş statusu qazanır.

Məhz buna görə Azərbaycan- ABŞ münasibətlərində müşahidə olunan dəyişikliklər ənənəvi diplomatik aktivlikdən daha geniş məna daşıyır. Burada söhbət iki ölkə arasında əlaqələrin yaxşılaşmasından deyil, Vaşinqtonun Cənubi Qafqaz siyasətinin köhnə münaqişə məntiqindən yeni əməkdaşlıq modelinə keçidindən gedir. Bu keçidin davamlılığı isə ilk növbədə ABŞ Konqresinin 907-ci düzəliş kimi keçmişin siyasi mirasından əl çəkməsindən və strateji tərəfdaşlıq anlayışını konkret institusional addımlarla nə dərəcədə möhkəmləndirəcəyindən asılı olacaq.

Taleh ŞAHSUVARLI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağcaqanad sancdığı yer şişərsə nə etməli?

Ağcaqanad sancdığı yer şişərsə nə etməli?

Ermənistanda doğum səviyyəsi kəskin şəkildə azalır

Ermənistanda doğum səviyyəsi kəskin şəkildə azalır

Rusiyanın "İzumrud" gəmisi məhv edildi – FOTO

Rusiyanın "İzumrud" gəmisi məhv edildi – FOTO

Cəmilə İsmayılzadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Cəmilə İsmayılzadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Danla Biliç xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır

Danla Biliç xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır

"Fransadan qorxursan?" sualına Yamaldan CAVAB - FOTO

"Fransadan qorxursan?" sualına Yamaldan CAVAB - FOTO

1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı – Video

1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı – Video

Qalmaqal yaradan REKLAMLAR – Niyə ən çox qadınlar hədəfə ÇEVRİLİR?

Qalmaqal yaradan REKLAMLAR – Niyə ən çox qadınlar hədəfə ÇEVRİLİR?

Göyçayda əməliyyat: HƏBS EDİLƏN VAR - VİDEO

Göyçayda əməliyyat: HƏBS EDİLƏN VAR - VİDEO

İran memorandumun imzalanması zamanı ABŞ-ı üstələyib – "Financial Times"

İran memorandumun imzalanması zamanı ABŞ-ı üstələyib – "Financial Times"

2-ci Dünya müharibəsindən sonra İLK DƏFƏ - Yaponiya kəşfiyyat xidmətini bərpa edir

2-ci Dünya müharibəsindən sonra İLK DƏFƏ - Yaponiya kəşfiyyat xidmətini bərpa edir

Azərbaycan ABŞ-nin Cənubi Qafqaz doktrinasını necə dəyişir?- ANALİZ

Azərbaycan ABŞ-nin Cənubi Qafqaz doktrinasını necə dəyişir?- ANALİZ

Zümrüd Qasımova ayrıldığı həyat yoldaşı ilə - Foto

Zümrüd Qasımova ayrıldığı həyat yoldaşı ilə - Foto

Pelleqrini: Baş Qərvənd kəndindəki məktəb Slovakiya və Azərbaycan dostluğunun simvolu olacaq

Pelleqrini: Baş Qərvənd kəndindəki məktəb Slovakiya və Azərbaycan dostluğunun simvolu olacaq

Zeynəbin axtarışlarına helikopter cəlb olundu - VİDEO

Zeynəbin axtarışlarına helikopter cəlb olundu - VİDEO

TƏBİB-dən vətəndaşlara ÇAĞIRIŞ

TƏBİB-dən vətəndaşlara ÇAĞIRIŞ

Dünya üçün fəlakət tarixi açıqlandı: Okeanlar buxarlanacaq

Dünya üçün fəlakət tarixi açıqlandı: Okeanlar buxarlanacaq

İran gizli silahını İŞƏ SALIR – Dünya iqtisadiyyatı üçün FƏLAKƏT SSENARİSİ

İran gizli silahını İŞƏ SALIR – Dünya iqtisadiyyatı üçün FƏLAKƏT SSENARİSİ

Zaur Nəbioğluna vəzifə verildi

Zaur Nəbioğluna vəzifə verildi

Ağdərədə avtomobil aşdı - Ər-arvad öldü

Ağdərədə avtomobil aşdı - Ər-arvad öldü

XƏBƏRDARLIQ: Sabah Bakıda güclü külək əsəcək

XƏBƏRDARLIQ: Sabah Bakıda güclü külək əsəcək

Azərbaycanda daha iki dövlət qurumu LƏĞV EDİLİR

Azərbaycanda daha iki dövlət qurumu LƏĞV EDİLİR

Qordon İlham Əliyevlə birgə FOTOSUNU paylaşdı

Qordon İlham Əliyevlə birgə FOTOSUNU paylaşdı

Zelenski: Rusiya döyüş meydanında təşəbbüsü əldən verib

Zelenski: Rusiya döyüş meydanında təşəbbüsü əldən verib

End of content

No more pages to load

RADİO