2026-cı ilin ən çox gəlir gətirən filmləri açıqlanıb.
Bizim.Media xəbər verir ki, “People” nəşrinin yaydığı statistikaya görə, hazırda dünya üzrə ən çox kassa gəliri əldə edən film “Hörümçək adam: Yeni gün”dür. Ekran əsəri qlobal prokatda artıq 2,22 milyard dollar gəlir əldə edib.
İkinci pillədə Kristofer Nolanın “Odisseya” filmi qərarlaşıb. Filmin dünya üzrə gəliri 1,45 milyard dollara çatıb. Üçüncü sırada isə “Oyuncaq hekayəsi-5” yer alır – 1,13 milyard dollar.
2026-cı ilin ən çox gəlir gətirən 10 filmi belədir:
“Hörümçək-adam: Yeni gün” – 2,22 milyard dollar
“Odisseya” – 1,45 milyard dollar
“Oyuncaq hekayəsi-5” – 1,13 milyard dollar
“Maykl” – 1,02 milyard dollar
“Super Mario: Qalaktik kino” – 1,01 milyard dollar
“Şeytan Prada geyinir-2” – 693 milyon dollar
“Dünyanın sonu layihəsi” – 684 milyon dollar
“Pegasus-3” – 641 milyon dollar
“Minionlar və canavarlar” – 506 milyon dollar
“Obsessiya” – 502 milyon dollar
Bizim.Media