Bitməyən ikili standartlar, davam edən qərəz – AŞPA-dakı anti-Azərbaycan kampaniyasının PƏRDƏARXASI

İllər keçir, regionda geosiyasi reallıqlar dəyişir, Azərbaycan yeni siyasi və diplomatik mərhələyə qədəm qoyur. Lakin bir sıra beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qərəzli münasibəti dəyişmir. Təşkilatın son illərdə qəbul etdiyi bir sıra sənədlər göstərir ki, burada hüquqi qiymətləndirmədən daha çox əvvəlcədən formalaşmış siyasi mövqe üstünlük təşkil edir.

Necə deyərlər, kor tutduğunu buraxmır...

İyunun 24-də qəbul edilən son qətnamə də bu xəttin davamı olmaqla yanaşı, Assambleyada Azərbaycana qarşı illərdir davam edən qərəzli münasibətin dəyişmədiyini bir daha nümayiş etdirdi.

Bu prosesdə yenə də əsas fiqurlardan biri Almaniya nümayəndə heyətinin rəhbəri Frank Şvabedir. Onun çıxışları və təşəbbüsləri artıq uzun illərdir ki, Azərbaycan əleyhinə aparılan kampaniyanın ayrılmaz hissəsinə çevrilib.


Şvabenin son çıxışı da əvvəlkilərdən fərqlənmədi. O, ölkəmizdəki siyasi proseslər, məhkəmə sistemi, parlamentin fəaliyyəti və seçkilərlə bağlı növbəti dəfə birtərəfli, qərəzli ittihamlar səsləndirdi. Halbuki həmin çıxışda Azərbaycanın mövqeyinə, regionda yaranmış yeni siyasi reallıqlara obyektiv yanaşmanı əks etdirən bir kəlimə belə olmadı.

İllərdir dəyişməyən qərəzli münasibət
 

AŞPA-nın Azərbaycana münasibətini yalnız son qətnamə ilə qiymətləndirmək düzgün olmazdı. Son illər ərzində qəbul olunan sənədlərə, keçirilən müzakirələrə və bəzi avropalı deputatların fəaliyyətinə nəzər saldıqda eyni siyasi xəttin ardıcıl şəkildə davam etdirildiyi açıq görünür. 


Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olub. Lakin 2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində AŞPA işğalçı dövləti - Ermənistanı Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə bir dəfə də olsun qınamayıb.

Bu müddət ərzində Azərbaycanın üzləşdiyi təhlükəsizlik problemləri, işğal faktı, beynəlxalq hüququn kobud şəkildə pozulması və milyonlarla insanın fundamental hüquqlarının tapdanması Assambleyada heç vaxt indiki həssaslıqla müzakirə olunmadı. Təxminən 20 ilə yaxın müddətdə Azərbaycan nümayəndə heyəti erməni işğalının ağır nəticələrini gündəmə gətirərkən isə dedilər ki, AŞPA münaqişə ilə bağlı məsələlərin müzakirəsi üçün düzgün format deyil. 

Əksinə, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsindən sonra təşkilat ölkəmizə qarşı tənqidi ritorikasını daha da sərtləşdirdi. Bu yanaşma AŞPA-da siyasi motivlərin hüquqi prinsiplərdən üstün tutulduğunun bariz sübutudur. Bunun nəticəsidir ki, Azərbaycan nümayəndə heyəti 2024-cü ilin yanvarında AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarını verdi.


Azərbaycan həqiqətlərinə illərlə susanlar

Frank Şvabe və onun təmsil etdiyi siyasi dairələr də insan hüquqları haqqında danışarkən uzun illər bölgədə baş verən ən ağır hüquq pozuntularını görməzlikdən gəliblər.

Otuz ilə yaxın işğal altında qalmış Azərbaycan torpaqlarında yüz minlərlə insan doğma yurdlarından didərgin salındı, şəhərlər və kəndlər yerlə-yeksan edildi, tarixi və dini abidələr məhv edildi. Bir milyona yaxın insan qaçqın və məcburi köçkün həyatı yaşadı. Bütün bunlar beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapsa da, AŞPA tribunasından bu faciələrin miqyasına uyğun siyasi mövqe nümayiş etdirilmədi. Nə Şvabenin, nə də yoldaşlarının dilindən bu günə qədər Xocalıda baş verən soyqırımı, soydaşlarımızın başına gətirilən müsibətlər ilə bağlı bir kəlimə də eşitmədik. 
 

Əgər insan hüquqları universaldırsa, həmin hüquqların azərbaycanlılara münasibətdə də eyni həssaslıqla müdafiə olunması labüddür. Amma AŞPA üçün insan hüquqları universal reallıq deyil, siyasi oyuncaqdır.


Humanizmə susqunluq, cinayətlərə biganəlik

Son illərdə Azərbaycanın nümayiş etdirdiyi humanist addımlar da AŞPA-da lazımi qiymətini almayıb.

Xocalının Meşəli kəndində törədilən qətliamın iştirakçılarından biri olan Vaqif Xaçaturyan nümunəsini xatırlatmaq kifayətdir. Onun məhkəməsi, şahidlərin ifadələri qarşısındakı susqunluğu, timsah gözyaşları fonunda cinayətlərini qəbul etməsi hər birimizin yaxşı yadındadır.

Lakin sonradan Azərbaycan humanizm prinsiplərini əsas tutaraq səhhətində problemlər olan Xaçaturyanı Ermənistana təhvil verdi. Bu addım qisas deyil, humanizm prinsiplərinə əsaslanan dövlət yanaşmasını nümayiş etdirdi. Lakin bu qərara AŞPA tirbunasında səsini çıxaran tapılmadı.  


Eyni yanaşma Qarabağda faydalı qazıntı yataqlarını istismar edən, təbiətə sağalmaz yaralar vuran Ruben Vardanyana münasibətdə də özünü göstərdi. Bu cür cinayət əməllərində əli olan oliqarxa da AŞPA “gözün üstə qaşın var” demədi. Əvəzində Ruben Vardanyanın AŞPA-nın təsis etdiyi Vatslav Havel (Vaclav Havel) İnsan Hüquqları Mükafatına namizəd də göstərildi

Normallaşma prosesinə kölgə salan siyasi gediş

Son qətnamədə diqqət çəkən məqamlardan biri də Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunmuş erməni əsilli şəxslərlə bağlı məsələyə yer verilməməsidir. Lakin bunun özü də bir növ siyasi gediş hesab oluna bilər. Bəllidir ki, Şvabe uzun illər erməni lobbisinin maliyyəsi ilə hərəkət edib, onların tezisləri ilə ölkəmizi hədəf alıb. Onlar hər zaman Azərbaycan-Ermənistan normallaşmasına qarşı çıxıblar.
 

Bu dəfə isə fərqli taktika seçilib, pərdəarxası fiqurların, yəni erməni diasporunun rolunu gizlətmək məqsədilə müharibə cinayətkarlarının məsələsi qətnaməyə daxil edilməyib. Lakin bu yanaşma nə həqiqəti gizlədə, nə də AŞPA-nın, Şvabenin əvvəlki addımlarını unutdura bilər. Xüsusilə də, 2023-cü ilin sentyabrından – antiterror tədbirlərindən sonra ölkəmizə qarşı təzyiqlərin, saxta ittihamların artması fonunda heç bir taktika əsl niyyəti gizlədə bilməz.


Azərbaycanın uğurları bəzi dairələri narahat edir

Göründüyü kimi, son illərdə Azərbaycanın beynəlxalq mövqeyinin əhəmiyyətli dərəcədə güclənməsi, ərazi bütövlüyünün tam bərpa olunması, regionun əsas siyasi və iqtisadi aktorlarından birinə çevrilməsi Avropanın bəzi siyasi dairələrində açıq narahatlıq doğurur.

Azərbaycan artıq enerji təhlükəsizliyində mühüm tərəfdaş, beynəlxalq nəqliyyat layihələrinin əsas iştirakçısı və Cənubi Qafqazda yeni geosiyasi reallıqları formalaşdıran dövlət kimi çıxış edir. Məhz bu uğurlar fonunda ölkəmizə qarşı qərəzli qətnamələrin, çıxışların intensivləşməsi onların hüquqi deyil, siyasi xarakter daşıdığına şübhə yeri qoymur.
 

Əgər məqsəd obyektiv qiymətləndirmə olsaydı, Azərbaycanın regional sabitlik, humanitar təşəbbüslər və beynəlxalq əməkdaşlıq istiqamətində atdığı addımlar da eyni dərəcədə diqqət mərkəzində olardı.


Lakin görünən odur ki, bəzi siyasi dairələr Azərbaycanın əldə etdiyi uğurları qəbul etməkdə çətinlik çəkir və bunu kompensasiya etmək üçün müxtəlif siyasi platformalardan istifadə etməyə çalışırlar.

Etimadın yolu obyektivlikdən keçir

Avropa Şurasının əsas missiyası kağız üzərində hüququn aliliyini, insan hüquqlarını və demokratik dəyərləri qorumaqdır. Lakin bu prinsiplər yalnız bütün üzv dövlətlərə münasibətdə bərabər tətbiq edildiyi halda etibarlı hesab oluna bilər.


Azərbaycana münasibətdə illərdir müşahidə olunan selektiv yanaşma, eyni hadisələrə fərqli meyarlarla qiymət verilməsi və siyasi mövqenin hüquqi arqumentləri üstələməsi AŞPA-nın nüfuzuna ciddi zərbə vurur. Qəbul edilən sənədlər hüquqi obyektivlikdən çox siyasi sifarişə əsaslandıqca, onların beynəlxalq legitimliyi də sual altına düşür.

Belə olan halda, AŞPA-nın qəbul etdiyi qətnamələr beynəlxalq hüququn müdafiəsi kimi deyil, uzun illərdir davam edən siyasi kampaniyanın növbəti halqası kimi qiymətləndiriləcək.

Anar Tahirov, Bizim.Media-nın baş redaktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Android"in Azərbaycan bazarındakı payı kəskin AZALDI

"Android"in Azərbaycan bazarındakı payı kəskin AZALDI

Azərbaycanda ateistlərin sayı: Bu rəqəm çoxlarını təəccübləndirəcək

Azərbaycanda ateistlərin sayı: Bu rəqəm çoxlarını təəccübləndirəcək

Tramp Putinlə görüşün yeganə şərtini AÇIQLADI

Tramp Putinlə görüşün yeganə şərtini AÇIQLADI

Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?

Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?

Sentyabrın 3-də bu küçə və kəndlərdə işıq olmayacaq

Sentyabrın 3-də bu küçə və kəndlərdə işıq olmayacaq

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Fanatından Nurana evlilik təklifi - VİDEO

Fanatından Nurana evlilik təklifi - VİDEO

AB-dən erməni konyakına qadağa - Səbəb?

AB-dən erməni konyakına qadağa - Səbəb?

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

4 BÜRC sentyabrda diqqətli olmalıdır

4 BÜRC sentyabrda diqqətli olmalıdır

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

End of content

No more pages to load

RADİO