Türkiyənin Silivri sahillərində baş verən gəmi qəzasını işıqlandıran "24 TV"nin operatoru Fatih Coşkun hücuma məruz qalıb.
Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, Coşkun hadisə yerində görüntü çəkərkən fiziki hücuma məruz qalıb. Onun döyüldüyü anlar kameraya düşüb.
Hücum edən şəxslərin qəzaya uğrayan və 10 heyət üzvündən xəbər alınmayan "Tuğberk İmamoğlu" gəmisinin heyət üzvlərinin yaxınları olduğu iddia edilir.
Qeyd edək ki, Mərmərə dənizinin Silivri sahillərində Türkiyə bayrağı altında üzən "Alsu" və "Tuğberk İmamoğlu" adlı iki kommersiya gəmisi toqquşub. Toqquşmadan sonra "Tuğberk İmamoğlu" gəmisi ilə əlaqə kəsilib.
Hazırda gəmidə olan 10 heyət üzvünün tapılması üçün axtarış-xilasetmə işləri davam etdirilir. (oxu.az)
Bizim.Media