İlham Əliyev Polşa Prezidentinə məktub göndərdi

Prezident İlham Əliyev Polşa Respublikasının Prezidenti Andjey Dudaya təbrik məktubu göndərib.

Bizim.Media məktubun mətnini təqdim edir:

"Hörmətli cənab Prezident, Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Sizi və dost Polşa xalqını səmimiyyətlə təbrik edirəm.

Azərbaycan-Polşa münasibətləri dərin tarixi köklərə və xoş ənənələrə malikdir. Tarixi əlaqələrimiz müasir dövrdə əməkdaşlığımız üçün möhkəm zəmin yaratmışdır. Xalqlarımız arasında dostluq ənənələrinə söykənən və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərimizin mövcud vəziyyəti məmnunluq doğurur.

Biz Azərbaycan ilə Polşa arasında əlaqələrə böyük əhəmiyyət veririk. Yüksək səviyyəli qarşılıqlı səfərlər, siyasi, iqtisadi-ticari, mədəni və digər sahələrdə genişlənən əməkdaşlıq diplomatik əlaqələrimizin otuz illik tarixini səciyyələndirən cəhətlərdir.

Əlamətdar haldır ki, biz bu il həm də münasibətlərimizin xarakterini bariz şəkildə əks etdirən “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlığa dair yol xəritəsi haqqında Birgə Bəyannamə”nin imzalanmasının beş illiyini qeyd edirik.

Hesab edirəm ki, Azərbaycan ilə Polşa arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı perspektivlər var. İqtisadiyyat, nəqliyyat və digər sahələrdəki mövcud potensialdan tam şəkildə istifadə etməklə əməkdaşlığımızı daha da möhkəmləndirə və genişləndirə bilərik.

Dövlətlərarası münasibətlərin inkişafında davamlı təmaslar və ali səviyyəli səfərlər xüsusi əhəmiyyət daşıyır. Mən Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşlərimizi ən xoş təəssüratlarla xatırlayıram.

İnanıram ki, Azərbaycan-Polşa əlaqələri dövlətlərimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da uğurla inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Polşa xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında civəli termometr bərpa edildi

Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında civəli termometr bərpa edildi

Buzovnada aylardır davam edən yol təmiri – Nə vaxt başa çatacaq? – VİDEO

Buzovnada aylardır davam edən yol təmiri – Nə vaxt başa çatacaq? – VİDEO

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

İqamətgahına 30 qadın gətirib - Səfirin “qonaqları” qalmaqal yaratdı

İqamətgahına 30 qadın gətirib - Səfirin “qonaqları” qalmaqal yaratdı

İmişlidə yanğın törədən şəxs SAXLANILDI

İmişlidə yanğın törədən şəxs SAXLANILDI

Özündən 17 yaş kiçik həmkarı ilə evlənən aktyor 55 yaşında ilk dəfə ata olacaq

Özündən 17 yaş kiçik həmkarı ilə evlənən aktyor 55 yaşında ilk dəfə ata olacaq

32 ölkə İranla bağlı bəyanat yaydı

32 ölkə İranla bağlı bəyanat yaydı

Elnur Məmmədovun ailəsində - Ağır itki

Elnur Məmmədovun ailəsində - Ağır itki

DYP-dən piyadalara MÜRACİƏT

DYP-dən piyadalara MÜRACİƏT

Gəncədə AĞIR QƏZA – Ölən var

Gəncədə AĞIR QƏZA – Ölən var

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Samuxda kütləvi ZƏHƏRLƏNMƏ - Beş nəfər xəstəxanalıq oldu – ADLAR

Samuxda kütləvi ZƏHƏRLƏNMƏ - Beş nəfər xəstəxanalıq oldu – ADLAR

Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş verən insidentin VİDEOSU

Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş verən insidentin VİDEOSU

114 il sonra İLK DƏFƏ – Tam Günəş tutulmasının əsrarəngiz kadrları – VİDEO

114 il sonra İLK DƏFƏ – Tam Günəş tutulmasının əsrarəngiz kadrları – VİDEO

12 milyon avtomobilə təsir edəcək yeni qaydalar

12 milyon avtomobilə təsir edəcək yeni qaydalar

Azərbaycanda ən çox cinayət hadisəsi baş verən bölgələr – SİYAHI

Azərbaycanda ən çox cinayət hadisəsi baş verən bölgələr – SİYAHI

Salvador sahillərində güclü ZƏLZƏLƏ baş verdi

Salvador sahillərində güclü ZƏLZƏLƏ baş verdi

Varlananda dəyişməyən 4 bürc

Varlananda dəyişməyən 4 bürc

ABŞ helikopteri QƏZAYA DÜŞDÜ – Ölənlər var – VİDEO

ABŞ helikopteri QƏZAYA DÜŞDÜ – Ölənlər var – VİDEO

“Kimə lazımdır sən ərə getdin, getmədin?” - Manaf Ağayev

“Kimə lazımdır sən ərə getdin, getmədin?” - Manaf Ağayev

Sosial müavinət alanların nəzərinə

Sosial müavinət alanların nəzərinə

Daha bir əfsanə Bakıya gəlir - Səbəb

Daha bir əfsanə Bakıya gəlir - Səbəb

Dəhşətli havalar gəlir: rekord qırılacaq – Tarix

Dəhşətli havalar gəlir: rekord qırılacaq – Tarix

Bakının mərkəzində YANĞIN – VİDEO

Bakının mərkəzində YANĞIN – VİDEO

End of content

No more pages to load

RADİO