Gəncədə hadisəsi ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Yeni Gəncə yaşayış massivi ərazisində baş verib.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1991-ci il təvəllüdlü Anar Sadıqovu vurub. Ağır xəsarət alan yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu