Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.
İlkin 5 nəfərin Gəncə Abbas Səhət adına Birləşmiş Xəstəxananın infeksion xəstəliklər bölməsinə yerləşdirildiyi deyilir. Həmin şəxslərin ət məhsulundan zəhərləndiyi ehtimal olunur.
Onlar Kəlbəcər, Daşkəsən və Gəncə şəhər sakinləridir.
Xəstəxanaya yerləşdirilən şəxslər Seymur Əliyev (1984), Elçin Cabbarov (1986), Mehriban Orucova (1975), Azər Allahverdiyev (1980), Məlahət Allahverdiyevadır (1976).
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu