Somalinin yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Somali Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdinur Dahir Fidounu qəbul edib.

Bizim.Media xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Qəbula görə minnətdarlığını bildirən Abdinur Dahir Fidou Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Hasan Şeyx Mahmuda çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı ötən il ölkələrimiz arasında dostluq münasibətlərində yeni səhifə açmış Somali Prezidentinin Azərbaycana rəsmi səfərini xatırladaraq, həmin səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığını, əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra sənədlərin imzalandığını vurğuladı.

Azərbaycan Prezidenti ölkələrimiz arasında yaxşı siyasi münasibətlərin olduğunu deyərək, iqtisadi əməkdaşlığı genişləndirməyin önəminə toxundu.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.

Somalinin Azərbaycanda səfiri təyin olunmasından məmnunluğunu bildirən Abdinur Dahir Fidou ölkələrimiz arasında münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyini dedi.

Söhbət zamanı ikitərəfli və çoxtərəfli formatlarda, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edildi, son dövrlərdə təmasların intensivləşdiyi və qarşılıqlı səfərlərin sayının artdığı vurğulandı.

Görüşdə iqtisadiyyat, ticarət və digər sahələrdə əlaqələri genişləndirmək üçün yaxşı potensialın olduğu bildirildi.

Somali Prezidentinin ölkəmizə rəsmi səfəri çərçivəsində imzalanmış sənədə əsasən, bu ölkədə “ASAN xidmət” təcrübəsinin tətbiqi ilə bağlı işlərin davam etdirildiyi vurğulandı.

Elm və təhsil sahələrində əməkdaşlığa toxunuldu, hələ sovet dövründə Somalidən çoxsaylı tələbənin ölkəmizdə təhsil aldığı və bu ənənənin hazırda da davam etdiyi qeyd olundu. Bu xüsusda Somalidən olan tələbələrin Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil aldıqları bildirildi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Read Qasımov: “Ulu Öndərin rəhbərliyi dövründə memarlıq irsinin bərpası sistemli xarakter alıb”

Read Qasımov: “Ulu Öndərin rəhbərliyi dövründə memarlıq irsinin bərpası sistemli xarakter alıb”

Azərbaycanda İLK: Bu yolda sürət həddi 130 olacaq – RƏSMİ

Azərbaycanda İLK: Bu yolda sürət həddi 130 olacaq – RƏSMİ

“Qəbələ” legioneri ilə müqaviləni UZATDI

“Qəbələ” legioneri ilə müqaviləni UZATDI

Keçmiş qayınatasını güllələdi: 24 dəfə atəş açıb - VİDEO

Keçmiş qayınatasını güllələdi: 24 dəfə atəş açıb - VİDEO

“NNS Klinika”nın fəaliyyəti DAYANDIRILDI – RƏSMİ

“NNS Klinika”nın fəaliyyəti DAYANDIRILDI – RƏSMİ

Azərbaycanda tanınmış bazar sökülür

Azərbaycanda tanınmış bazar sökülür

Heykəllərdə kirilcə yazılar hələ də QALIR – QR-kod nə vaxt TƏTBİQ OLUNACAQ?

Heykəllərdə kirilcə yazılar hələ də QALIR – QR-kod nə vaxt TƏTBİQ OLUNACAQ?

Ən çox iş saatı bu ayda OLACAQ

Ən çox iş saatı bu ayda OLACAQ

Hamilə həyat yoldaşının meyiti ilə 10 gün eyni evdə qalan ərdən ŞOK SÖZLƏR – FOTO-VİDEO

Hamilə həyat yoldaşının meyiti ilə 10 gün eyni evdə qalan ərdən ŞOK SÖZLƏR – FOTO-VİDEO

Şakira: “Bu qadınlar üçün cəhənnəmdə xüsusi yer var”

Şakira: “Bu qadınlar üçün cəhənnəmdə xüsusi yer var”

Ağdama dolu yağıb – VİDEO

Ağdama dolu yağıb – VİDEO

"Bitcoin"in qiyməti son 4 həftənin ən yüksək səviyyəsinə çatdı

"Bitcoin"in qiyməti son 4 həftənin ən yüksək səviyyəsinə çatdı

Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq rəhbəri Trampı “psixi xəstə” adlandırdı

Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq rəhbəri Trampı “psixi xəstə” adlandırdı

Bakıda yeni tikilmiş binada PARTLAYIŞ - Ölən var - VİDEO

Bakıda yeni tikilmiş binada PARTLAYIŞ - Ölən var - VİDEO

Aleyna Tilki: “8 yaşımda aldatmağın nə olduğunu öyrəndim” – FOTO-VİDEO

Aleyna Tilki: “8 yaşımda aldatmağın nə olduğunu öyrəndim” – FOTO-VİDEO

İsmayıllıda taksi sürücüsünə xəsarət yetirib avtomobilini oğurladılar - FOTO

İsmayıllıda taksi sürücüsünə xəsarət yetirib avtomobilini oğurladılar - FOTO

Macarıstanda Madyar DÖNƏMİ – Budapeştin xarici siyasəti necə dəyişəcək? – ÖZƏL AÇIQLAMA

Macarıstanda Madyar DÖNƏMİ – Budapeştin xarici siyasəti necə dəyişəcək? – ÖZƏL AÇIQLAMA

Leyla və Alena Əliyevalar Bakıda beynəlxalq konfransın AÇILIŞ MƏRASİMİNDƏ – FOTO

Leyla və Alena Əliyevalar Bakıda beynəlxalq konfransın AÇILIŞ MƏRASİMİNDƏ – FOTO

Bu il sərnişin qatarlarına neçə dəfə daş atılıb? – RƏSMİ CAVAB

Bu il sərnişin qatarlarına neçə dəfə daş atılıb? – RƏSMİ CAVAB

Türkiyənin 78 illik ayaqqabı nəhəngi iflas oldu - VİDEO

Türkiyənin 78 illik ayaqqabı nəhəngi iflas oldu - VİDEO

Miri Yusif 2006-cı ildə həbs olunub? – ÖZÜNDƏN AÇIQLAMA

Miri Yusif 2006-cı ildə həbs olunub? – ÖZÜNDƏN AÇIQLAMA

Pensiyaçılara ŞAD XƏBƏR!

Pensiyaçılara ŞAD XƏBƏR!

Ukraynada bəndlər, limanlar və yanacaq anbarları BOMBALANDI - VİDEO

Ukraynada bəndlər, limanlar və yanacaq anbarları BOMBALANDI - VİDEO

Məşhur aktrisanın ETİRAFI: Məni yalnız cazibədar qadın rollarına çəkirdilər - FOTO/VİDEO

Məşhur aktrisanın ETİRAFI: Məni yalnız cazibədar qadın rollarına çəkirdilər - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO