Azərbaycanda İLK: Bu yolda sürət həddi 130 km olacaq – RƏSMİ

Ödənişli avtomagistrallarda maksimum sürət həddi saatda 130 km təsdiqlənib.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişikliyi imzalayıb.

Belə ki, minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri yaşayış məntəqələrindən kənardakı ödənişli avtomagistrallarda - sürət həddi saatda 130 kilometrdən çox, digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə ödənişli avtomagistrallarda maksimum sürət saatda 90 kilometrdən çox olmamalıdır.

Bundan başqa, "Avtomobil yolları haqqında" qanuna dəyişikliklə avtomagistral anlayışının çərçivəsində dəyişiklik edilib.

Belə ki, bu Qanunla avtomagistral - bu qanunla müəyyən edilmiş hərəkət rejiminə malik olan, başlanğıcı və qurtaracağı müvafiq olaraq 5.1 və 5.2 nişanları ilə işarələnən, biri-birindən ayırıcı zolaq və digər konstruktiv elementlərlə ayrılan və fərqli hərəkət istiqamətləri üçün nəzərdə tutulan hərəkət hissələrinə malik, digər yollarla, o cümlədən dəmiryol, tramvay, velosiped yolları və ya piyada zolağı ilə bir səviyyədə kəsişməsi olmayan, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilən yoldur.
 

Yeni əlavə edilən anlayışla nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilməsi və orada saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə haqqı ödədikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi ona qaytarılır.

 

Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində ona maddi zərər vurulmuşdursa, nəqliyyat vasitəsinin sahibi inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

Həmçinin bu maddənin birinci hissəsinin 9-cu və 10-cu bəndlərinə uyğun olaraq mühafizə olunan duracağa gətirilmiş nəqliyyat vasitəsinin orada saxlanılması üçün haqq nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanmağa başlayır.

Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına səbəb olan inzibati xəta haqqında işin icraatına xitam verildikdə və ya xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada nəqliyyat vasitəsinin sahibinə qaytarılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vaşinqtonda İsrail ilə Livan arasında DANIŞIQLAR BAŞLAYIB

Vaşinqtonda İsrail ilə Livan arasında DANIŞIQLAR BAŞLAYIB

DİQQƏT: Bu ərazidə qaz OLMAYACAQ

DİQQƏT: Bu ərazidə qaz OLMAYACAQ

Rasim Balayevin məzarından VİDEO

Rasim Balayevin məzarından VİDEO

Uşaq qidasından həşərat çıxıb? - Nəzarətə götürüldü - VİDEO

Uşaq qidasından həşərat çıxıb? - Nəzarətə götürüldü - VİDEO

Qusarın Hil kəndində işıq problemi həll olunur - İcra başçısı sakinlərlə görüşdü - FOTO

Qusarın Hil kəndində işıq problemi həll olunur - İcra başçısı sakinlərlə görüşdü - FOTO

“İranlılar Azərbaycanın dəstəyini xatırlayacaqlar...” - FOTO

“İranlılar Azərbaycanın dəstəyini xatırlayacaqlar...” - FOTO

Xoşqədəm Hidayətqızından TƏSİRLİ PAYLAŞIM: “İnanmazdım ki, sənsiz bir dəqiqə belə yaşaya bilərəm...” - VİDEO

Xoşqədəm Hidayətqızından TƏSİRLİ PAYLAŞIM: “İnanmazdım ki, sənsiz bir dəqiqə belə yaşaya bilərəm...” - VİDEO

Müharibəyə görə Azərbaycandan həcc ziyarəti TƏXİRƏ SALINACAQ? - Rəsmi AÇIQLAMA

Müharibəyə görə Azərbaycandan həcc ziyarəti TƏXİRƏ SALINACAQ? - Rəsmi AÇIQLAMA

Övladları birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

Övladları birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

Ərdoğan Madyarı təbrik etdi

Ərdoğan Madyarı təbrik etdi

Ceyhun Bayramov Mixail Qaluzini qəbul etdi

Ceyhun Bayramov Mixail Qaluzini qəbul etdi

Fövqəladə hallar nazirinə İKİ MÜAVİN təyin olundu - FOTO

Fövqəladə hallar nazirinə İKİ MÜAVİN təyin olundu - FOTO

Minatəmizləmə fəaliyyəti ilə bağlı haqların məbləği təsdiqlənib - SİYAHI

Minatəmizləmə fəaliyyəti ilə bağlı haqların məbləği təsdiqlənib - SİYAHI

Vüsal Şilderin qətlinin sifarişçisinin FOTOSU

Vüsal Şilderin qətlinin sifarişçisinin FOTOSU

Baş nazir su ilə bağlı ödəniş məbləğlərini TƏSDİQLƏDi - CƏDVƏL

Baş nazir su ilə bağlı ödəniş məbləğlərini TƏSDİQLƏDi - CƏDVƏL

Atalıq məzuniyyəti verilən kişilərin sayı məlum olub

Atalıq məzuniyyəti verilən kişilərin sayı məlum olub

Sahibə Qafarova İstanbula getdi - FOTO

Sahibə Qafarova İstanbula getdi - FOTO

Əkizlərin, üçəmlərin, doğulan qız və oğlanların SAYI – SON İKİ AYDA

Əkizlərin, üçəmlərin, doğulan qız və oğlanların SAYI – SON İKİ AYDA

Qətər İranla bağlı İDDİALARI təkzib etdi - VİDEO

Qətər İranla bağlı İDDİALARI təkzib etdi - VİDEO

İran gəmiləri Hörmüz boğazında blokadanı yarıb - FOTO

İran gəmiləri Hörmüz boğazında blokadanı yarıb - FOTO

Doğum sayı azalıb, ölümlər artıb - RƏSMİ STATİSTİKA

Doğum sayı azalıb, ölümlər artıb - RƏSMİ STATİSTİKA

Azərbaycanda əhalinin gəlirləri bu qədər ARTDI

Azərbaycanda əhalinin gəlirləri bu qədər ARTDI

Aytəkin Alxaslıdan efirdə duyğulu ANLAR – VİDEO

Aytəkin Alxaslıdan efirdə duyğulu ANLAR – VİDEO

Evlənənlərin sayı KƏSKİN AZALDI – Boşanmalar isə...

Evlənənlərin sayı KƏSKİN AZALDI – Boşanmalar isə...

End of content

No more pages to load

RADİO