"Qəbələ" Prins Ovusu ilə bağlı qərar qəbul edib.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə klubu Ovusunun müqavilənin müddətini 2028-ci ilin iyun ayınadək uzadılıb.
Qeyd edək ki, 20 yaşlı vinger “Qəbələ”nin heyətində keçirdiyi 29 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib.
Qananın Nayan Akademiyasından transfer olunan futbolçu ötən mövsüm “Qəbələ”nin U-19 komandasında çıxış edib.
Bizim.Media