Məşhur müğənni Aleyna Tilki qatıldığı proqramda uşaqlıq illəri ilə bağlı etdiyi etirafla gündəmə gəlib. 8 yaşında yaşadığı bir hadisədən danışan Tilki “Aldatmağın nə olduğunu bilmirdim, amma o uşaq çox üzülmüşdü” sözləri ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, “Hitmakers | Arem & Arman” proqramına qonaq olan Aleyna Tilki kiçik yaşlarında başına gələn bir hadisəni belə danışıb:
“8 yaşım olanda aldadıldım. Xoşum gələn biri var idi, amma mən də başqa birini aldadıb onunla sevgili olmuşdum.”
Həmin dövrdə yaşadığı vəziyyətin mahiyyətini anlamadığını bildirən Tilki hisslərini belə ifadə edib:
“Bunun necə bir şey olduğunu mən də bilmirdim, amma o uşaq çox üzülmüşdü, mən də bunu belə başa düşmüşdüm.”



Bizim.Media