Leyla və Alena Əliyevalar Bakıda beynəlxalq konfransın AÇILIŞ MƏRASİMİNDƏ – FOTO

Aprelin 14-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanın regional təhlükəsizlik təşəbbüslərinə verdiyi töhfələrin onun artan rolunu aydın şəkildə nümayiş etdirdiyini deyib.

O bildirib ki, ölkəmizin AQEM-ə sədrliyi çərçivəsində qarşılıqlı etimadın gücləndirilməsi xüsusilə əhəmiyyətlidir.

Çünki gender bərabərliyi, sosial inkişaf və qadınların səlahiyyətləndirilməsi artıq seçim deyil, zərurət kimi ön plana çıxır.

Komitə sədri qeyd edib ki, qadınların rəqəmsal iqtisadiyyata, xüsusilə süni intellekt sahəsinə cəlb olunmaları dayanıqlı inkişaf baxımından mühüm addımlardan biridir. Onların rəqəmsal mühitdə birbaşa iştirakı sosial dayanıqlılığın güclənməsinə töhfə verir.

“Azərbaycanda bu istiqamətdə həyata keçirilən fəaliyyətlər nümunəvi xarakter daşıyır. Qadınların dayanıqlı kənd təsərrüfatında və digər sahələrdə fəallığının artırılması, eyni zamanda, onların liderlik potensialının gücləndirilməsi və tətbiq olunan siyasətlərin səmərəliliyinin yüksəldilməsi xüsusi əhəmiyyət daşıyır. Həmçinin onların regional və beynəlxalq platformalarda fəal iştirakı dialoq üçün daha geniş imkanlar yaradır.

Qadınların səlahiyyətləndirilməsini real təcrübəyə və konkret nəticələrə çevirmək əsas hədəflərdən biri olmalıdır. Artıq güclü təşəbbüsləri və həyata keçirilən fəaliyyətləri praktik müstəviyə keçirməyin vaxtıdır”, - deyə komitə sədri vurğulayıb.

Açılış mərasimində çıxış edən Leyla Əliyeva bildirib ki, bu gün qadınların fəal iştirakı cəmiyyətin inkişafında mühüm rol oynayırlar.

Onlar uğurlu sahibkarlar, elm adamları, rəssamlar və liderlərdir.

Azərbaycanda qadınların rolunun daim yüksək qiymətləndirildiyini, onlara hörmətin mədəniyyətimizin və ənənələrimizin həmişə bir hissəsi olduğunu söyləyən L.Əliyeva deyib:

“Bu gün bütün Azərbaycan üzrə qadınlar biznes qurur, ictimai təşəbbüslərə rəhbərlik edir və real təsir yaradırlar. Təkcə keçən il qadınlar Azərbaycanda məşğul əhalinin təxminən 50 faizini təşkil edirdi ki, bu da onların iqtisadiyyatımızda fəal və vacib rol oynadıqlarını göstərir”.

O qeyd edib ki, bu gün Azərbaycanın AQEM-ə sədrliyinin davamlı inkişaf və qərar qəbuletmədə qadınların səslərini fəal şəkildə dəstəklədiyini görmək çox xoşdur.

“AQEM Qadınlar Şurasının yaradılması vacib bir təşəbbüsdür”, - deyən Leyla Əliyeva konstruktiv ideyaları əməllərə çevirməkdə bu platformaya uğurlar arzulayıb.

AQEM-in Baş katibi Kayrat Sarıbay isə beynəlxalq və regional təşkilatların qadınların səlahiyyətlərinin artırılması istiqamətindəki qlobal səylərdə mühüm tərəfdaşlar olduqlarını deyib.

Baş katib diqqətə çatdırıb ki, onlar bu prosesdən kənarda qala bilməzlər. AQEM də daxil olmaqla, çoxtərəfli platformalar normaların formalaşmasına kömək edir, dialoqu asanlaşdırır və üzv dövlətlər arasında ən yaxşı təcrübələrin mübadiləsinə şərait yaradır.

Kayrat Sarıbay qeyd edib ki, etimadın gücləndirilməsi, iqtisadi artım və əməkdaşlığa yönələn AQEM Asiyada 28 üzv dövləti birləşdirir.

Bu üzvlük dünya əhalisinin demək olar yarısını təşkil edən iqtisadi inkişaf, demoqrafik meyillər, mədəni dinamika və sosial strukturlar baxımından böyük bir müxtəlifliyi təmsil edir.

Son onilliklər ərzində Asiyada nəzərəçarpacaq irəliləyişlər olsa da, siyasətdə, iqtisadi liderlikdə, sülh quruculuğunda və ya iqlim dəyişikliyi müzakirələrində, eləcə də bir çox qərar qəbuletmə sahələrində qadınların səsi hələ də daha az eşidilir. Bu da bugünkü konfransımızın mövzusunu daha da aktual edir.

Konfransda, eyni zamanda, “UN Women” təşkilatının İcraçı direktoru Sima Sami Bahousun videomüraciəti təqdim edilib.

Sima Sami Bahous diqqətə çatdırıb ki, AQEM Qadınlar Şurasının yaradılması yüksək qiymətləndirilməlidir. Bu mühüm təşəbbüs qadınların dayanıqlı inkişafın mərkəzində yer almaları istiqamətində atılan əhəmiyyətli addımdır.

O, bu platformanın qadınların səsinin daha aydın eşidilməsinə, onların qərarvermə proseslərində iştirakının genişlənməsinə və regional əməkdaşlığın güclənməsinə töhfə verəcəyinə inandığını vurğulayıb.

Qeyd edək ki, konfrans çərçivəsində “Kiçik və orta biznesdə qadın sahibkarlığı:

Süni intellekt və rəqəmsallaşmanın imkanları” və “Ətraf mühitin qorunması və dayanıqlılığın gücləndirilməsində qadın liderliyi” mövzuları müzakirə olunacaq.

Konfransın davamı olaraq AQEM Qadınlar Şurasının ilk iclasının keçirilməsi, iclasın üzv dövlətlər arasında koordinasiya, dialoq və təcrübə mübadiləsinə yönəlmiş mandatının rəsmi olaraq tətbiq edilməsi gözlənilir.






































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Dua Lipanın toy FOTOLARI

Dua Lipanın toy FOTOLARI

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Gəncədə qadın evində ölü tapıldı

Gəncədə qadın evində ölü tapıldı

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir

Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir

AYB-nin Mingəçevir bölməsinin sədri vəfat etdi

AYB-nin Mingəçevir bölməsinin sədri vəfat etdi

İsrail ordusuna Livanda atəşi dayandırmaq ƏMRİ VERİLDİ

İsrail ordusuna Livanda atəşi dayandırmaq ƏMRİ VERİLDİ

Əhalinin içki və siqaretə xərclədiyi pul açıqlandı

Əhalinin içki və siqaretə xərclədiyi pul açıqlandı

End of content

No more pages to load

RADİO