Azərbaycanın güclənən QLOBAL MÖVQEYİ – Davos Forumunun nəticələri və gələcək PERSPEKTİVLƏR

Məlum olduğu kimi, Prezident İlham Əliyev 19-22 yanvar tarixlərində İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumunun İllik toplantısında iştirak edib.

Dövlət başçısının səfəri həm diplomatik və həm də iqtisadi əməkdaşlıqların inkişafı baxımından bir sıra mühüm hadisələrlə yadda qaldı.

Prezident İlham Əliyev 4 gün ərzində dövlət və hökumət başçıları, rəsmilər və şirkət rəhbərləri də daxil olmaqla 19 görüş keçirib.

Bundan əlavə, Dövlət başçısı “Euronews” kanalına müsahibə verib, “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasda, “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə, Ümumdünya İqtisadi Forumu çərçivəsində panel iclasda, “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimində iştirak edib.

Davos platformasında Azərbaycanın qlobal mövqeyi

Prezident İlham Əliyevin Davos Ümumdünya İqtisadi Forumunda iştirakı və keçirdiyi yüksək səviyyəli görüşlər Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir. Dünyanın aparıcı siyasi və iqtisadi aktorlarının bir araya gəldiyi bu platformada Azərbaycanın ardıcıl şəkildə təmsil olunması rəsmi Bakının artıq təkcə regional deyil, qlobal gündəmdə söz sahibi olan dövlət statusunu möhkəmləndirdiyini göstərir.
 

Davos-2026-da səsləndirilən mesajlar və aparılan müzakirələr Azərbaycanın dəyişən geosiyasi reallıqlar fonunda tutduğu mövqeyi aydın şəkildə ortaya qoydu. Forum çərçivəsində enerji təhlükəsizliyi, yaşıl enerji keçidi və nəqliyyat-logistika dəhlizləri ətrafında aparılan müzakirələr Azərbaycanın qlobal iqtisadi və strateji proseslərdə artan rolunu təsdiqlədi.


Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilən Azərbaycan artıq yalnız resurs təminatçısı deyil, uzunmüddətli və etibarlı əməkdaşlıq modeli təqdim edən aktor kimi qəbul olunur. Bu yanaşma ölkənin beynəlxalq etimadını və strateji əhəmiyyətini daha da artırır.

İnkişafa hesablanmış perspektivlər

Milli Məclisin deputatı Asim Mollazadə Bizim.Media-ya açıqlamasında bildirib ki, Davos Forumu fonunda Azərbaycanla aparıcı dünya şirkətləri arasında investisiya yönümlü əməkdaşlıq genişlənəcək:

“Davos İqtisadi Forumunda Azərbaycan Prezidenti ölkəmizin mövqeyini, regionda sülh və əməkdaşlıq istiqamətində əldə edilən inkişafı, nəqliyyat və enerji sahəsində uğurla həyata keçirilən addımları vurğuladı. Dünyanın aparıcı şirkət və maliyyə institutlarının rəhbərləri ilə keçirilən görüşlərdə isə inkişafa hesablanmış gələcək perspektivlər müzakirə edildi. Bu isə o deməkdir ki, onlarla investisiya yönümlü əməkdaşlıq güclənəcək. Bunun isə Azərbaycan və region üçün böyük əhəmiyyəti var”.

“Sülh Şurası” və Azərbaycanın strateji tərəfdaşlıq xətti

Davosda Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla görüşü xüsusi siyasi məna daşıyır. Bu təmas Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, Bakının Vaşinqton tərəfindən etibarlı və proqnozlaşdırılan strateji tərəfdaş kimi dəyərləndirildiyini göstərir.
 

Görüş zamanı regional və qlobal təhlükəsizlik məsələlərinin müzakirəsi Azərbaycanın Cənubi Qafqaz və Avrasiya məkanında artan geosiyasi çəkisinin sübutudur. Məhz bu kontekstdə ABŞ-ın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”na Azərbaycanın təsisçi üzv kimi dəvət olunması rəsmi Bakının beynəlxalq sülh gündəliyindəki rolunun qlobal miqyasda tanınmasıdır.


Postmünaqişə təcrübəsi, balanslı xarici siyasəti və çoxtərəfli diplomatiyada fəallığı Azərbaycanın bu platformada yer almasını şərtləndirən əsas amillərdir. Bu addım rəsmi Bakının regional sülh təşəbbüslərini qlobal səviyyəyə daşımaq niyyətinin göstəricisidir.

Azərbaycanın növbəti diplomatik uğuru

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə qeyd edib ki, Davos Forumu Azərbaycanın məqsəd və hədəflərə çatması baxımından növbəti vacib və önəmli mərhələ oldu:

“Prosesə baxanda deyə bilərik ki, Davos Forumu bir çox baxımdan Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdi. Prezident İlham Əliyev tədbir çərçivəsində çoxsaylı görüşlər keçirdi.
 

Həmin görüşlər içərisində ABŞ Prezidenti Donald Trampla görüşü xüsusi olaraq qeyd etməliyik. Bu mənada hesab edirəm ki, Davos forumu Azərbaycan üçün böyük fürsət və imkanlar yaradan mühüm bir tədbir kimi yadda qalacaq. Bu, Azərbaycanın məqsəd və hədəflərinə çatması baxımından növbəti vacib və önəmli mərhələ oldu. Azərbaycan region və dünya miqyasında liderliyi ciddi bir formada qəbul edilir ki, bu da davamlı olaraq ölkəmizin uğurlarına töhfə verir”.


Beləliklə, Davos Forumu Azərbaycanın beynəlxalq nüfuzunun, diplomatik manevr imkanlarının və strateji baxışının nümayiş olunduğu mühüm platforma rolunu oynadı. Prezident İlham Əliyevin verdiyi mesajlar göstərdi ki, Azərbaycan yalnız mövcud reallıqlara uyğunlaşan deyil, eyni zamanda qlobal proseslərə təsir göstərən, təşəbbüskar və məsuliyyətli aktor kimi çıxış edir. Bu yanaşma ölkənin gələcək mərhələdə beynəlxalq siyasətdə rolunun daha da artacağının növbəti sübutudur.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Polşada “uşaq-vampirlər”in basdırıldığı qəbiristanlıq tapıldı - FOTO

Polşada “uşaq-vampirlər”in basdırıldığı qəbiristanlıq tapıldı - FOTO

Mal əti niyə bahalaşır? - VİDEO

Mal əti niyə bahalaşır? - VİDEO

Qazaxın azad edilən kəndlərində SÖKÜNTÜ başlayır

Qazaxın azad edilən kəndlərində SÖKÜNTÜ başlayır

End of content

No more pages to load

RADİO