Dövlətin gücü və xalqın BİRLİYİ - Prezidentin Yeni il müraciətindən TARİXİ MESAJLAR

Xəbər verdiyimiz kimi, dekabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciət edib. Azərbaycan Prezidenti müraciətində ölkəmiz, o cümlədən regional və beynəlxalq əhəmiyyətli məsələlərlə bağlı tarixi mesajlar verib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Azərbaycan xalqına müraciət edib - YENİLƏNİB/VİDEO


Azərbaycan liderinin səsləndirdiyi fikirlər həm mövcud siyasi-iqtisadi mənzərəni nümayiş etdirib, həm də ölkəmizin daxili və xarici siyasətindəki prioritetlərini müəyyən edib.

Güclü ordu, güclü dövlət

Dövlətimizin başçısı bəyan edib ki, 44 günlük müharibədən sonra ordu quruculuğu istiqamətində böyük uğurlara imza atılıb:

“Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artırıb, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırılıb. Yeni yaradılmış Komando Qüvvələrinin say tərkibi artıq minlərlə əsgər və zabitdən ibarətdir”.

Təbii ki, bu tədbirlərin həyata keçirilməsi Azərbaycanın yeni müharibəyə hazırlığından xəbər vermir. Bugünkü dünyada hər bir ölkə ilk növbədə öz təhlükəsizliyi haqqında ciddi düşünməlidir.

Çünki dünyanın ədalət tərəzisi pozulub, beynəlxalq hüquq normaları işləmir. “Kim güclüdür, o da haqlıdır” prinsipi bir çox ölkələr tərəfindən əsas prinsip kimi qəbul edilir. Azərbaycan da bu reallıqlar fonunda təhlükəsizliyini təmin etmək məqsədilə öz hərbi potensialını artırır.

Azərbaycanın iqtisadi gücü – valyuta ehtiyatlarında rekord

İxtiyari ölkənin güclü olması üçün iqtisadi inkişaf dinamikası davamlı olmalıdır.

Azərbaycan Prezidenti son müraciətində bəyan edib ki, Azərbaycanın valyuta ehtiyatları xarici borcunu 16 dəfə üstələyir. Bu da ölkə daxilində təkcə iqtisadi sabitliyi qoruyub inkişaf etdirmir, həm də  dünyanın aparıcı reytinq agentliklərində Azərbaycanın kredit reytinqini yüksəldir.

Ölkə başçısı qeyd edib ki, bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - 80 milyard dollardan artıqdır:

“Bizim xarici borcumuz daha da aşağı düşüb, bu gün ümumdaxili məhsulumuzun cəmi 6,3 faizini təşkil edir. Bir halda ki, bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm 100 faizdir, ondan da çoxdur”.

Məhz bu səbəbdən istənilən beynəlxalq maliyyə institutu Azərbaycana həvəslə kredit ayırır, eyni zamanda beynəlxalq investorlar üçün Azərbaycan cəlbedici ölkə hesab olunur.

Uğurla davam edən “Böyük Qayıdış”

Bununla belə Azərbaycan artıq iqtisadi yüklənməyə imkan vermir, daha çox daxili investisiyalara diqqət ayırır. Bu investisiyalar isə əsasən işğaldan azad olunmuş ərazilərə yönəldilib. Çünki Qarabağ və Şərqi Zəngəzurdakı meqa layihələr, yenidənqurma işləri Azərbaycan dövlətinin öz imkanları hesabına aparılır.

Ölkə başçısı son müraciətində qeyd edib ki, “Böyük Qayıdış” Proqramı uğurla icra edilərək işğaldan azad edilmiş ərazilərdə bu gün böyük quruculuq işləri aparılır və artıq 70 minə yaxın insan orada yaşayır, çalışır, təhsil alır. Son 5 ildə 32 kənd, qəsəbə və şəhər tam müasir tələblər səviyyəsində yenidən qurulub.

Beynəlxalq aktora çevrilən Azərbaycan

Azərbaycan lideri xalqımıza müraciətində ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan da bəhs edib. Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycana dünyada böyük hörmətlə yanaşırlar.

Bu gün dünyanın aparıcı beynəlxalq aktorları Azərbaycanla əməkdaşlıq etmək üçün müxtəlif təkliflər irəli sürürlər. Şimal-Cənub və Qərb-Şərq  dəhlizlərinin daha da inkişaf etirilməsi üçün həm Çindən, həm də Avropa dövlətlərindən ölkəmizə əməkdaşlıq təklifləri gəlir.

Bundan əlavə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinində xüsusi paya malikdir. Avropanın 15-dən artıq ölkəsi artıq Azərbaycanın iqtisadi tərəfdaşıdır. Bu ölkələr hər il  Azərbaycandan böyük ölçüdə neft və qaz alırlar. Beləcə ticarət balansında vəziyyət sürətlə ölkəmizin xeyrinə dəyişir.

Azərbaycanın artan beynəlxalq göstəricilərindən biri də ötən il  ölkəmizin D-8 beynəlxalq təşkilatına üzv olmasıdır. Nəzərə alaq ki, 30 il əvvəl yaranan bu təşkilat ilk dəfə öz sıralarını genişləndirir. Özü də Azərbaycanın hesabına...

Təbii ki, ölkəmizin artan nüfuzu təkcə iqtisadi gücü ilə bağlı deyil. Bu həm də Azərbaycanın qətiyyəti hesabına əldə olunub. Azərbaycan Prezidenti müraciətində vurğulayıb ki, biz hər zaman bərabərhüquqlu tərəfdaşlığın tərəfdarı olmuşuq:
 

“Biz heç vaxt imkan verməmişik ki, kimsə bizim işimizə qarışsın, kimsə bizə nəyisə diktə etsin, kimsə bizə yuxarıdan aşağı baxsın. Biz müqavimət göstərmişik, biz ciddi iradəmizi ortaya qoymuşuq, heç kimin qarşısında baş əyməmişik, heç kimə imkan verməmişik və verməyəcəyik ki, bizim işimizə qarışsın”.

 

Məhz bu qətiyyət hesabına son illərdə Azərbaycana beynəlxalq təzyiqlər azalıb.

Tarixi Zəfərin yaratdığı reallıqlar

Ötən il regionda sabitliyin və davamlı sülhün təmin olunması üçün tarixi addımlar atılıb. 8 avqust 2025-ci ildə Ağ Evdə sülh sazişi layihəsinin paraflanması bu istiqamətdə ən mühüm irəliləyiş oldu. Bu barədə danışan Prezident İlham Əliyev son müraciətində qeyd edib ki, Ağ Evdə, Amerika Prezidentinin iştirakı ilə sülh sazişi layihəsinin paraflanması ilə 30 il ərzində əsas vəzifəmiz olan ərazi bütövlüyümüzün bərpası və bütün dünya tərəfindən bunun qəbul edilməsi məsələsi öz həllini tapdı.

Üstəlik, ATƏT-in Minsk qrupunun ləğvi ilə Qarabağ münaqişəsi beynəlxalq gündəmdən tamamilə silindi.

Müharibənin faktiki olaraq başa çatması ilə həm də Cənubi Qafqaza sülh gəlib. Bu sülhün davamlı olması üçün Azərbaycan müxtəlif təşəbbüslərlə çıxış edir.

Təsadüfi deyil ki, Zəfər çalmış ölkə kimi Azərbaycan məğlub edilmiş Ermənistana sülh əlini uzadır. Belə ki, ötən il Azərbaycan üzərindən Ermənistana ilk tranzit yüklər çatdırıldı. Eyni zamanda son 35 ildə Azərbaycanla Ermənistan arasında ilk ticari münasibətlər quruldu. - Ermənistan Azərbaycandan Aİ-95 markalı benzinin ilk partiyasını aldı.

“Vahid Türk Ailəsi” istiqamətində tarixi addımlar

2025-ci ildə Türk dövlətlərinin daha da yaxınlaşması üçün Azərbaycan uğurlu moderator çıxış edib. Türk dövlətlərinin liderləri ötən il Azərbaycana toplanıb, vacib müzakirələr və məsləhətləşmələr aparıblar.

Bu məsələyə toxunan ölkə başçısı son müraciətində qeyd edib ki, Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü bizim ailəmiz olan Türk dünyasının birləşməsi istiqamətində önəmli addım olub. 

Təbii ki, Türk dövlətləri ilə hərtərəfli əlaqələrin genişlənməsi istiqamətində daha bir addım Azərbaycanın bu il Orta Asiya ölkələrinin Məşvərət Şurasının tamhüquqlu üzvü seçilməsidir. Bu qərar Azərbaycana Türk dövlətləri ilə tarixi əlaqələri tam şəkildə bərpa etmək üçün yeni imkanlar yaradacaq.

Bu addım həm də Azərbaycanın Qərblə paralel Şərqə də uğurla inteqrasiya etdiyinin sübutudur.

“Hər bir azərbaycanlının arxasında güclü Azərbaycan dövləti dayanıb”

Dünyanın hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının taleyi Azərbaycan dövləti üçün qiymətlidir, önəmlidir.

Xalqa müraciətində bu məsələyə də diqqət çəkən Azərbaycan Prezidenti bəyan edib ki, bizi - azərbaycanlıları ortaq tarix, dilimiz, köklərimiz, mədəniyyətimiz birləşdirir:
 

“Azərbaycanlılar hansı ölkədə yaşamalarından asılı olmayaraq, bilirlər və bilməlidirlər ki, onların Ana Vətəni müstəqil Azərbaycan dövlətidir. Hər bir azərbaycanlı bilməlidir ki, onların arxasında güclü Azərbaycan dövləti dayanıb”.


Prezident İlham Əliyevin 31 dekabr müraciəti göstərdi ki, Azərbaycan bu gün güclü orduya, dayanıqlı iqtisadiyyata və aydın strateji baxışa malik dövlətdir. Hərbi təhlükəsizlik, iqtisadi müstəqillik, azad edilmiş ərazilərin bərpası, beynəlxalq nüfuzun artması və regionda sülh təşəbbüsləri bir-birini tamamlayan vahid dövlət siyasətinin tərkib hissəsidir. Dövlət başçısının müraciəti həm əldə olunmuş tarixi nailiyyətlərin ümumiləşdirilməsi, həm də Azərbaycanın gələcək inkişaf yolunun, prioritetlərinin və dəyişməz qətiyyətinin aydın mesajı idi.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prokuror sayt rəhbərinə 12 il iş İSTƏDİ

Prokuror sayt rəhbərinə 12 il iş İSTƏDİ

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi AÇIQLANDI

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi AÇIQLANDI

Zelenski və ABŞ nümayəndə heyəti arasında görüş başlayıb - VİDEO

Zelenski və ABŞ nümayəndə heyəti arasında görüş başlayıb - VİDEO

Fransaya gedən azərbaycanlıların nəzərinə - XİN-dən XƏBƏRDARLIQ

Fransaya gedən azərbaycanlıların nəzərinə - XİN-dən XƏBƏRDARLIQ

Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub - FOTO

Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub - FOTO

Xorvatiya şirkətləri Qarabağ layihələrində iştiraka dəvət olundu - FOTO

Xorvatiya şirkətləri Qarabağ layihələrində iştiraka dəvət olundu - FOTO

Kanslerdən ÇAĞIRIŞ: “Avropanın suverenliyinin gücləndirilməsi prosesi sürətlənməlidir”

Kanslerdən ÇAĞIRIŞ: “Avropanın suverenliyinin gücləndirilməsi prosesi sürətlənməlidir”

İran XİN-dən Azərbaycanda hicab məsələsinə REAKSİYA – VİDEO

İran XİN-dən Azərbaycanda hicab məsələsinə REAKSİYA – VİDEO

Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” sərgisinin açılışında - FOTO

Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” sərgisinin açılışında - FOTO

Dobropolye Ukraynanın nəzarətindədir: Budanov Putinin neçə aldadıldığını açıqladı

Dobropolye Ukraynanın nəzarətindədir: Budanov Putinin neçə aldadıldığını açıqladı

3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Qonşunu öldürüb həyətində basdıran cütlüyə prokuror cəza istədi

Qonşunu öldürüb həyətində basdıran cütlüyə prokuror cəza istədi

Azərbaycanlı reper azadlığa çıxanda cərimə ödəməyib – YENİ DETALLAR

Azərbaycanlı reper azadlığa çıxanda cərimə ödəməyib – YENİ DETALLAR

Dövlət rəsmilərinin yaxınlarını hədəf alan kiberdələduzlarla bağlı XƏBƏRDARLIQ

Dövlət rəsmilərinin yaxınlarını hədəf alan kiberdələduzlarla bağlı XƏBƏRDARLIQ

"Qarabağ" və "Neftçi" CƏRİMƏLƏNDİ – SƏBƏB

"Qarabağ" və "Neftçi" CƏRİMƏLƏNDİ – SƏBƏB

Eldar Namazov Ramiz Mehdiyevlə məhkəmə üzləşməsindən danışdı: "Dediklərimi təsdiq etdi" – FOTO

Eldar Namazov Ramiz Mehdiyevlə məhkəmə üzləşməsindən danışdı: "Dediklərimi təsdiq etdi" – FOTO

Bakıda söküntü zamanı su borusu partladı – VİDEO

Bakıda söküntü zamanı su borusu partladı – VİDEO

Bank məlumatlarını süni intellektlə bölüşənlərə XƏBƏRDARLIQ

Bank məlumatlarını süni intellektlə bölüşənlərə XƏBƏRDARLIQ

Evi obyektə çevirib saxta alkoqollu içkilər hazırladılar – FOTO

Evi obyektə çevirib saxta alkoqollu içkilər hazırladılar – FOTO

Vuçiç: “Üçüncü Dünya Müharibəsi labüddür” – VİDEO

Vuçiç: “Üçüncü Dünya Müharibəsi labüddür” – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Sabahdan bu yol bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Sabahdan bu yol bağlanacaq

Qaxda məktəbdə şagird sinif yoldaşına xəsarət yetirdi

Qaxda məktəbdə şagird sinif yoldaşına xəsarət yetirdi

Ukrayna ilə bağlı yeni danışıqların keçiriləcəyi ölkə açıqlandı

Ukrayna ilə bağlı yeni danışıqların keçiriləcəyi ölkə açıqlandı

Sahibə Qafarova TÜRKPA-nın plenar iclasında çıxış etdi - FOTO

Sahibə Qafarova TÜRKPA-nın plenar iclasında çıxış etdi - FOTO

End of content

No more pages to load

RADİO