Sahibə Qafarova Litva Prezidenti ilə görüşdə: “Artıq Ermənistanla Azərbaycan arasında münaqişə mövcud deyil” - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Litvaya rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Qinatas Nauseda ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən xəbərə görə, Litva Prezidenti Milli Məclisin sədrini salamlayaraq, Azərbaycanın Litva üçün dost və vacib tərəfdaş ölkə olduğunu diqqətə çatdırıb. 

O, ölkəsinin regionda sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu bildirərək, Litvanın ölkələrin ərazi bütövlüyü prinsipinə dəstəyini ifadə edib.

Qinatas Nauseda Litvanın Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığı, ölkəmizin Şərq tərəfdaşlığında iştirakını dəstəklədiyini, həmçinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin dekabrda Brüsseldə Avropa İttifaqının VI Şərq Tərəfdaşlığı Sammitində iştirakını alqışladığını bildirib.

Spiker Sahibə Qafarova göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, bu səfərin onun Azərbaycan Respublikası Milli Məclisinin sədri kimi Litvaya ilk səfəri olduğunu qeyd edib və bu səfərin iki ölkənin qanunverici orqanları arasında münasibətlərin daha da dərinləşməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Azərbaycan və Litva arasında münasibətlərin inkişafında iki ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin xüsusi önəm daşıdığını deyən Milli Məclisin sədri bu səfərlər zamanı imzalanmış sənədlərin ölkələrimiz arasında əlaqələri yeni səviyyəyə qaldırdığını vurğulayıb.
Söhbət zamanı Sahibə Qafarova Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri, ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolu barədə danışıb.

Daha sonra Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsidə qazandığı Qələbə və regionda yaranmış yeni reallıq barədə də məlumat verib. O, bildirib ki, Azərbaycan bu qələbə sayəsində öz ərazi bütövlüyünü bərpa edib və işğal faktına son qoyub.

Spiker qeyd edib ki, artıq Ermənistanla Azərbaycan arasında münaqişə mövcud deyil. Ölkəmiz hazırda işğaldan azad etdiyi ərazilərinin bərpasını həyata keçirir.

Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan Ermənistana suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlanması, regionda bütün kommunikasiyaların bərpası və münasibətlərin normallaşmasına gətirib çıxaracaq sülh sazişinin imzalanması ilə bağlı bir sıra təkliflər verib. 

O deyib ki, Ermənistan regionda yeni reallığı düzgün qiymətləndirməli, sülh və sabitliyin bərqərar olması istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-də nadir avtomatik “Lada” satışa çıxarıldı

ABŞ-də nadir avtomatik “Lada” satışa çıxarıldı

Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama

Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama

"Xanımlar, kişilərin arxasınca qaçmayın" – VİDEO

"Xanımlar, kişilərin arxasınca qaçmayın" – VİDEO

65 yaşdan sonra hansı müəllimləri işdə saxlayırlar?

65 yaşdan sonra hansı müəllimləri işdə saxlayırlar?

Pul xərcləyəndə qazananlar: Maliyyə baxımından ən zəkalı 3 BÜRC

Pul xərcləyəndə qazananlar: Maliyyə baxımından ən zəkalı 3 BÜRC

Çin sədrinin ABŞ-yə səfər TARİXİ AÇIQLANDI

Çin sədrinin ABŞ-yə səfər TARİXİ AÇIQLANDI

Meqan Markl şouda təqdim edilərkən "təhqir edildi"

Meqan Markl şouda təqdim edilərkən "təhqir edildi"

Ən ağıllı BÜRCLƏR

Ən ağıllı BÜRCLƏR

ABŞ-nin zərbələri nəticəsində İranda ölənlərin SAYI

ABŞ-nin zərbələri nəticəsində İranda ölənlərin SAYI

Zaxarova Trampın vədini xatırlatdı: “24 saata bitirəcəyini 80 dəfə deyib"

Zaxarova Trampın vədini xatırlatdı: “24 saata bitirəcəyini 80 dəfə deyib"

Nazir Flora Kərimovanı evində ziyarət etdi – FOTO

Nazir Flora Kərimovanı evində ziyarət etdi – FOTO

Bəzi ərazilərdə qaz kəsiləcək

Bəzi ərazilərdə qaz kəsiləcək

Ermənistan ordusunda şok statistika: Yeddi ayda ölən hərbçilərin sayı açıqlandı

Ermənistan ordusunda şok statistika: Yeddi ayda ölən hərbçilərin sayı açıqlandı

İki gündür davam edən Ağdamdakı yanğın 4 kəndin ərazisinə YAYILDI

İki gündür davam edən Ağdamdakı yanğın 4 kəndin ərazisinə YAYILDI

Tramp və Netanyahu senatorun dəfnində GÖRÜŞƏCƏKLƏR

Tramp və Netanyahu senatorun dəfnində GÖRÜŞƏCƏKLƏR

Bakıda binanın elektrik şaxtası yandı: Sakinlər təxliyə edildi

Bakıda binanın elektrik şaxtası yandı: Sakinlər təxliyə edildi

Cəbrayılda traktorla minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI

Cəbrayılda traktorla minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI

İran tankeri ABŞ blokadasını yararaq Oman körfəzinə DAXİL OLDU

İran tankeri ABŞ blokadasını yararaq Oman körfəzinə DAXİL OLDU

Əminə Dilbazinin qızı ABŞ-də assosiasiya prezidenti seçildi

Əminə Dilbazinin qızı ABŞ-də assosiasiya prezidenti seçildi

ABŞ-dən Türkiyəyə şərt: "S-400"dən imtina etməsəniz, "F-35" ala bilməyəcəksiniz”

ABŞ-dən Türkiyəyə şərt: "S-400"dən imtina etməsəniz, "F-35" ala bilməyəcəksiniz”

BMT Baş katibi: "Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır"

BMT Baş katibi: "Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır"

Yevlaxda 63 yaşlı şəxs həmyerlisini güllələdi

Yevlaxda 63 yaşlı şəxs həmyerlisini güllələdi

Lavrov Rubioya xəbərdarlıq etdi: “Bu yolverilməzdir”

Lavrov Rubioya xəbərdarlıq etdi: “Bu yolverilməzdir”

Ukrayna ordusu Belqoroda raket zərbəsi endirdi - VİDEO

Ukrayna ordusu Belqoroda raket zərbəsi endirdi - VİDEO

End of content

No more pages to load

RADİO