ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun senator Lindsi Qremin dəfn mərasimində iştirak edə biləcəyini bəyan edib.
Bizim.Media “Axios” portalına istinadla xəbər verir ki, ABŞ lideri tədbir zamanı İsrailin Baş naziri ilə görüşməyə hazır olduğunu əlavə edib.
"Bibi (Benyamin Netanyahu) ilə çox yaxşı münasibətlərimiz var. Əgər o, orada olsa, onunla görüşəcəyəm", — deyə Tramp portala müsahibəsində bildirib.
Ağ Evin mətbuat katibi Kerolayn Livittin keçirdiyi müntəzəm brifinqdə verdiyi məlumata görə, matəm mərasimi iyulun 28-də Vaşinqtonda keçiriləcək və Tramın bu mərasimdə iştirakı nəzərdə tutulur.
Bizim.Media