Astrologiyada bəzi bürclər analitik düşüncə, güclü yaddaş, sürətli qərarvermə və problem həll etmə bacarıqları ilə seçilir.
Bizim.Media xəbər verir ki, astroloqların fikrincə, ən ağıllı hesab edilən bürclər bunlardır:
Dolça - Yenilikçi düşüncəsi və fərqli baxış bucağı ilə seçilir. Çətin məsələlərə qeyri-adi həll yolları tapmağı bacarır.
Əkizlər - Sürətli qavrama qabiliyyəti, geniş dünyagörüşü və güclü ünsiyyət bacarığı ilə tanınır.
Qız - Məntiqli qərarlar verməsi, detallara diqqəti və analiz qabiliyyəti sayəsində ən intellektual bürclərdən biri hesab olunur.
Əqrəb - Güclü müşahidə qabiliyyəti, strateji düşüncəsi və hadisələri dərindən təhlil etməsi ilə fərqlənir.
Oğlaq - Planlı, məqsədyönlü və praktik düşüncəyə sahib olması onu ən ağıllı bürclər sırasına daxil edir. (azxeber.com)
Bizim.Media