ABŞ-də 1985-ci il istehsalı nadir “Lada Signet” (VAZ-2105) satışa çıxarılıb.
Bizim.Media “metbuat.az”a istinadla xəbər verir ki, avtomobil üçün 14 min dollar tələb olunur. Maşın zavod rəngini və orijinal sənədlərini qoruyub saxlayıb, yürüşü isə 55 min kilometrdir.
Modelin əsas özəlliyi “General Motors” istehsalı 3 pilləli avtomatik sürət qutusu ilə təchiz edilməsidir.
Qeyd edək ki, “Lada Signet” 1982-ci ildən Kanada bazarında satılıb və yerli tələblərə uyğun şəkildə təkmilləşdirilib.
Bizim.Media