ABŞ-dən Türkiyəyə şərt: "S-400"dən imtina etməsəniz, "F-35" ala bilməyəcəksiniz”

ABŞ Dövlət Departamenti Konqresə ünvanladığı məktubda bildirib ki, Türkiyə Rusiyanın "S-400" zenit-raket komplekslərindən imtina etməyincə və Amerika qanunvericiliyinin digər tələblərini yerinə yetirməyincə "F-35" qırıcılarını əldə edə bilməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə “Turkish Minute” məlumat yayıb.

Qeyd olunub ki, ABŞ Prezidenti Donald Trampın sanksiyaları ləğv etmək və Ankaraya "F-35" qırıcılarının satışını nəzərdən keçirmək niyyəti barədə bəyanatlarına baxmayaraq, qüvvədə olan qanunvericilik məhdudiyyətləri hələ də dəyişməz olaraq qalır.
 

Yunanıstanın "Kathimerini" qəzetinin əldə etdiyi 22 iyul tarixli məktub, demokrat konqresmen Uesli Bellin Türkiyənin "F-35" proqramına mümkün qayıdışı ilə bağlı sorğusuna cavab olaraq, Dövlət Departamenti tərəfindən Ağ Evin adından hazırlanıb.


Sənəddə vurğulanır ki, Amerika qanunvericiliyi Türkiyənin "CAATSA" ("Sanksiyalar vasitəsilə Amerikanın rəqiblərinə qarşı mübarizə haqqında" qanun) və digər hüquqi normaların tələblərini yerinə yetirənə qədər ona "F-35" qırıcılarının təhvil verilməsini qadağan edir.

Şərtlər arasında Rusiyanın "S-400" sistemlərindən və onlarla bağlı avadanlıqlardan imtina edilməsi, gələcəkdə bu cür sistemləri əldə etməmək barədə öhdəlik götürülməsi, həmçinin sertifikatlaşdırmanın digər tələblərinin yerinə yetirilməsi qeyd olunub.

Məktubda "Türkiyə hələlik bu şərtləri yerinə yetirməyib", — deyə bildirilib.
 

Həmçinin vurğulanıb ki, Vaşinqton və Ankara arasında S-400 mübahisəsinin həlli ilə bağlı danışıqlar davam edir. Dövlət Departamenti vurğulayır ki, istənilən razılaşma "şəffaf, qanuni və ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğun" olmalıdır.


Sənəddə F-35-dən başqa, ABŞ-Türkiyə münasibətlərinin daha geniş məsələləri də müzakirə olunur. Xüsusilə, Türkiyənin Rusiya ilə Ukrayna, Azərbaycan və Ermənistan arasındakı münaqişələrin və Qəzza zolağındakı vəziyyətin həlli üçün ABŞ-ın diplomatik səylərini dəstəklədiyi və İŞİD-ə qarşı regional antiterror əməliyyatlarında iştirak etdiyi qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

End of content

No more pages to load

RADİO