Çin Xalq Respublikasının sədri Si Cinpinin Amerika Birləşmiş Ştatlarına səfəri sentyabrın 24-də başlayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.
"Prezident Si (ÇXR sədri Si Cinpin-red.) sentyabrın 24-də gəlir", - deyə o, Vaşinqtonda keçirilən tədbirdə bildirib.
Vaşinqton Çin rəhbərinin 2026-cı ilin payızında cavab səfəri edəcəyini gözləyir. Tramp 14-15 may tarixlərində Pekində səfərdə olub.
ABŞ Dövlət katibi Marko Rubio iyunun əvvəlində faktiki olaraq təsdiqləyib ki, Amerika Prezidentinin Çinə etdiyi may səfərinin nəzərəçarpacaq nəticələri o qədər də çox deyil.
Dövlət katibinin versiyasına görə, may səfərinin məqsədi "dünyanın iki ən güclü ölkəsinin" liderləri arasında "birbaşa qarşılıqlı əlaqənin" yaradılması olub.
Bizim.Media