Zalujnı kartı İŞƏ SALINDI – Zelenskini hakimiyyətdən göndərmək üçün SENSASİON PLAN – ÖZƏL

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Ukraynada seçkilər keçirməsinin vacib olduğunu bildirib. ABŞ lideri qalibin Zelenski və ya bir başqasının olmasının önəmli olmadığını, lakin seçkilərin təşkilinin zəruriliyini diqqətə çatdırıb.

Hazırda mümkün seçkilər fonunda Ukraynanın Britaniyadakı səfiri Valeri Zalujnı ilə Vladimir Zelenskinin prezidentlik uğrunda mübarizə aparacağı ehtimal edilir.
 

MÖVZU İLƏ BAĞLI:

Trampdan SEÇKİ TƏLƏBİ – Zelenskinin yerinə bu şəxs hazırlanır


Bəs rəsmi Kiyev seçkilərə gedəcəkmi? Trampın sülh planı fonunda nəzərdə tutulan seçkilər Ukrayna üçün nə vəd edir?

Mövzu ilə bağlı Bizim.Media-nın suallarını Ukraynalı politoloq Maksim Yali və Ukrayna siyasi elmlər namizədi, politoloq Oleksiy Buryaçenko cavablandırıb.

Yali hesab edir ki, hazırda hərbi əməliyyatlar fonunda hansısa seçkinin keçirilməsi mümkün deyil:

“Hərbi əməliyyatlar şəraitində seçkilərin keçirilməsi bir çox səbəblərə görə mümkün deyil. Bu, həm təhlükəsizlik məsələləri, həm də hərbçilərin seçkilərdə həm seçici, həm də namizəd kimi iştirak imkanları ilə bağlıdır. Lakin əsas məsələ, təbii ki, təhlükəsizliyin təmin edilməsidir. Buna görə də yaxın perspektivdə, atəşkəs tam təmin olunmadan seçkilərin keçirilməsini mümkün hesab etmirəm. Gələcək seçkilərdə kimin favorit olacağı isə iştirakçıların tam siyahısından asılı olacaq. Hazırda yalnız Zalujnı və Zelenski favorit kimi görünür, lakin gələcəkdə başqa namizədlər də ortaya çıxa bilər”.

Oleksiy Buryaçenko isə təzyiqlər fonunda seçkilərin keçirilməsini istisna etmir:

“Burada iki tərəf var: de yure və de fakto. De yure baxımdan, əlbəttə, müharibə zamanı seçkilər həm Ukrayna qanunvericiliyi, həm Ukrayna Konstitusiyası, həm də beynəlxalq qanunvericilik baxımından mümkün deyil. Yəni, seçkilərin necə keçirilməsi tam aydın deyil. Ukrayna Konstitusiyasında müharibə zamanı seçkilərin keçirilməsinin mümkün olmaması açıq şəkildə qeyd olunub”.

Hazırda sadəcə qanuna dəyişiklik etmək və ya müəyyən bir qanun qəbul etmək mümkündür:

“Əgər Trampa qulaq asıb müstəqil bir qanun qəbul edib, konstitusiyanın mövqeyini görməzdən gəlib seçkiləri keçirsək, bu çox asandır. Hər hansı bir şəxs, məsələn, Ali Radanın deputatları, Konstitusiya Məhkəməsinə müraciət edib bu qərarın Konstitusiyaya uyğun olub-olmadığını soruşacaqlar. Cavab açıq-aşkar olacaq. Beləliklə, hüquqi baxımdan ciddi problemlər var. Amma mənim fikrimcə, səlahiyyətlərin qanuniliyi məsələsi ikinci dərəcəlidir”.

Analitik əlavə edib ki, seçki müddəti sadəcə müharibəni uzadacaq. ABŞ, Avropa və Qərb tərəfdaşları Ukrayna hakimiyyətinin qanuniliyini tanıyırlar. Ukrayna daxilində də legitimlik var.

Bəs, defakto, necə seçkilər keçiriləcək? Atəşkəs və ya sülh sazişi olmadan, təhlükəsizlik təminatı olmadan bu baş verə bilər?

“Bu böyük sualdır. Çünki Rusiya hər gün Ukraynanın dinc şəhərlərini raketlərlə vurur, seçki məntəqələrinin sayı çox böyükdür. Ukrayna çox böyük ölkədir, Avropanın ən böyük ölkəsidir. Təhlükəsizlik necə təmin ediləcək, aydın deyil.

Prezident Zelenski seçkilərin əleyhinə deyil. Rəsmilər ABŞ Prezidenti Trampın mövqeyinə hörmətlə yanaşırlar. Amma Tramp təhlükəsizlik təminatı barədə danışmır. Seçkilərin keçirilməsi üçün atəşkəs və təhlükəsizlik təminatı lazımdır. Rusiya tərəfindən raket hücumu olmayacağı, partlayış və sabotaj olmayacağı təmin edilməlidir. Bunun üçün sülh sazişi, atəşkəs, təhlükəsizlik zəmanətləri, bəlkə də sülhməramlı qüvvələr, monitorinq missiyası lazımdır. Zelenski seçkilərdən çəkinmir. Parlament də seçkilərə başlamağa hazırdır”.

Buryaçenko qeyd edib ki, Zelenskinin seçkilərdə iştirak edib-etməyəcəyi də sual altındadır:

“Mən hətta əmin deyiləm ki, Zelenski özü seçkilərə gedəcək. Onun prioriteti müharibəni bitirmək və gələcəkdə Rusiyanın təcavüzünün qarşısını almaqdır. Seçkilərdən öncə bu məsələlərin həll olunması lazımdır. Trampın mövqeyində müharibənin ciddiyyəti nəzərə alınmır. O, vəziyyəti sanki müharibə olmayan bir ölkənin vəziyyəti kimi qiymətləndirir. Rusiya və Ukrayna arasında müharibə faktını unudur. Zelenski Putinin qarşısında bir maneədir və bəzən Trampın da maraqlarına mane olur”.

Bəzi xarici ekspertlərin iddiasına görə, Valeriy Zalujnı Zelenskini əvəz etmək üçün hazırlanır. Seçkilərdə iki namizəd olsa, Zalujnının seçilmə şansı nə qədərdir?

“Zalujnı Ukraynada kifayət qədər tanınmış, xarizmatik şəxsiyyətdir. O, müharibənin əvvəlində baş komandan idi, indi diplomatik fəaliyyət göstərir, Britaniyada Ukraynanın səfiri kimi çalışır. Bu, onun siyasətçi kimi mövqeyini dəyişir və siyasi ambisiyalarını göstərir.

O, Zelenskiyə rəqib ola bilər. Lakin rəy sorğularına görə, hazırda Zalujnı Zelenskinin ciddi rəqibi deyil. Zalujnının seçkilərə qatılmaq istəyib-istəməməsi də sual altındadır. Trampın təhlükəsizlik zəmanətləri olmadan onun seçkilərdə namizəd olmayacağı güman edilir. Zalujnı hərbçi kimi vətəndaşları təhlükəyə atmaz”.


Analitik əlavə edib ki, bir çox siyasətçi Zalujnını istifadə edərək Zelenskini siyasi meydandan çıxarmaq istəyir, sonra isə özləri Zalujnını aradan qaldırmaq niyyətindədirlər:

“Buna görə Zalujnı öz siyasi tərəfdaşlarını seçərkən çox diqqətli olmalıdır. Zalujnının seçkilərin ikinci turuna keçmək şansı var. Amma kim qalib gələcək, hələ bilinmir. Müharibə bitdikdən sonra Ukraynanın siyasi mühiti sürətlə dəyişəcək və yeni siyasi oyunçular ortaya çıxacaq. Zalujnı siyasi karyerasını davam etdirə bilər, ya da seçkilərdə iştirak etməyə bilər. O, Zelenskini dəstəkləyə bilər. Zalujnı və Zelenski bir komandadır. Zelenski onu böyük siyasətə gətirib, baş komandan təyin edib”, - deyə O.Buryaçenko əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

9,85 milyon dollarlıq desert — Dünyanın ən bahalı şirniyyatları

9,85 milyon dollarlıq desert — Dünyanın ən bahalı şirniyyatları

“Hər gün yüzlərlə iş yeri bağlanır”

“Hər gün yüzlərlə iş yeri bağlanır”

Okeanın dərinliklərində 31 yeni dəniz canlısı kəşf edildi - FOTO

Okeanın dərinliklərində 31 yeni dəniz canlısı kəşf edildi - FOTO

Ötən gün axtarışda olan 131 nəfər SAXLANILDI

Ötən gün axtarışda olan 131 nəfər SAXLANILDI

SON DƏQİQƏ! Bakı–Naxçıvan aviareysləri LƏĞV EDİLDİ

SON DƏQİQƏ! Bakı–Naxçıvan aviareysləri LƏĞV EDİLDİ

“15 ildir bizi qürurlandırırsan”

“15 ildir bizi qürurlandırırsan”

Günəş enerjisi ilə işləyən elektrikli velosiped təqdim olundu

Günəş enerjisi ilə işləyən elektrikli velosiped təqdim olundu

Azərbaycan şəkər ixracından qazancını KƏSKİN ARTIRIB

Azərbaycan şəkər ixracından qazancını KƏSKİN ARTIRIB

Leyla Əliyeva Dənizkənarı Milli Parkdan VİDEO PAYLAŞDI

Leyla Əliyeva Dənizkənarı Milli Parkdan VİDEO PAYLAŞDI

Bu qarabaşaq məhsulunu yemək qadağan edildi

Bu qarabaşaq məhsulunu yemək qadağan edildi

Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır – VİDEO

Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır – VİDEO

"Qarabağ" legioner futbolçusu ilə yollarını ayırdı

"Qarabağ" legioner futbolçusu ilə yollarını ayırdı

Avropada REKORD İSTİLƏR - Asfalt örtük çatladı, relslər əyildi

Avropada REKORD İSTİLƏR - Asfalt örtük çatladı, relslər əyildi

Hansı kərə yağı daha yaxşıdır? - 72,5%, yoxsa 82,5%?

Hansı kərə yağı daha yaxşıdır? - 72,5%, yoxsa 82,5%?

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Damar yolu ilə köçürülən serumlarda təhlükə aşkarlandı – ARAŞDIRMA

Damar yolu ilə köçürülən serumlarda təhlükə aşkarlandı – ARAŞDIRMA

İçərişəhərdəki tədbir havaya görə TƏXİRƏ SALINDI

İçərişəhərdəki tədbir havaya görə TƏXİRƏ SALINDI

Nəzarətsiz D vitamini və sink qəbul edən qadınlar risk altında -Endokrinoloqdan XƏBƏRDARLIQ

Nəzarətsiz D vitamini və sink qəbul edən qadınlar risk altında -Endokrinoloqdan XƏBƏRDARLIQ

Stiven Siqal Rusiyadakı lüks malikanəsini sata bilmir - FOTO

Stiven Siqal Rusiyadakı lüks malikanəsini sata bilmir - FOTO

Dərnəgül yolunda dəhşətli hadisə - VİDEO

Dərnəgül yolunda dəhşətli hadisə - VİDEO

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Azərbaycan XİN Cibutini təbrik etdi – FOTO

Azərbaycan XİN Cibutini təbrik etdi – FOTO

Tramp ABŞ-ın yeni pasportunun dizaynını təqdim etdi – FOTO

Tramp ABŞ-ın yeni pasportunun dizaynını təqdim etdi – FOTO

Sağlam və uzunömürlü həyat üçün rasionunuza əlavə etməli olduğunuz beş içki

Sağlam və uzunömürlü həyat üçün rasionunuza əlavə etməli olduğunuz beş içki

End of content

No more pages to load

RADİO