Gültəkin Hacıbəylinin Ramiz Mehdiyevə GİZLİ XİDMƏTLƏRİ – SENSASİON DETALLAR

Məlum olduğu kimi, hazırda radikal müxalifət düşərgəsində yer alan Gültəkin Hacıbəyli II və III çağırış Milli Məclisin deputatı olub. O, millət vəkili olduğu dövrdə Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətində təmsil olunub.

Gültəkin Hacıbəylinin 2000 və 2005-ci ildə deputat mandatı qazanmasında, o cümlədən AŞPA-dakı nümayəndə heyətində təmsil olunmasında Ramiz Mehdiyevin xüsusi rolu olub.
 

MÖVZU İLƏ BAĞLI:

Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı: Deport edilir


Nümayəndə heyətinin gizli rəhbəri

Gültəkin Hacıbəyli həmin dövrdə Ramiz Mehdiyevə həm ideoloji, həm də şəxsi yaxınlığı ilə seçilib. Son günlərdə yenidən gündəmə gələn məlum müsahibədə Gültəkin Hacıbəylinin Ramiz Mehdiyevi “həssas qəlbə sahib” insan kimi təqdim etməsi də məhz şəxsi yaxınlıq münasibətlərindən irəli gəlir.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, nümayəndə heyətimizin AŞPA-dakı fəaliyyəti ilə bağlı Prezident Administrasiyasında keçirilən xüsusi görüşlərdə də heyətin rəhbəri Səməd Seyidovun yerinə, çox zaman məhz Gültəkin Hacıbəyli iştirak edirdi. AŞPA-dakı nümayəndə heyətimizin fəaliyyəti ilə bağlı hesabatları, arayışları Gültəkin Hacıbəyli şəxsən Ramiz Mehdiyevə təqdim edir, onun tapşırıqlarını digər heyət üzvlərinə də məhz o çatdırırdı.

Gültəkin Hacıbəylinin “cazibə dairəsi”
 

On illik deputatlıq fəaliyyəti dövründə Gültəkin Hacıbəyli parlamentin işində və rəsmi tədbirlərdə daim diqqət mərkəzində olub. O hər zaman mötəbər tədbirlərə xüsusi qonaq qismində dəvət alır, böyük hörmətlə qarşılanır, çıxışlarına xüsusi yer verilirdi.


Bu diqqətin arxasında isə yalnız Ramiz Mehdiyev durmurdu – o, digər deputat həmkarları ilə də eyni cür şəxsi münasibətlər qurmağa nail olmuşdu.

Mandat bitsə də, münasibətlər davam etdi

Gültəkin Hacıbəyli 2010-cı ildə deputatlıq fəaliyyəti başa çatandan sonra birdən-birə müxalifət düşərgəsində peyda olsa da, onun Ramiz Mehdiyevlə əlaqələri davam edib. Daha doğrusu, Gültəkin Hacıbəylinin mandat ala bilmədikdən sonra “Milli Şura”ya qoşulması keçmiş PA rəhbərinin təlimatları əsasasında baş verib. O, Ramiz Mehdiyevin “mitinq oyunu” taktikasının əsas vasitəçisi kimi çıxış edib, aksiyaların maliyyələşdirilməsində vasitəçilik missiyasını öz üzərinə götürüb.
 

Radikal müxalifətin mitinqlərinin 2010-cu illərin əvvəlindən mütəmadi xarakter alması da məhz Ramiz Mehdiyevin Gültəkin Hacıbəylinin vasitəçiliyi ilə qurduğu planın tərkib hissəsi idi. Təsadüfi deyil ki, mitinqlərdə də Gültəkin Hacıbəyli ön planda olurdu. Təbii olaraq, 2019-cu ildə Ramiz Mehdiyev vəzifəsindən uzaqlaşdırılandan sonra həm Gültəkin Hacıbəylinin “vasitəçilik missiyası”, həm də radikal müxalifətin mitinqləri birdəfəlik sona çatdı.


Xidmətlərin mükafatı

Təbii ki, Hacıbəylinin Ramiz Mehdiyevə sözün müxtəlif mənalarında xidmətləri lazımınca “qiymətləndirilib”.

Əldə etdiyimiz digər məlumata görə, Gültəkin Hacıbəyli Ramiz Mehdiyevlə yaxınlığından keçmiş həyat yoldaşı Mahmud Mehdiyevin xeyrinə də istifadə edib. Mahmud Mehdiyevin prokurorluq orqanlarında məsul vəzifəyə təyinatı da məhz Ramiz Mehdiyevin tapşırığı ilə reallaşıb.

Bundan əlavə, Ramiz Mehdiyev “sevimli deputatı”na 2005-ci ildə Bakının mərkəzində yerləşən binaların birində iki mənzil hədiyyə edib. Həmin mənzillərdən biri Gültəkin Hacıbəylinin atasının, digəri isə bacısının adına qeydiyyatdadır. Üstəlik, Hacıbəylinin deputat kimi təmsil etdiyi Goranboy rayonunda hektarlarla torpağı öz adına rəsmiləşdirməsi də məhz Ramiz Mehdiyevin “xeyir-duası” ilə mümkün olub. 

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Millimiz Kosovoya UDUZDU

Millimiz Kosovoya UDUZDU

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Hörmüz boğazında üç neft tankeri VURULDU

Hörmüz boğazında üç neft tankeri VURULDU

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Trampdan İrana yeni zərbələrin ANONSU

Trampdan İrana yeni zərbələrin ANONSU

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ - VİDEO

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ - VİDEO

Ötən ay nə qədər ərazi minalardan təmizlənib?

Ötən ay nə qədər ərazi minalardan təmizlənib?

Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

End of content

No more pages to load

RADİO