Partiyalar büdcədən ayrılan 6 milyonu necə XƏRCLƏYƏCƏKLƏR? – SORĞU

Xəbər verdiyimiz kimi, 2026-cı ildə siyasi partiyaların fəaliyyətinə dəstək üçün 6 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Belə ki, 6 milyon manat vəsait həm parlamentdə təmsil olunan, həm də seçkilərdə etibarlı səslər qazansa da, Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar arasında bölünəcək.
 

MÖVZU İLƏ BAĞLI:

Parlament partiyalarına ayrılacaq vəsaitin MƏBLƏĞİ AÇIQLANDI


Bəs, siyasi partiyalar 2026-cı il üçün büdcədən ayrılan vəsaiti yetərli hesab edirlərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında AMİP sədri Arzuxan Əlizadə partiyalara dövlət büdcəsindən vəsait ayrılmasının təqdirəlayiq olduğunu bildirib:

“Bundan əvvəlki dönəmdə partiyalara dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılmışdı. Hazırda isə həmin vəsait 6 milyon civarındadır. Növbəti ilin büdcəsində də partiyaların fəaliyyəti üçün 6 milyon manatın ayrılması nəzərdə tutulur. Bu təqdirəlayiq hadisədir, beynəlxalq təcrübədə qəbul edilən məsələdir. Partiyaların dövlət büdcəsindən maliyyələşməsi ölkədə partiyalaşma institutunun möhkəmlənməsinə, onların inkişafına xidmət edir, ölkənin ictimai-siyasi həyatında onların iştirakını stimullaşdırır”.

Deputat bildirib ki, gələcəkdə vəsaitin artırılması nəzərdə tutulacaqsa, bu da onlar tərəfindən xoş qarşılanacaq:

“AMİP-in dayanıqlı beynəlxalq əlaqələri var. Maliyyə vəsaitinin olması ilə müxtəlif beynəlxalq tədbirlərdə iştirak, Azərbaycan həqiqətlərinin təmsil olunduğumuz beynəlxalq platformalarda təbliği, xarici ölkələrin siyasi partiyaları ilə əlaqələrin genişləndirilməsi məsələlərinə də bir qədər daha artıq diqqətin yaradılmasına imkan yaradır”.

Partiyaların daha effektiv fəaliyyətinə yaradılan imkan

ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib ki, ayrılacaq 6 milyon manat vəsait partiyalara öz işlərini daha dürüst və daha effektiv qurmağa imkan verəcək:

“Azərbaycanda siyasi partiyaların büdcədən maliyyələşməsi onların daha rahat və daha effektiv fəaliyyət göstərmələri üçün düşünülmüş bir addımdır”.

Partiya sədri hesab edir ki, gələcəkdə, proporsional seçki sisteminə keçilərsə, partiyalara maliyyə ayrılmasının daha yaxşı formaları seçilə bilər:

“Çünki majoritar seçkidə deputat sayı önəmlidir. Amma proporsional seçki sistemi olsa, partiyaların parlamentdə təmsilçilik imkanlarının artacağı gözlənilir. Bu zaman siyasi təşkilatlara verilən maliyyə də artacaq. Deməli, həmin proses proporsional seçkiyə keçildikdən sonra daha effektiv olacaq.

Gələn il partiyaların maliyyələşməsinə 6 milyon manatın ayrılması cari illə müqayisədə bir qədər artım deməkdir. Bu isə öz növbəsində partiyaların işlərini daha dürüst, daha yaxşı qurmalarına imkan yaradacaq”.


Partiyalardan asılıdır...

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə isə ayrılan vəsaitin yetərli olub-olmamasının partiyaların fəaliyyətindən asılı olduğunu vurğulayıb. O, 6 milyon manat vəsaitin kifayət edəcəyinə ümidvar olduğunu qeyd edib.

Rüfət Sultan, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Toyda kütləvi zəhərlənmə oldu, restoran bağlandı - FOTO

Toyda kütləvi zəhərlənmə oldu, restoran bağlandı - FOTO

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Millimiz Kosovoya UDUZDU

Millimiz Kosovoya UDUZDU

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Hörmüz boğazında üç neft tankeri VURULDU

Hörmüz boğazında üç neft tankeri VURULDU

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Trampdan İrana yeni zərbələrin ANONSU

Trampdan İrana yeni zərbələrin ANONSU

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ - VİDEO

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ - VİDEO

Ötən ay nə qədər ərazi minalardan təmizlənib?

Ötən ay nə qədər ərazi minalardan təmizlənib?

Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

End of content

No more pages to load

RADİO