İlham Əliyev mineral daş yunu zavodunun açılışında – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunda “Matanat-A” şirkətinin “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Matanat-A” şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov dövlət başçısına zavodun fəaliyyəti barədə məlumat veriblər.

Prezident İlham Əliyevə əvvəlcə əsası 2000-ci ildə qoyulan “Matanat-A” şirkəti barədə məlumat verilib. İnşaat materiallarının istehsalı sektorunda 25 ildir fəaliyyət göstərən şirkətin tərkibinə “Matanat A” Quru İnşaat Qarışıqları, AĞDAĞ gipskarton və gips əsaslı məhsulların istehsalı, AZERLİME Əhəng, Avadanlıq və dəzgahların istehsalı və ELBERG maşınqayırma zavodları daxildir. Şirkətin müəssisələrində ümumilikdə 1000-ə yaxın iş yeri yaradılıb.

Ərazisi 10 hektar olan “AZWOOL” mineral daş yunu zavodunda ABŞ, Almaniya və Türkiyədə istehsal edilən müasir avadanlıqlar quraşdırılıb. Zavodun illik istehsal gücü 1,5 milyon kubmetr mineral daş yunudur. Müəssisədə məhsullar əsasən yerli xammaldan hazırlanır.

Mineral daş yunu zavodunun investisiya dəyəri 43 milyon manatdır. Layihənin reallaşdırılması üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılıb. Bununla yanaşı, müəssisə investisiya təşviqi sənədi ilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı təxminən 4 milyon manat güzəşt əldə edib. Zavodda 180 iş yeri yaradılıb.

Tikinti sektorunda istifadə olunan, ekoloji cəhətdən təmiz mineral daş yunu istilik və səs izolyasiyasını təmin etməklə yanaşı, enerjiyə qənaətə imkan yaradır. Mineral daş yunu Azərbaycanda rəqabət üstünlüyünə malik yerli məhsullardan biridir. Ona daxili və xarici bazarda böyük tələbat var. Zavodun açılışı yerli istehsalın təşviqi, daxili bazarın tələbatının ödənilməsi və xarici bazarda Azərbaycan məhsullarının rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək.

Müəssisə ölkəmizin mineral daş yununa tələbatını ödəməklə yanaşı, idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaldacaq. Həmçinin burada istehsal olunan məhsullar Gürcüstana, MDB və Yaxın Şərq ölkələrinə ixrac ediləcək.

Prezident İlham Əliyev “Matanat-A” şirkətinin müəssisələrində istehsal edilən məhsullarla da tanış oldu. Bildirildi ki, şirkətin zavodlarında 200-dən artıq ticarət markası ilə 3 mindən çox çeşiddə məhsul istehsal edilir. Məhsullar daxili təlabatı ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə Qazaxıstan, Gürcüstan, İraq, Ukrayna, Özbəkistan və digər xarici ölkələrə ixrac olunur.

Dövlət başçısı zavodu işə salıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunun şaxələndirilməsi və inkişafı istiqamətində aparılan işlər nəticəsində ölkəmizdə yeni-yeni istehsal sahələri yaradılır. Bütün bunlar isə, eyni zamanda, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına böyük töhfə verir.





























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Millimiz Kosovoya UDUZDU

Millimiz Kosovoya UDUZDU

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Hörmüz boğazında üç neft tankeri VURULDU

Hörmüz boğazında üç neft tankeri VURULDU

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Trampdan İrana yeni zərbələrin ANONSU

Trampdan İrana yeni zərbələrin ANONSU

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ - VİDEO

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ - VİDEO

Ötən ay nə qədər ərazi minalardan təmizlənib?

Ötən ay nə qədər ərazi minalardan təmizlənib?

Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

End of content

No more pages to load

RADİO