Ceyhun Bayramov İtaliya Senatının sədri ilə görüşüb - FOTO

Xarici işlər naziri Ceyhun Bayramov İtaliya Respublikasına rəsmi səfəri çərçivəsində İtaliya Senatının sədri İqnasio La Russa ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
 

Bildirilib ki, görüş zamanı tərəflər Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərin dinamik şəkildə inkişaf etdiyini məmnunluqla qeyd ediblər. Son illər ərzində qarşılıqlı etimada, ümumi maraqlara və fəal siyasi dialoqa əsaslanan ikitərəfli əlaqələrin daha da dərinləşdiyi diqqətə çatdırılıb.


Söhbət zamanı Azərbaycan-İtaliya əməkdaşlığının siyasi, müdafiə və təhlükəsizlik, iqtisadi və ticarət, enerji və bərpaolunan enerji, humanitar, turizm, mədəniyyət və təhsil sahələri də daxil olmaqla çoxşaxəli istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub.

Görüşdə, İtaliya Prezidentinin Azərbaycan-İtaliya Universitetinin açılış mərasimində iştirakı, İtaliyanın Baş nazirinin ölkəmizdə COP29 liderlər sammitinə qatılması, iki ölkə liderləri arasında yüksəksəviyyəli təmasların münasibətlərə əlavə təkan verdiyi vurğulanıb.

Tərəflər parlamentlərarası əlaqələrin gücləndirilməsinin və davamlı siyasi dialoqun münasibətlərin gələcək inkişafı üçün həlledici əhəmiyyət daşıdığını bildiriblər.

Bu kontekstdə parlament diplomatiyasının iki ölkə arasında əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi, həmçinin regional və beynəlxalq parlament platformalarında qarşılıqlı dəstəyin artırılması baxımından əhəmiyyəti xüsusi qeyd olunub.
 

Görüşdə nazir Ceyhun Bayramov qarşı tərəfə keçmiş Ermənistan–Azərbaycan münaqişəsindən irəli gələn postmünaqişə reallıqları, bölgədə sülh və sabitliyin təmin olunması istiqamətində atılan addımlar, o cümlədən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa, yenidənqurma və reinteqrasiya prosesləri və İtaliya şirkətlərinin bu prosesdə iştirakı barədə ətraflı məlumat verib.


Tərəflər, həmçinin regional təhlükəsizlik mühiti, çoxtərəfli əməkdaşlıq formatları, beynəlxalq gündəlikdə duran məsələlər və qarşılıqlı maraq doğuran digər mövzular üzrə fikir mübadiləsi aparıblar.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Millimiz Kosovoya UDUZDU

Millimiz Kosovoya UDUZDU

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Hörmüz boğazında üç neft tankeri VURULDU

Hörmüz boğazında üç neft tankeri VURULDU

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Trampdan İrana yeni zərbələrin ANONSU

Trampdan İrana yeni zərbələrin ANONSU

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ - VİDEO

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ - VİDEO

Ötən ay nə qədər ərazi minalardan təmizlənib?

Ötən ay nə qədər ərazi minalardan təmizlənib?

Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

End of content

No more pages to load

RADİO