Avrasiyanın yeni logistika XƏRİTƏSİ – Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

Xəbər verdiyimiz kimi, dünən Bakıda “Avrasiya Nəqliyyat Marşrutu”nun Beynəlxalq Assosiasiyasının təsisçilərinin Ümumi Yığıncağı keçirilib.
 

MÖVZU İLƏ BAĞLI: 

Orta Dəhlizin rolu güclənir: Azərbaycanın sədrliyi ilə yaradılan beynəlxalq təşkilat fəaliyyətə başladı – FOTO


İclasda Assosiasiya üzvü Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistan dəmiryol administrasiyalarının rəhbər heyəti iştirak edib.

Tədbirdə çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Çindən Avropaya və əks istiqamətə yükdaşımalarda artımın müşahidə edildiyi bir vaxtda marşrutların şaxələndirilməsinə ehtiyac olduğunu qeyd edib. O, həmin məqsədə çatmaq üçün də Avrasiya Nəqliyyat Marşrutunun fəaliyyətinin tam təmin edilməsinin vacibliyini diqqətə çatdırıb.

Orta Dəhlizin yeni imkanları

İclasda o da bildirilib ki, Özbəkistan–Qırğızıstan–Çin dəmir yolunun inşası da Avrasiya Nəqliyyat Marşrutunun rolunu artıracaq. Həmçinin bu Marşrut Orta Dəhlizlə Trans-Əfqan dəhlizi arasında əlaqə yaratmaqla Əfqanıstan və Pakistan üçün yeni imkanlar açacaq.

Tədbirdə Orta Dəhlizin cənub qanadının inkişafı ilə Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında əsas körpü olması və ölkə ərazisindən tranzit həcmlərini artırmağa şərait yaradılacağı, həmçinin, Bakı Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu kimi mühüm infrastrukturdan maksimum istifadə ediləcəyi, Zəngəzur dəhlizinin isə bu imkanları daha da genişləndirəcəyi vurğulanıb.
 

Xatırladaq ki, 20 sentyabr 2024-cü ildə Bakıda ADY, Özbəkistan Dəmir Yolları, Qırğızıstan Dəmir Yolları Milli Şirkəti və Tacikistan Dəmir Yollarının iştirakı ilə “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılıb. Orta Dəhlizin cənub qanadı hesab edilən Avrasiya Nəqliyyat Marşrutu Çin, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəni əhatə edir.


Assosiasiyanın yaradılmasında məqsəd tranzit yüklərin cəlbi, inteqrasiya edilmiş logistika məhsullarının inkişafı, daşıma prosesləri üzrə vahid texnologiyanın yaradılması, səmərəli tarif siyasətinin həyata keçirilməsi və xərclərin optimallaşdırılmasıdır.

Orta Dəhliz Avrasiyanın əsas logistika marşrutuna çevrilir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, Bakıda keçirilən bu tədbir və orada verilən qərarlar Orta Dəhlizin əsas loqistika marşrutuna çevrildiyinin bariz göstəricisidir. İqtisadçı qeyd edib ki, indiki məqamda Şimal dəhlizi Orta Dəhlizlə rəqabət aparmaq gücündə deyil:
 

“Avrasiya Nəqliyyat Marşurutu ilk növbədə Orta Dəhliz məsələsi üzərində fokuslanır. Şimal Dəhlizi hazırda Rusiyanın xarici siyasətinin qurbanına çevrilib. Bu dəhliz daşınma müddəti və qiymət əmələ gəlmə prosesi müstəvisində Orta Dəhlizlə rəqabət apara bilmir.


Müasir dövrün tələblərinə uyğun şaxələnmiş idarəetməni tətbiq edə bilsək, əlbəttə ki, qiymət əmələ gəlmə və daşınma zamanı baxımından Orta Dəhliz daha da əlverişli vəziyyətdədir.

Azərbaycan üzərindən Şərqdən Qərbə daşınma cəmi iki həftəyə başa gəlir. Bütün bu parametrlər göstərir ki, Orta Dəhliz ən əlverişli marşurutdur”.

Azərbaycanın artan logistik əhəmiyyəti

Bununla yanaşı, müsahibimiz vurğulayıb ki, Orta Dəhlizin rəqabət gücünü saxlaması və daha da möhkəmləndirməsi üçün həmin marşrut üzrə daim təkmilləşdirmə işləri də aparılmalıdır:
 

“Amma drayverin fasiləsiz hərəkətə gəlməsi üçün tələbnamələr mütləq şəkildə yerinə yetirilməlidir. Burada söhbət 1 trilyondan artıq həcmi olan ticarət dövriyyəsinin əhatə olunmasından gedir. Ona görə də sözügedən marşrutda daim təkmilləşdirmə işlərinin aparılması da vacibdir.


“Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası təsisçilərinin Bakıda keçirilən tədbirinin əsas göstəricisi və təsiredici mexanizminin gücü də məhz bu istiqamətə yönəlib”.

Ekspert düşünür ki, Bakıdakı tədbirdə aparılan müzakirələr də məhz Orta Dəhlizin əhəmiyyətini artırmağa hesablanıb:

“Ən əsası, bu Azərbaycanın nüfuz və əhəmiyyətinin artması deməkdir. Prosesdə iştirak edən bütün ölkələr, logistika şirkətləri bu işdə maraqlı olmalıdırlar”.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Millimiz Kosovoya UDUZDU

Millimiz Kosovoya UDUZDU

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Hörmüz boğazında üç neft tankeri VURULDU

Hörmüz boğazında üç neft tankeri VURULDU

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Trampdan İrana yeni zərbələrin ANONSU

Trampdan İrana yeni zərbələrin ANONSU

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ - VİDEO

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ - VİDEO

Ötən ay nə qədər ərazi minalardan təmizlənib?

Ötən ay nə qədər ərazi minalardan təmizlənib?

Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

End of content

No more pages to load

RADİO