Ramiz Mehdiyevin XƏYANƏTİ – Çevriliş planının əks olunduğu məktub AZƏRBAYCAN DİLİNDƏ

Xəbər verdiyimiz kimi, dövlətə xəyanətdə ittiham olunaraq cinayət məsuliyyətinə cəlb edilən Ramiz Mehdiyevin Rusiyada müəyyən strukturların rəhbərlərinə yazdığı məktub üzə çıxıb.

Sözügedən məktub Ramiz Mehdiyevin, həqiqətən də, xarici qüvvələrin köməyi ilə Azərbaycanda hakimiyyət çevrilişi planı qurduğunu ifşa edib. Məktubda Mehdiyevin çevriliş planından sonra arzusunda olduğu dövlət idarəetmə quruluşu forması da açıq şəkildə öz əksini tapıb.

Bizim.Media xəyanətin sübutu olan həmin məktubun Azərbaycan dilinə tam tərcüməsini təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

TƏCİLİ! Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub üzə çıxdı - FOTOFAKT


“Dövlət idarəetmə sistemində islahatlar üzrə təkliflər

Son illərdə dövlət idarəetmə sistemini, eləcə də Azərbaycanın iqtisadi həyatını əhatə edən dərin böhran radikal islahatların və dəyişikliklərin həyata keçirilməsini tələb edir.

Bir tərəfdən, mövcud idarəetmə strukturunun səmərəsizliyi hazırkı hakimiyyətin xarakteri, adətləri və baxışları ilə izah olunsa da, digər tərəfdən bu struktur avtoritarizm ruhu ilə kölə halına salınıb və iflic vəziyyətinə düşüb. Bu idarəetmə sisteminin əsas xüsusiyyətləri yalnız referendum vasitəsilə dəyişdirilə bilər.

Yeni idarəetmə modelini və prinsiplərini hazırlayarkən ilk növbədə Azərbaycan xalqının siyasi psixologiyasını, onun dövlətdən olan ənənəvi gözləntilərini nəzərə almaq, həmçinin ölkənin sosial-iqtisadi həyat sisteminin durğunluğuna səbəb olan həqiqi amilləri anlamaq və aradan qaldırmaq lazımdır.
 

Uzun illər strateji dövlət orqanlarına rəhbərlik etmiş bir şəxs kimi əldə etdiyim idarəetmə təcrübəsi, həmçinin müasir Azərbaycanın siyasi həyatının tarixi və problemləri ilə bağlı apardığım elmi tədqiqatlar mənə aşağıdakı formada dövlət idarəetmə sisteminin formalaşdırılmasının zəruri olduğunu göstərir:


1. Hakimiyyət, ümumi qəbul olunmuş demokratik prinsiplərə əsasən, üç qoldan ibarət olacaq: qanunverici, icraedici və məhkəmə hakimiyyəti.

Bu hakimiyyət qollarının fəaliyyətinə nəzarəti Dövlət Şurası təmin edəcək. Şura 50 nəfərdən ibarət olacaq - bu şəxslər cəmiyyət arasında nüfuza malik olan təcrübəli dövlət xadimləri, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət nümayəndələri arasından seçiləcək.

Bu orqan ümumi səsvermə yolu ilə formalaşacaq. Şuraya sədrlik edəcək şəxs, xalq tərəfindən seçilmiş Şura üzvləri arasından seçiləcək. Şura sədrini vəzifəsindən kənarlaşdırmaq da yalnız Şura üzvlərinin səsverməsi nəticəsində mümkün olacaq.

Dövlət Şurası ölkədəki siyasi və sosial-iqtisadi proseslər üzərində tam nəzarət səlahiyyətinə malik olacaq, həmçinin ölkənin Konstitusiya Məhkəməsi və Təhlükəsizlik Şurası funksiyalarını yerinə yetirəcək. Dövlət Şurası parlament tərəfindən qəbul edilən qanun layihələrini təsdiq edəcək və ona Nazirlər Kabinetinin qərarlarını, güc strukturlarının və məhkəmə hakimiyyətinin rəhbəri vəzifələrinə, Mərkəzi Banka və universitet rektorluğuna namizədləri irəli sürmək səlahiyyəti veriləcək.

Müvafiq olaraq, Şuraya parlamentin qanun layihələri və hökumət qərarları ilə bağlı zərurət yarandıqda istifadə edilə bilən veto hüququ veriləcək.

Dövlət Şurasının fəaliyyəti sədrin aparatı tərəfindən təmin ediləcək.

Dövlət Şurasının sədri dövlət başçısı üçün nəzərdə tutulmuş bütün səlahiyyətlərə və hüquqi toxunulmazlığa malik olacaq.

Dövlət Şurasına seçkilər hər 7 ildən bir keçiriləcək və bu müddət ərzində Şura üzvləri də toxunulmazlıq və immunitet hüququndan istifadə edəcəklər. Zərurət yarandıqda Dövlət Şurasının üzvünün mandatı Şura sədri tərəfindən irəli sürülən tələblə və Şura üzvlərinin səsverməsi nəticəsində dayandırıla bilər. Dövlət Şurasının üzvləri bu orqanda olduqları müddətdə elmi-pedaqoji fəaliyyət istisna olmaqla, başqa heç bir fəaliyyətlə məşğul ola bilməzlər və yalnız Dövlət Şurasına hesabat verəcəklər.

2. İcraedici hakimiyyətə ölkənin baş naziri rəhbərlik edəcək.

Baş nazir parlament seçkilərinin nəticəsinə əsasən təyin olunacaq. Parlament seçkilərində ən çox səs toplamış partiyanın sədri hökuməti formalaşdırmaq və dövlətin sosial-iqtisadi xəttinin həyata keçirilməsinə cavabdehlik səlahiyyətinə malik olacaq.

3. Qanunverici hakimiyyətin səlahiyyətlərini ölkə parlamenti həyata keçirəcək.

Parlament hər 7 ildən bir ümummilli seçkilər vasitəsilə formalaşdırılacaq. Parlament qanunları qəbul edəcək, hökumətin fəaliyyətini təsdiqləyəcək və Baş nazirin təqdimatı əsasında (güc strukturlarının rəhbərləri istisna olmaqla) sosial-iqtisadi siyasətin icrasına cavabdeh nazirləri vəzifəyə təsdiq edəcək.

4. Məhkəmə hakimiyyəti əvvəlki kimi ölkənin Ali Məhkəməsi və onun müvafiq strukturları tərəfindən həyata keçiriləcək.

Bu kimi dəyişikliklər ölkəni prezident respublikası rejimindən parlament respublikası rejiminə keçidinə gətirib çıxaracaq. Bu, hakimiyyət üzərində effektiv nəzarət mexanizmini təmin edəcək. Beləliklə, bu sistem avtoritarizm və mütləq hakimiyyətin başlanğıclarını və əsaslarını əhəmiyyətli dərəcədə neytrallaşdıracaq, həmçinin dövlətin fəaliyyəti üzərində ictimai nəzarəti gücləndirəcək.

Bununla yanaşı, bu cür sistem demokratik seçkilərin keçirilməsinə imkan yaradacaq ki, bu da ölkənin beynəlxalq imicini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq, müxtəlif siyasi qüvvələrin fəaliyyət sahəsini genişləndirəcək və nəticədə vətəndaş cəmiyyətinin əsaslarını möhkəmləndirəcək.

Ramiz Mehdiyev – AMEA-nın akademiki”.

Xatırladaq ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. Onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

6 aydır axtarılan iranlı pilotların aqibəti BƏLLİ OLDU - FOTO

6 aydır axtarılan iranlı pilotların aqibəti BƏLLİ OLDU - FOTO

Hökumə Əliyevanın anasını duyğulandıran jest –VİDEO

Hökumə Əliyevanın anasını duyğulandıran jest –VİDEO

Deputatın oğlu MİT-ə qəbul olundu

Deputatın oğlu MİT-ə qəbul olundu

Almaniyadan TƏCİLİ XƏBƏRDARLIQ – Rusiya bu əraziləri bombalayacaq

Almaniyadan TƏCİLİ XƏBƏRDARLIQ – Rusiya bu əraziləri bombalayacaq

Məktəblər bu tarixdə başlayacaq -Rəsmən elan edildi

Məktəblər bu tarixdə başlayacaq -Rəsmən elan edildi

Rusiyanın strateji obyektləri belə vuruldu – VİDEO

Rusiyanın strateji obyektləri belə vuruldu – VİDEO

Tbilisi küçələri sel sularına qərq oldu – VİDEO

Tbilisi küçələri sel sularına qərq oldu – VİDEO

İlham Zəkiyev Avropa çempionatının FİNALINDA

İlham Zəkiyev Avropa çempionatının FİNALINDA

“Amay”da öldürülən şəxs iş adamı imiş- Fotolar

“Amay”da öldürülən şəxs iş adamı imiş- Fotolar

Bu bürclərin bəxt üzünə "güləcək": Qarşıda uğurlu günlər var

Bu bürclərin bəxt üzünə "güləcək": Qarşıda uğurlu günlər var

"Qarabağ"dan getdi - Hava limanında görüntülənib

"Qarabağ"dan getdi - Hava limanında görüntülənib

Onu əvəz etməyə namizədi yoxdur

Onu əvəz etməyə namizədi yoxdur

“28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid olacaq

“28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid olacaq

Şam yeməyində bir bakal şərab həqiqətən zərərsizdir?

Şam yeməyində bir bakal şərab həqiqətən zərərsizdir?

Zidan aşpazı da milliyə dəvət etdi

Zidan aşpazı da milliyə dəvət etdi

Elman Paşayevin oğlu Moskvada qətl və dələduzluqda ittiham olunur

Elman Paşayevin oğlu Moskvada qətl və dələduzluqda ittiham olunur

Tiflisdə güclü yağış torpaq sürüşməsinə səbəb oldu

Tiflisdə güclü yağış torpaq sürüşməsinə səbəb oldu

Merti daha bir serialda görəcəyik

Merti daha bir serialda görəcəyik

Bakıda və rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bakıda və rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Şampan ürəyə xeyirli imiş - Elmi ARAŞDIRMA

Şampan ürəyə xeyirli imiş - Elmi ARAŞDIRMA

Masallıda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO

Masallıda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO

Emin Ağalarovdan "Sea Breeze"dəki hadisə ilə bağlı AÇIQLAMA

Emin Ağalarovdan "Sea Breeze"dəki hadisə ilə bağlı AÇIQLAMA

Sosial şəbəkələrdə reklamverənlərə ŞAD XƏBƏR: ƏDV ödəməyəcəklər – FOTO

Sosial şəbəkələrdə reklamverənlərə ŞAD XƏBƏR: ƏDV ödəməyəcəklər – FOTO

Kuril adalarının sahillərində güclü ZƏLZƏLƏ baş verdi

Kuril adalarının sahillərində güclü ZƏLZƏLƏ baş verdi

End of content

No more pages to load

RADİO