Prezident Yaqub Eyyubova “İstiqlal” ordenini təqdim etdi – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Yaqub Eyyubovu qəbul edib və ona “İstiqlal” ordenini təqdim edib.
 

MÖVZU İLƏ BAĞLI: 

Prezidentdən Yaqub Eyyubovla bağlı SƏRƏNCAM


Bizim.Media xəbər verir ki, Yaqub Eyyubovu salamlayan Prezident İlham Əliyev dedi:

-Hörmətli Yaqub müəllim, ilk növbədə, sizi qarşıdan gələn yubileyiniz münasibətilə təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram. Siz uzun illər müxtəlif məsul vəzifələrdə işləyərkən Azərbaycanın inkişafına öz töhfənizi vermisiniz. Mən bunu yüksək qiymətləndirirəm.

Siz də bilirsiniz, mən də bilirəm ki, Ulu Öndər Heydər Əliyev sizə həmişə diqqət göstərmişdir.

Ötən əsrin 70-ci illərində sizi gənc kadr kimi məsul vəzifələrə təyin etmişdi və sizə böyük etimad göstərmişdi. Siz də bu etimadı layiqincə doğrultmusunuz. Məhz buna görə müstəqillik dövründə Ulu Öndər xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə gələndən sonra sizi bir neçə məsul vəzifəyə təyin edərək, bir daha sizə etimad göstərmişdir. Onun Sərəncamı ilə siz böyük vəzifə olan Baş nazirin birinci müavini təyin olunmusunuz və o illərdən bəri bu vəzifədə çalışırsınız.


22 il ərzində mənim prezidentlik dövrümdə də sizə dəfələrlə etimad göstərmişəm, hər prezident seçkilərindən sonra sizi həmin vəzifəyə yenidən təyin edirdim. Bu gün sizə bu dövlət mükafatını təqdim edərkən demək istəyirəm ki, mən sizin işinizdən razıyam.

Siz canla-başla, sədaqətlə dövlətə, vətənə xidmət edirsiniz. Öz işinizdə həmişə tələbkarsınız və mənim göstərişlərimi layiqincə yerinə yetirirsiniz. Sizin böyük xidmətlərinizi nəzərə alaraq mən sizi Azərbaycan dövlətinin yüksək mükafatı olan “İstiqlal” ordeni ilə təltif etmişəm və icazə verin, bu yüksək ordeni sizə təqdim edim.

Prezident İlham Əliyev “İstiqlal ”ordenini Yaqub Eyyubova təqdim edərək dedi: Sizi təbrik edirəm.

Yaqub Eyyubov: Təşəkkür edirəm.

Fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Yaqub Eyyubov Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü, Ulu Öndərin və Prezident İlham Əliyevin ona göstərdikləri etimadı həmişə doğrultmağa çalışdığını bildirdi.

O, məhz dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu qeyd edərək dedi: “Siz dahi şəxsiyyətsiniz ki, Azərbaycanın torpaqlarını geri qaytardınız. Bunu heç kim edə bilməzdi, mümkün də deyildi. Siz gözəl, yüksək bacarıqlı, dahi bir insansınız. Ona görə də bütün xalq, bütün dünya Sizi görür, Sizinlə qürur duyur”.

“İstiqlal” ordeni ilə təltif olunmasının onun üçün böyük şərəf olduğunu vurğulayan Yaqub Eyyubov bildirdi:

“Mən həyatım boyu bunu unutmaram və çalışacağam ki, imkanım daxilində, nə qədər imkan varsa, Sizə və dövlətimizə xidmət edim”.

Prezident İlham Əliyev: Çox sağ olun.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

Putin Aİ-nin gələcəyindən danışdı: “Özləri dağılacaqlar” - VİDEO

Putin Aİ-nin gələcəyindən danışdı: “Özləri dağılacaqlar” - VİDEO

End of content

No more pages to load

RADİO