Əməkdaşlıq Forumunun iştirakçıları Prezidentə müraciət ünvanladılar - FOTO

Oktyabrın 20-də Xankəndidə “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçılarının Prezident İlham Əliyevə müraciəti qəbul edilib.

Bizim.Media xəbər verir ki, müraciəti “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva oxuyub.

Müraciətdə bildirilib: “Biz azad Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun keçirilməsinin bəxtiyarlığı içərisindəyik. Forumda yüzlərlə QHT təmsilçisi vahid platformada olduqca aktual mövzularda faydalı müzakirələr apardı, təcrübə, bilik mübadiləsi etdi, qənaətlərini bölüşdü.
 

Sizin QHT sektoruna diqqətinizdən irəli gələrək, genişlənən imkanların, yaradılan şəraitin nəticəsidir ki, artıq Azərbaycan QHT-ləri dünyaya açılıb, beynəlxalq təmsilçiliyini gücləndirib, regionda böyük nüfuz qazanıb”.


Vurğulanıb ki, dünya əhalisinin 80 faizinin yaşadığı Qlobal Cənub məkanında vətəndaş cəmiyyətlərinin yekdil rəyi ilə təsis olunmuş Qlobal Cənub QHT Platforması daimi mənzil-qərargahı kimi Bakını müəyyən edib. Bu, qlobal müstəvidə Azərbaycan QHT-lərinə münasibətdə formalaşan yeni baxışın real nümunəsidir.

Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi, sürətlə dirçəlişi Prezident İlham Əliyevin yürütdüyü siyasətin təntənəsi, tarixi bəhrəsidir.

İşğaldan azad olunmuş ərazilərdə - 30 il müddətində viran qalmış yerlərdə qısa müddətdə 6 şəhər, 2 qəsəbə və 20 kənd qurulub, 60 minə yaxın insan artıq bu yerlərdə məskunlaşıb, proses sürətlə davam etdirilir. Azərbaycan postmünaqişə dövründə şəhərsalma təcrübəsi ilə dünyada bənzərsiz nümunə, model yaradıb. Təsadüfi deyil ki, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası gələn il məhz Azərbaycanda keçiriləcək.

Qeyd olunub ki, Azərbaycan QHT-ləri Ümumdünya Şəhərsalma Forumunda fəal iştiraka ciddi hazırlaşır. COP29-da əldə edilmiş təcrübə bu prosesdə QHT-lərə olduqca böyük fayda verir.

Bu gün süni intellekt və rəqəmsal həllər dövründə “rəqəmsal QHT” konsepsiyası tamamilə fərqli müstəvidə iş aparmağa, daha ciddi ölçüləbilən nəticələr əldə etməyə, səmərəliliyi xeyli yüksəltməyə şərait yaradır.
 

“Biz Azərbaycanı qələbədən-qələbəyə aparan siyasətinizi tam müdafiə edir, müharibənin qalibi və sülhün müəllifi kimi Sizin tarixi missiyanızı alqışlayırıq”, - deyə bildirilən müraciətdə, həmçinin deyilir ki, bu il avqustun 8-də keçirilmiş Vaşinqton Zirvə Görüşü də “Konstitusiya və Suverenlik İli”nin Azərbaycan tarixinə yeni mərhələnin başlanğıcı kimi düşəcəyini sübut edir.


“Təkcə son 1 ayda 4 qlobal toplantıda - Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında, Kopenhagendə “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında, Azərbaycanın ev sahibliyi ilə Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Zirvə Görüşündə, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Misirdə Yaxın Şərq Sülh Sammitində Sizin iştirakınız dünya miqyasında qazandığınız böyük nüfuzu, dərin hörməti, Azərbaycanın qlobal proseslərdə artan rolunu nümayiş etdirir”, - deyə iştirakçılar qeyd ediblər.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Süni intellekt gecikən əməkdaşı işdən qovdu – İLK DƏFƏ

Süni intellekt gecikən əməkdaşı işdən qovdu – İLK DƏFƏ

Azərbaycanlı müğənni küçədə döyüldü – FOTO

Azərbaycanlı müğənni küçədə döyüldü – FOTO

Bakıda ƏMƏLİYYAT – Saxlanılan var – VİDEO

Bakıda ƏMƏLİYYAT – Saxlanılan var – VİDEO

SON DƏQİQƏ! Hörmüzlə bağlı razılıq əldə olundu – VİDEO

SON DƏQİQƏ! Hörmüzlə bağlı razılıq əldə olundu – VİDEO

İndoneziyada növbəti güclü zəlzələ - VİDEO

İndoneziyada növbəti güclü zəlzələ - VİDEO

ABŞ-da qeyri-adi müsabiqə - Hind quşu səsini belə təqlid etdilər – VİDEO

ABŞ-da qeyri-adi müsabiqə - Hind quşu səsini belə təqlid etdilər – VİDEO

Xəstənin adından istifadə edib pul yığdı,özünə götürdü

Xəstənin adından istifadə edib pul yığdı,özünə götürdü

Polşa tarixinin ən böyük hərbi paradı – VİDEO

Polşa tarixinin ən böyük hərbi paradı – VİDEO

Fermerlərin DİQQƏTİNƏ – Subsidiyalarla bağlı RƏSMİ MƏLUMAT

Fermerlərin DİQQƏTİNƏ – Subsidiyalarla bağlı RƏSMİ MƏLUMAT

Paytaxt küçələrini belə yudular - FOTO

Paytaxt küçələrini belə yudular - FOTO

6 aydır axtarılan iranlı pilotların aqibəti BƏLLİ OLDU - FOTO

6 aydır axtarılan iranlı pilotların aqibəti BƏLLİ OLDU - FOTO

Hökumə Əliyevanın anasını duyğulandıran jest –VİDEO

Hökumə Əliyevanın anasını duyğulandıran jest –VİDEO

Deputatın oğlu MİT-ə qəbul olundu

Deputatın oğlu MİT-ə qəbul olundu

Almaniyadan TƏCİLİ XƏBƏRDARLIQ – Rusiya bu əraziləri bombalayacaq

Almaniyadan TƏCİLİ XƏBƏRDARLIQ – Rusiya bu əraziləri bombalayacaq

Məktəblər bu tarixdə başlayacaq -Rəsmən elan edildi

Məktəblər bu tarixdə başlayacaq -Rəsmən elan edildi

Rusiyanın strateji obyektləri belə vuruldu – VİDEO

Rusiyanın strateji obyektləri belə vuruldu – VİDEO

Tbilisi küçələri sel sularına qərq oldu – VİDEO

Tbilisi küçələri sel sularına qərq oldu – VİDEO

İlham Zəkiyev Avropa çempionatının FİNALINDA

İlham Zəkiyev Avropa çempionatının FİNALINDA

“Amay”da öldürülən şəxs iş adamı imiş- Fotolar

“Amay”da öldürülən şəxs iş adamı imiş- Fotolar

Bu bürclərin bəxt üzünə "güləcək": Qarşıda uğurlu günlər var

Bu bürclərin bəxt üzünə "güləcək": Qarşıda uğurlu günlər var

"Qarabağ"dan getdi - Hava limanında görüntülənib

"Qarabağ"dan getdi - Hava limanında görüntülənib

Onu əvəz etməyə namizədi yoxdur

Onu əvəz etməyə namizədi yoxdur

“28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid olacaq

“28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid olacaq

Şam yeməyində bir bakal şərab həqiqətən zərərsizdir?

Şam yeməyində bir bakal şərab həqiqətən zərərsizdir?

End of content

No more pages to load

RADİO