Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 17-də Vatikanın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.

Bizim.Media xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva kardinal Pietro Parolini yenidən görməyinə şad olduğunu deyərək, katolik dünyasını "Yubiley İli" münasibətilə təbrik edib.

Vatikanın dövlət katibinin keçən ilin noyabrında Azərbaycanda keçirilən COP29 tədbirində iştirakına görə təşəkkürünü bildirən Birinci vitse-prezident ölkəmizin Müqəddəs Taxt-Tacla inkişaf edən əməkdaşlığının son illər ərzində vüsət almış dinamikasından məmnunluğunu ifadə edib.

Azərbaycanın dini tolerantlıq və multikulturalizm dəyərlərini özündə birləşdirən ölkə olduğunu diqqətə çatdıran Mehriban Əliyeva bunun həm dövlət siyasəti, həm də cəmiyyətimizin yaşayış tərzi olduğunu vurğulayıb. Birinci vitse-prezident Müqəddəs Taxt-Tacla əməkdaşlıq çərçivəsində Heydər Əliyev Fondu tərəfindən görülən işlər barədə danışaraq, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu bildirib. Ölkəmizdə katolik icması ilə münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən Birinci vitse-prezident deyib:
 

"Dövlət katibinin keçən ilin noyabrında Azərbaycanda qaldırıldığı məsələ - ölkəmizdə ikinci Katolik Kilsəsinin tikilməsi müsbət həllini tapmaqdadır. Prezident İlham Əliyev tərəfindən artıq bu barədə müsbət qərar verilib və bu yaxınlarda paytaxtımızda ikinci Katolik Kilsəsinin inşasına başlanılacaq". Mehriban Əliyeva kardinal Pietro Parolinin Azərbaycanda ölkəmizin və xalqımızın yaxın dostu kimi tanındığını qeyd edib, əməkdaşlığımızın sürətlə və uğurla inkişafına görə ona minnətdarlığını bildirib.


Pietro Parolin Birinci vitse-prezident Mehriban Əliyevanı yenidən görməkdən şərəf duyduğunu deyərək, Azərbaycan dövlətinə, münasibətlərin bu səviyyəyə çatdırılmasında səylərinə görə şəxsən Prezident İlham Əliyevə dərin təşəkkürünü ifadə edib. O, keçən ilin noyabrında COP29-la bağlı Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev tərəfindən qəbul olunmasını Müqəddəs Taxt-Taca hörmətin təzahürü kimi qiymətləndirib. Heydər Əliyev Fondunun dəstəyi ilə uğurla həyata keçirilən layihələr barədə danışan kardinal bu əməkdaşlığı yüksək dəyərləndirib. O, həmçinin Azərbaycanda fəaliyyət göstərən katolik icması ilə dövlət arasında nümunəvi münasibətlərin mövcud olduğunu diqqətə çatdıraraq, dövlətlərimizin əməkdaşlığının möhkəmləndirilməsinin önəmini vurğulayaraq deyib: "Bakıda ikinci Katolik Kilsəsinin tikilməsi çox təqdirəlayiq haldır, buna görə Azərbaycana minnətdarıq. Bu, bir daha ölkənizdə bütün dinlərə göstərilən qayğı və hörmətin təzahürüdür. Azərbaycan bu mənada bir çox ölkələr üçün nümunədir".
 

Kardinal Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Feketenin Prezident İlham Əliyev tərəfindən "Dostluq" ordeni ilə təltif edilməsinin Müqəddəs Taxt-Taca hörmətin daha bir əlaməti olduğunu diqqətə çatdırıb.


Dövlət katibi Pietro Parolin avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ tərəfindən Birgə Bəyannamənin imzalanması, Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanması münasibətilə ölkəmizi təbrik edib, Vatikanın regionda sülhün bərqərar olmasını birmənalı şəkildə dəstəklədiyini bildirib.

Təbriklərə görə kardinal Pietro Parolinə minnətdarlığını ifadə edən Birinci vitse-prezident Mehriban Əliyeva Vaşinqton Sammitinin nəticələrini yüksək qiymətləndirərək, Azərbaycan və Ermənistan rəhbərlərinin sülh gündəliyinə sadiq qaldıqlarını, regionda davamlı sülhün bərqərar olmasına ümidvar olduğunu vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ronaldo Corcinadan boşanarsa... – Görün nə qədər aliment ödəyəcək

Ronaldo Corcinadan boşanarsa... – Görün nə qədər aliment ödəyəcək

Kartofun üzərindəki izlərə DİQQƏT EDİN – Zəhərlənə bilərsiniz

Kartofun üzərindəki izlərə DİQQƏT EDİN – Zəhərlənə bilərsiniz

Əncir toplamaq istəyərkən HƏYATINI İTİRDİ

Əncir toplamaq istəyərkən HƏYATINI İTİRDİ

Meşə yanğınları yenidən Fransanı cənginə aldı - VİDEO

Meşə yanğınları yenidən Fransanı cənginə aldı - VİDEO

Şəhidin hərbçi qardaşı VƏFAT ETDİ

Şəhidin hərbçi qardaşı VƏFAT ETDİ

Bu kənd klubuna qoşulmağa milyarderlərin sərvətləri kifayət etmədi- Fotolar

Bu kənd klubuna qoşulmağa milyarderlərin sərvətləri kifayət etmədi- Fotolar

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu OLDU

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu OLDU

Bakı və Abşeronun bu ərazilərində torpaqlar ucuzlaşdı – ALMAĞA TƏLƏSİN

Bakı və Abşeronun bu ərazilərində torpaqlar ucuzlaşdı – ALMAĞA TƏLƏSİN

İsrail yenidən Livanı BOMBALADI – Ölənlər var – VİDEO

İsrail yenidən Livanı BOMBALADI – Ölənlər var – VİDEO

Süni intellekt gecikən əməkdaşı işdən qovdu – İLK DƏFƏ

Süni intellekt gecikən əməkdaşı işdən qovdu – İLK DƏFƏ

Azərbaycanlı müğənni küçədə döyüldü – FOTO/VİDEO

Azərbaycanlı müğənni küçədə döyüldü – FOTO/VİDEO

Bakıda ƏMƏLİYYAT – Saxlanılan var – VİDEO

Bakıda ƏMƏLİYYAT – Saxlanılan var – VİDEO

SON DƏQİQƏ! Hörmüzlə bağlı razılıq əldə olundu – VİDEO

SON DƏQİQƏ! Hörmüzlə bağlı razılıq əldə olundu – VİDEO

İndoneziyada növbəti güclü zəlzələ - VİDEO

İndoneziyada növbəti güclü zəlzələ - VİDEO

ABŞ-da qeyri-adi müsabiqə - Hind quşu səsini belə təqlid etdilər – VİDEO

ABŞ-da qeyri-adi müsabiqə - Hind quşu səsini belə təqlid etdilər – VİDEO

Xəstənin adından istifadə edib pul yığdı,özünə götürdü

Xəstənin adından istifadə edib pul yığdı,özünə götürdü

Polşa tarixinin ən böyük hərbi paradı – VİDEO

Polşa tarixinin ən böyük hərbi paradı – VİDEO

Fermerlərin DİQQƏTİNƏ – Subsidiyalarla bağlı RƏSMİ MƏLUMAT

Fermerlərin DİQQƏTİNƏ – Subsidiyalarla bağlı RƏSMİ MƏLUMAT

Paytaxt küçələrini belə yudular - FOTO

Paytaxt küçələrini belə yudular - FOTO

6 aydır axtarılan iranlı pilotların aqibəti BƏLLİ OLDU - FOTO

6 aydır axtarılan iranlı pilotların aqibəti BƏLLİ OLDU - FOTO

Hökumə Əliyevanın anasını duyğulandıran jest –VİDEO

Hökumə Əliyevanın anasını duyğulandıran jest –VİDEO

Deputatın oğlu MİT-ə qəbul olundu

Deputatın oğlu MİT-ə qəbul olundu

Almaniyadan TƏCİLİ XƏBƏRDARLIQ – Rusiya bu əraziləri bombalayacaq

Almaniyadan TƏCİLİ XƏBƏRDARLIQ – Rusiya bu əraziləri bombalayacaq

Məktəblər bu tarixdə başlayacaq -Rəsmən elan edildi

Məktəblər bu tarixdə başlayacaq -Rəsmən elan edildi

End of content

No more pages to load

RADİO