Kamran Əliyev İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri ilə görüşdü – FOTO

Yanvarın 28-də Baş prokuror Kamran Əliyev Strasburqda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Robert Spano ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Prokurorluğu ilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi arasında əlaqələrin səmərəliliyini qeyd edən Baş prokuror, ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sahəsində insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması istiqamətində aparılan mütərəqqi islahatlar haqda məlumat verib.

Kamran Əliyev qeyd edib ki, prokurorluq orqanlarında İnsan Hüquqları üzrə Avropa Konvensiyası və Məhkəmənin presedent hüququnun öyrənilməsi və implementasiyasına xüsusi önəm verilir. 

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə Azərbaycan Prokurorluğunun gələcək əməkdaşlıq perspektivləri, o cümlədən prokurorların Məhkəməyə təlim-tədris səfərlərinin təşkili, Məhkəmənin hakimləri tərəfindən Baş prokuror yanında Elmi-Məsləhət Şurasının konfranslarında hüquq elminin müxtəlif sahələri üzrə aktual məsələlərə həsr olunan mühazirələrlə çıxışları ətrafında müzakirə aparılıb.

Həmçinin, Avropa Şurası və onun qurumları ilə əməkdaşlıq məsələlərindən məmnunluq ifadə olunaraq bu yaxınlarda Azərbaycan prokurorluğunun nümayəndəsinin Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratında müsabiqədə uğur qazanaraq 1 illik staj keçəcəyi qeyd olundu. 
Görüşdə Avropa Məhkəməsinin Azərbaycandan olan hakimi Lətif Hüseynov və ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri Fəxrəddin İsmayılov iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-da təyyarə qəzası – ANBAAN VİDEO

ABŞ-da təyyarə qəzası – ANBAAN VİDEO

İlon Mask: “Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər”

İlon Mask: “Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər”

Zərər İran pulları ilə ödəniləcək - Trampdan yeni ultimatum

Zərər İran pulları ilə ödəniləcək - Trampdan yeni ultimatum

Avtobusların intervalı yayda artırılır? – Rəsmi AÇIQLAMA

Avtobusların intervalı yayda artırılır? – Rəsmi AÇIQLAMA

Bakıda bu evlərin qiyməti kəskin qalxır

Bakıda bu evlərin qiyməti kəskin qalxır

Bakının bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Bakının bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Oksana və oğlu Batumidə xəstəxanaya düşdü

Oksana və oğlu Batumidə xəstəxanaya düşdü

Trampın dublyoru olduğu deyilən şəxs qayınatası çıxdı - Fotolar - Video

Trampın dublyoru olduğu deyilən şəxs qayınatası çıxdı - Fotolar - Video

Bakı ətrafında yeni dəmiryol xətti çəkiləcək - Hansı ərazilərdə söküntülər başlayacaq? - VİDEO

Bakı ətrafında yeni dəmiryol xətti çəkiləcək - Hansı ərazilərdə söküntülər başlayacaq? - VİDEO

Bu 3 bürc üçün yeni dövr başlayır

Bu 3 bürc üçün yeni dövr başlayır

SON DƏQİQƏ! Azərbaycanda zəlzələ baş verdi

SON DƏQİQƏ! Azərbaycanda zəlzələ baş verdi

ABŞ hücumlarının 13-cü DALĞASI – İran şəhərləri belə vuruldu – VİDEO

ABŞ hücumlarının 13-cü DALĞASI – İran şəhərləri belə vuruldu – VİDEO

BİZİM TƏQVİM:24 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:24 iyulda baş vermiş tarixi hadisələr

Azərbaycanda avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO

Azərbaycanda avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO

Rusiyada yuxu həblərinin satışı rekord həddə çatdı

Rusiyada yuxu həblərinin satışı rekord həddə çatdı

ABŞ-də nadir avtomatik “Lada” satışa çıxarıldı

ABŞ-də nadir avtomatik “Lada” satışa çıxarıldı

Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama

Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama

"Xanımlar, kişilərin arxasınca qaçmayın" – VİDEO

"Xanımlar, kişilərin arxasınca qaçmayın" – VİDEO

65 yaşdan sonra hansı müəllimləri işdə saxlayırlar?

65 yaşdan sonra hansı müəllimləri işdə saxlayırlar?

Pul xərcləyəndə qazananlar: Maliyyə baxımından ən zəkalı 3 BÜRC

Pul xərcləyəndə qazananlar: Maliyyə baxımından ən zəkalı 3 BÜRC

Çin sədrinin ABŞ-yə səfər TARİXİ AÇIQLANDI

Çin sədrinin ABŞ-yə səfər TARİXİ AÇIQLANDI

Meqan Markl şouda təqdim edilərkən "təhqir edildi"

Meqan Markl şouda təqdim edilərkən "təhqir edildi"

Ən ağıllı BÜRCLƏR

Ən ağıllı BÜRCLƏR

ABŞ-nin zərbələri nəticəsində İranda ölənlərin SAYI

ABŞ-nin zərbələri nəticəsində İranda ölənlərin SAYI

End of content

No more pages to load

RADİO