ABŞ Prezidenti Donald Tramp gəmilərə, yüklərə və onlarla əlaqəli əmlaka dəyən ziyanın kompensasiyası üçün İranın dondurulmuş aktivlərindən istifadə ediləcəyini bildirib.
Bizim.Media xəbər verir ki, Donald Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
O qeyd edib ki, gəmilərə, yüklərə və ya onlarla əlaqəli hər hansı əmlaka dəyən zərər ABŞ-nin nəzarətində saxlanılan İran vəsaitləri hesabına ödəniləcək. "Bu zərər çox əhəmiyyətli ola bilər, lakin bu, ədalətli və əsaslandırılmış addımdır", – deyə Tramp vurğulayıb.
Bizim.Media