“Olub ki, şagirdin əlindən vurmuşam, itələmişəm” – Millət vəkilindən müəllimlərə DƏSTƏK

“Son zamanlar məktəblərdə baş verən hadisələrlə bağlı xəcalət çəkirəm. Müəllim uşağı döyür, baxçada uşağı vururlar, tələbə müəllimin üzünə durur. Müəllim müqəddəs varlıqdır. Hətta bizim dövrümüzdə valideyn öz uşaqlarının öhdəsindən gəlmədikdə, müəllimdən xahiş edirdi ki, onu tənbeh edin, lazım olsa cəzalandırın. Yalandan böyük sinif uşağını müəllim bir dəfə itələməklə, əlindən vurmaqla zorakılığa məruz qaldı, uşağı döydü deyilir. Bu düzgün yanaşma deyil”.

Bu fikirləri millət vəkili, Müəllimlər İnsitutunun sabiq rektoru Aqiyə Naxçıvanlı Bizim.Media-ya müsahibəsində qeyd edib.

Millət vəkili müəllimlərə qarşı sərgilənən mövqeyi sərt tənqid edib:
 

MÖVZU İLƏ BAĞLI:

Deputat peyvəndlənməyə QARŞI çıxdı – “Ucdan tutma hamısını vaksinasiya etmək olmaz”


“Amma indi bir hadisə baş verən kimi, qəsdən hazırlayırlar, şagird müəllimlərin üzünə durur. O hansı tərbiyəyə malik olan insandır ki, müəlimin üzünə durur, narazılığını bildirir və nəticədə müəllim günahkar olur. Fikirləşmək lazımdır ki, o hansı ailədən gəlib. Belə çıxır ki, valideyn tamamiləmi övladının tərbiyəsi ilə məşğul olmur? Övladının təhsilini də, tərbiyəsini də müəllimin öhdəsinə buraxır. Bununla belə, istəyir ki, müəllim onun uşağına güldən ağır söz deməsin. Bu mümkün olan şey deyil”.

Millət vəkili son vaxtlar məktəblərdə bullinq olaylarına şəxsən şahid olduğunu da qeyd edib. Digər bir problem kimi isə, Aqiyə Naxçıvanlı məktəblə valideynlər arasında əlaqələrin zəif olmasını ön plana çıxarıb. Bununla yanaşı, millət vəkili təhsil proqramlarının ağırlığı səbəbindən uşaqların sağlamlığında ciddi fəsadların yarandığını da bildirib.

“Valideyn məktəbə gedən uşağa bufetdən nə isə almağa pul verir, başqa heç nə ilə maraqlanmır, her şeyi müəllimlərin öhdəsinə buraxırlar. Müəllim də daş deyil ki. O da insandır, onun da səbr kasası daşır. Bizim dövrümüzdə müəllimin üzünə durmaq olardı? İndi müəllimi itələyib yanından keçən var, sözünün üstünə söz qoyan var, müəllimi təhqir edib, lağa qoyanlar var. Belə olmaz. Buna görə də cəmiyyət təhsilə üzünü çevirməlidir, təhsildən yox”, - deyə müsahibimiz qeyd edib.

Millət vəkili Bakının 165 saylı məktəbində baş verən xoşagəlməz olaya və müəllimin cəzalandırılmasına da münasibət bildirib:

“Bu düzgün deyil. Mən anlamıram, burada şagirdin heç bir günahı olmadı? Onun tərbiyəsinin heç bir günahı olmadı? Hər şeydə müəllim günahkar oldu? Başa düşürəm, baxçada dilsiz-ağızsız uşağa əl qaldırmaq olmaz.
Yuxarı sinif uşağını direktor yalandan itələyib, deyirlər “zorakılıq”. Bu zorakılıqdır? Onun ərki çatıb bunu edib. Mən özüm də müəllim olmuşam. Olub ki, şagirdin əlindən də vurmuşam, itələmişəm, başa düşməyəndə cəzalandırmışam. Bunlar olan şeylərdir. Bunu düşmən kimi etmirsən ki. Müəllimin imicini saxlamaq lazımdır”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-da təyyarə qəzası – ANBAAN VİDEO

ABŞ-da təyyarə qəzası – ANBAAN VİDEO

İlon Mask: “Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər”

İlon Mask: “Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər”

Zərər İran pulları ilə ödəniləcək - Trampdan yeni ultimatum

Zərər İran pulları ilə ödəniləcək - Trampdan yeni ultimatum

Avtobusların intervalı yayda artırılır? – Rəsmi AÇIQLAMA

Avtobusların intervalı yayda artırılır? – Rəsmi AÇIQLAMA

Bakıda bu evlərin qiyməti kəskin qalxır

Bakıda bu evlərin qiyməti kəskin qalxır

Bakının bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Bakının bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Oksana və oğlu Batumidə xəstəxanaya düşdü

Oksana və oğlu Batumidə xəstəxanaya düşdü

Trampın dublyoru olduğu deyilən şəxs qayınatası çıxdı - Fotolar - Video

Trampın dublyoru olduğu deyilən şəxs qayınatası çıxdı - Fotolar - Video

Bakı ətrafında yeni dəmiryol xətti çəkiləcək - Hansı ərazilərdə söküntülər başlayacaq? - VİDEO

Bakı ətrafında yeni dəmiryol xətti çəkiləcək - Hansı ərazilərdə söküntülər başlayacaq? - VİDEO

Bu 3 bürc üçün yeni dövr başlayır

Bu 3 bürc üçün yeni dövr başlayır

SON DƏQİQƏ! Azərbaycanda zəlzələ baş verdi

SON DƏQİQƏ! Azərbaycanda zəlzələ baş verdi

ABŞ hücumlarının 13-cü DALĞASI – İran şəhərləri belə vuruldu – VİDEO

ABŞ hücumlarının 13-cü DALĞASI – İran şəhərləri belə vuruldu – VİDEO

BİZİM TƏQVİM:24 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:24 iyulda baş vermiş tarixi hadisələr

Azərbaycanda avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO

Azərbaycanda avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO

Rusiyada yuxu həblərinin satışı rekord həddə çatdı

Rusiyada yuxu həblərinin satışı rekord həddə çatdı

ABŞ-də nadir avtomatik “Lada” satışa çıxarıldı

ABŞ-də nadir avtomatik “Lada” satışa çıxarıldı

Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama

Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama

"Xanımlar, kişilərin arxasınca qaçmayın" – VİDEO

"Xanımlar, kişilərin arxasınca qaçmayın" – VİDEO

65 yaşdan sonra hansı müəllimləri işdə saxlayırlar?

65 yaşdan sonra hansı müəllimləri işdə saxlayırlar?

Pul xərcləyəndə qazananlar: Maliyyə baxımından ən zəkalı 3 BÜRC

Pul xərcləyəndə qazananlar: Maliyyə baxımından ən zəkalı 3 BÜRC

Çin sədrinin ABŞ-yə səfər TARİXİ AÇIQLANDI

Çin sədrinin ABŞ-yə səfər TARİXİ AÇIQLANDI

Meqan Markl şouda təqdim edilərkən "təhqir edildi"

Meqan Markl şouda təqdim edilərkən "təhqir edildi"

Ən ağıllı BÜRCLƏR

Ən ağıllı BÜRCLƏR

ABŞ-nin zərbələri nəticəsində İranda ölənlərin SAYI

ABŞ-nin zərbələri nəticəsində İranda ölənlərin SAYI

End of content

No more pages to load

RADİO