Prezidentlərin görüşü İran mətbuatının yanaşmasını dəyişəcəkmi?

28 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının prezidenti İbrahim Rəisi arasında görüş başa tutub.

Türkmənistanda İƏT dövlət başçılarının Sammiti çərçivəsində baş tutan görüşdə ölkələrarası münasibətlər əsas müzakirə mövzusu olub.

İran-Azərbaycan münasibətlərinin tarixi xarakterinə və iki ölkə arasındakı münasibətlərin inkişafına toxunan Rəisi, İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, münasibətlərin daha da dərinləşəcəyinə və əlaqələrin möhkəmlənəcəyinə olan inamını ifadə edib.

Son aylarda iki dövlət arasında yaşanan gərginliyin fonunda İran prezidenti artıq tərəflər arasındakı maneələrin dəf edildiyini və problemlərin həll olunduğunu vurğulayıb.
Lakin dövlət başçısının müsbət açıqlamalarının bu görüşə qədər İran mətuatında Azərbaycan əleyhinə aparılan kampaniya ilə ziddiyyət təşkil etməsi də diqqətdən yayınmır.

Son iki ay ərzində daha da güclənən anti-Azərbaycan mövqeyi heç şübhəsiz ki, iki ölkə arasındakı münasibətlərin normallaşmasının önündə duran başlıca əngəl idi.

Ermənistan mərkəzli təxribat fəaliyyətləri

2021-ci ilin oktyabr ayının sonlarından etibarən İran mətbuatında ardıcıl şəkildə “Zəngəzur dəhlizi” və bu dəhlizin reallaşmasında NATO-nun maraqları ilə bağlı yazılar və müsahibələr dərc edilib. Kampaniya xarakteri daşıyan bu yazıların birbaşa Azərbaycanla regionun digər ölkələri arasındakı münasibətləri hədəf aldığı müşahidə olunur. Bu cür yazılara xüsusilə İran mətbuatında yer verilməsi isə prosesin miqyasının düşünüldüyündən daha geniş olduğunu deməyə əsas verir.  

Bizim.Media tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, baş verənlər bir müddət öncə Ermənistan mərkəzli media resursları tərəfindən başladılan “saxta xəbər” kampaniyasının ikinci dağlası idi.

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev İbrahim Rəisi ilə görüşdü - FOTO

2021-ci ilin oktyabr ayında Böyük Britaniyanın NATO-dakı keçmiş daimi nümayəndəsi Adam Tomson adına saxta blog (thomsonadam.co.uk) açılaraq Azərbaycan haqqında əsassız iddialara yer verildiyi məqalə yayımlanıb. Məqalədə rəsmi Bakının “Zəngəzur dəhlizi”-nin açılması ilə NATO-ya üzv olacağı və bu addımın regionda həm Rusiya, həm də Çinin maraqlarına zərbə vuracağı ilə bağlı iddialara yer verilirdi. 

Ermənistan mətbuatı tərəfindən istinadla paylaşılan məlumatların saxta olması həqiqi Adam Tomsonun bu cür bloqunun və məqalə ilə hər hansı əlaqəsinin olmadığını elan etməsi ilə sübuta yetirildi. Digər tərəfdən Ermənistan media qurumlarının bu prosesdəki canfəşanlığı nəticəsində də saxta xəbərlərin məqsədli şəkildə hazırlandığı və “Zəngəzur dəhlizi” ilə bağlı müzakirələrə zərər vurmaq mahiyyəti daşıdığı aydın oldu.

İran mətbuatının anti-Azərbaycan kampaniyası

Lakin Ermənistan mediasındakı açıq təxribat fəaliyyətləri qısa müddət ərzində İran mediası tərəfindən də dəstəklənməyə başlandı. Zəngəzur dəhlizinin açılmasında NATO-nun marağı və rolu İran Dövlət Teleradio Şirkətinin İnformasiya Agentliyi (“İribnews”) da daxil olmaqla bir sıra informasiya resurslarında məqalələr və ekspertlərin müsahibələri formasında tirajlandı.

Bu məqalələrdə “Zəngəzur dəhlizi”-nin İran, Rusiya və Çinə qarşı yaratdığı təhdidlərlə yanaşı, Azərbaycan-İsrail əlaqələri barədə də məlumatlara da yer verilirdi.
Adı çəkilən kanallarda yayımlanan müsahibələrdə iştirak edən “ekspertlər”, xüsusilə Türkiyənin NATO üzvü olması faktını qabardaraq Rusiyanı Zəngəzur dəhlizinin açılmasına mane olmağa çağırır.

İran mətbuatı güya NATO-nun 2004-cü ildə qəbul etdiyi strategiya çərçivəsində Türkiyə ilə Azərbaycanın quru yolla birləşdirilməsini ehtiva edən uydurma plana xüsusilə diqqət çəkir. Məhz bu yolla NATO-nun özünün Xəzər dənizi sahillərinə çıxışını təmin etməyə çalışdığını qeyd edən İran xəbər saytları, Zəngəzur dəhlizinin də bu planın tərkib hissəsi olduğunu iddia edir.

İran mətbuatında müşahidə olunan ikinci istiqamət isə İran və Ermənistan arasındakı sərhədin aradan qaldırılacağı ilə bağlıdır.

İran mətbuatı ardıcıl olaraq Türkiyə və Azərbaycanın əsas məqsədinin İran və Ermənistan arasındakı əlaqəni kəsmək olduğunu tirajlayır. Yazılarda İran hakimiyyətinə “qırmızı xətt” hesab olunan Ermənistan sərhədini qorumaq üçün lazım olan bütün addımları atmaq və hətta Azərbaycana qarşı təhdidinin təkrar dilə gətirilməsi tövsiyyə olunur.

Türkmənistan görüşü qərəzli mövqeyi bitirəcəkmi?

Baş verənlər “Zəngəzur dəhlizi”-nin açılması ehtimalının cənub qonşumuzu Ermənistandan daha çox narahat etdiyini göstərir. Bu narahatlıq rəsmi səviyyədə dilə gətirilməsə də İran rəsmiləri dolayı yolla Azərbaycanı hədəf almaqla davam edir. Onu da qeyd edək ki, baş verənlər Azərbaycana qarşı aparılan saxta xəbər kampaniyasının ilə bağlı ilk belə hal deyil.

Bir müddət əvvəl İran tərəfindən idarə olunan türk və fransızdilli kiçik xəbər saytları vasitəsilə Mossadın keçmiş yüksək rütbəli əməkdaşı Uzi Aradın saxta müsahibəsi yayımlanıb.
İki ölkə prezidenti arasında 28 noyabrda baş tutan və müsbət meyllərlə yadda qalan görüşdən sonra İran mətbuatının Azərbaycana qarşı mövqeyində də ciddi dəyişikliyin olacağını ümid edirik.

Bu dəyişiklik iki ölkə arasındakı münasibətlərin gələcək inkişafına təsir edəcəyi kimi, mehriban qonşuluq münasibətlərinin inşasına da təkan verə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dağıstanın rəhbəri Sergey Melikov vəzifəsindən azad edilib

Dağıstanın rəhbəri Sergey Melikov vəzifəsindən azad edilib

Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq

Binə stadionu beynəlxalq matçlara ev sahibliyi edəcək - FOTO

Binə stadionu beynəlxalq matçlara ev sahibliyi edəcək - FOTO

Bu yollar 3 GÜN bağlı olacaq – XƏBƏRDARLIQ

Bu yollar 3 GÜN bağlı olacaq – XƏBƏRDARLIQ

Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə - FOTO

Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə - FOTO

Bir zamanların sevilən aktyoru bu görüntüsü ilə sevənlərini üzdü - FOTO

Bir zamanların sevilən aktyoru bu görüntüsü ilə sevənlərini üzdü - FOTO

Kürdəmirdə Kürün səviyyəsi qalxdı - ev və əkin sahələri su altında qaldı - FOTOLAR

Kürdəmirdə Kürün səviyyəsi qalxdı - ev və əkin sahələri su altında qaldı - FOTOLAR

Global Həmrəylik Şurasının Qafqaz üzrə regional komissarı TƏYİN OLUNDU – FOTO

Global Həmrəylik Şurasının Qafqaz üzrə regional komissarı TƏYİN OLUNDU – FOTO

Davam edən "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimindən FOTO/VİDEO

Davam edən "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimindən FOTO/VİDEO

DİM nümayəndələri Kamran Əsədovun məhkəməsində iştirak edirlər

DİM nümayəndələri Kamran Əsədovun məhkəməsində iştirak edirlər

Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşdü - FOTO

Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşdü - FOTO

Milli Qəhrəman Xankəndidə restoran açır

Milli Qəhrəman Xankəndidə restoran açır

Xüsusi təyinatlılar XTQ-nin yaradılması gününü belə qeyd etdilər - FOTO/VİDEO

Xüsusi təyinatlılar XTQ-nin yaradılması gününü belə qeyd etdilər - FOTO/VİDEO

Qarabağda torpaqların icarəyə verilməsi üzrə növbəti MÜSABİQƏ elan edilib

Qarabağda torpaqların icarəyə verilməsi üzrə növbəti MÜSABİQƏ elan edilib

“Rəsmi Bakı hansısa ölkə ilə təmaslarını heç vaxt 3-cü tərəfə yönəltmir” – Əlibala Məhərrəmzadə

“Rəsmi Bakı hansısa ölkə ilə təmaslarını heç vaxt 3-cü tərəfə yönəltmir” – Əlibala Məhərrəmzadə

Kral Çarlzın fransız dili ilə bağlı zarafatına Makrondan REAKSİYA – FOTO

Kral Çarlzın fransız dili ilə bağlı zarafatına Makrondan REAKSİYA – FOTO

12 illik dövr başa çatır: 3 BÜRC üçün var-dövlətin qapıları açılır

12 illik dövr başa çatır: 3 BÜRC üçün var-dövlətin qapıları açılır

Sumqayıtda SU KƏSİLƏCƏK

Sumqayıtda SU KƏSİLƏCƏK

“Qarabağ”ın bu futbolçuları “Neftçi”yə qarşı OYNAMAYACAQ – ADLAR

“Qarabağ”ın bu futbolçuları “Neftçi”yə qarşı OYNAMAYACAQ – ADLAR

Qalibaf Şah Abbasın tarixi uğurundan yazdı – FOTO

Qalibaf Şah Abbasın tarixi uğurundan yazdı – FOTO

Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır - FOTO

Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır - FOTO

Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi

Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi

Kosmosdan zəlzələ riskini aşkarlayan platforma hazırlandı – FOTO

Kosmosdan zəlzələ riskini aşkarlayan platforma hazırlandı – FOTO

Prezidentin çempion güləşçilərimizlə görüşündən VİDEO

Prezidentin çempion güləşçilərimizlə görüşündən VİDEO

End of content

No more pages to load

RADİO