Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır - FOTO

Vatikan şəhər-dövlətinin qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında bərpa işlərinə dair daha bir müqavilə imzalanıb.

Bizim.Media xəbər verir ki, Vatikanda keçirilən görüşdə sənədi Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini imzalayıblar.
 

Yeni layihə çərçivəsində Müqəddəs Pavel Bazilikasının daxilində yerləşən Müqəddəs Pavel və Müqəddəs Pyotr heykəllərinin, həmçinin Bazilikanın həyətində Müqəddəs Pavel və Müqəddəs Luka heykəllərinin bərpası nəzərdə tutulub.


Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvinin müşayiəti ilə bazilika kompleksinə baxış zamanı Heydər Əliyev Fondu tərəfindən aparılmış işlər və növbəti mərhələlərdə nəzərdə tutulan işlər barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Müqəddəs Pyotr Kilsəsindən sonra Vatikanın ikinci ən böyük kilsəsi olan Müqəddəs Pavel Bazilikası Roma şəhərində dörd əsas papalıq bazilikalarından biridir.

Monumental ölçüləri, zəngin mozaikaları və uzun sütun sıraları ilə seçilən bazilika dini, mədəni abidə kimi böyük əhəmiyyət daşıyır və hər il minlərlə zəvvar və turist tərəfindən ziyarət olunur.
 

Bərpa işləri zamanı müasir texnologiyaların tətbiq olunması nəzərdə tutulur. Xüsusilə lazer texnologiyası vasitəsilə səthin təmizlənməsi və təbiətə zərər verməyən bioloji vasitələrlə konservasiya işlərinin aparılması planlaşdırılır. Bu metodlar əvvəllər Vatikan bağlarında da uğurla tətbiq olunub.


Bazilikada, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilmiş əvvəlki bərpa və tikinti işləri ilə tanışlıq olub.

Qeyd edək ki, 2024-cü il sentyabrın 11-də Müqəddəs Taxt-Tac tərəfindən 25 ildən bir qeyd edilən “Müqəddəs Yubiley İli” çərçivəsində Vatikan şəhər-dövlətinin qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasının mərmər örtüklərinin və dekorativ elementlərinin qorunmasını, təhlükəsizliyinin təmin olunmasını və bərpasını nəzərdə tutan sənəd imzalanmışdı.

Həmin müqavilə çərçivəsində Bazilikada aparılan bərpa və konservasiya işləri artıq uğurla tamamlanıb.




























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paytaxtın bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Paytaxtın bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

YAP tarixində yeni mərhələni diktə edən çağırışlar

YAP tarixində yeni mərhələni diktə edən çağırışlar

Radiatorların qarşısını pərdə ilə tutmaq olmaz – Ustalardan XƏBƏRDARLIQ

Radiatorların qarşısını pərdə ilə tutmaq olmaz – Ustalardan XƏBƏRDARLIQ

Vətən müharibəsinin xronikası: 6 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 6 oktyabr – VİDEO

Gözlənilməz pul, yeni iş imkanları və... - Bu 5 BÜRCÜN üzü güləcək

Gözlənilməz pul, yeni iş imkanları və... - Bu 5 BÜRCÜN üzü güləcək

Şanlıurfaya eniş edən təyyarədə bomba həyəcanı YALAN ÇIXDI

Şanlıurfaya eniş edən təyyarədə bomba həyəcanı YALAN ÇIXDI

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Kipr Latviyaya qalib gəldi

Kipr Latviyaya qalib gəldi

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Restoranda döyülən 32 yaşlı kişi öldü

Restoranda döyülən 32 yaşlı kişi öldü

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

End of content

No more pages to load

RADİO