Dağıstan rəhbəri Sergey Məlikov vəzifəsindən gedir.
Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, region rəhbərinin istefası barədə Rusiya prezidenti Vladimir Putin respublika nümayəndələri ilə görüşü zamanı məlumat verib.
"Respublikanın hazırkı rəhbəri Sergey Alimoviç Məlikovun səlahiyyət müddəti sentyabrda başa çatır. O, çox işlər görüb və biz buna görə ona minnətdarıq, lakin o, başqa işə keçir. Həyat davam edir," — deyə dövlət başçısı bildirib.
Putin Məlikovun Dağıstan rəhbəri postunda son iş gününün nə vaxt planlaşdırıldığını dəqiqləşdirməyib. Prezident respublika rəhbəri vəzifəsinə namizəd kimi regionun Ali Məhkəməsinin sədri Fyodor Şukini dəstəkləyib.
Qeyd edilib ki, Məlikov 2021-ci ildən Dağıstana rəhbərlik edir.
Bizim.Media