“Rəsmi Bakı hansısa ölkə ilə təmaslarını heç vaxt 3-cü tərəfə yönəltmir” – Əlibala Məhərrəmzadə

Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri Bakı–Kiyev münasibətlərinin mahiyyətini açıq nümayiş etdirdi. Səfər təkcə diplomatik protokol çərçivəsində baş tutan görüşlərlə məhdudlaşmadı, həm də iki ölkə arasında uzun illərə söykənən strateji tərəfdaşlığın yeni mərhələsini formalaşdıran mühüm siyasi hadisə kimi yadda qaldı.

Regionda cərəyan edən geosiyasi hadisələr fonunda bu səfərin beynəlxalq kontekstdə diqqətlə təhlil olunması təsadüfi deyil. Azərbaycan və Ukrayna arasında münasibətlər uzun tarixə söykənir.

İki ölkə hələ sovetlər birliyinin tərkibində olarkən güclü əlaqələri ilə seçilib və bu əlaqələr müstəqillik illərində daha da möhkəmlənib.

Ulu Öndər Heydər Əliyevin Ukraynanın keçmiş liderləri ilə sıx dostluq münasibətləri hər iki dövlətin vahid təşkilatlar çərçivəsində birgə fəaliyyətinə şərait yaradıb. Təsadüfi deyil ki, Azərbaycan və Ukrayna günü bu gün də BMT, ATƏT, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digərlərində bir-birinə qarşılıqlı dəstək verir, ərazi bütövlüyü və suverenlik prinsiplərini əsas götürdüklərini bəyan edirlər.
 

Bundan başqa, Azərbaycan ilə Ukrayna arasında əlaqələr konkret hüquqi-siyasi baza üzərində qurulub. 2008-ci ildə dövlət başçıları səviyyəsində imzalanmış strateji tərəfdaşlıq haqqında birgə bəyannamə bu gün iki ölkə arasında münasibətlərin istiqamətini müəyyən edən əsas sənəd kimi çıxış edir. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl xarici siyasət kursu nəticəsində münasibətlər inkişaf edərək daha da möhkəmlənib, növbəti mərhələyə qədəm qoyub.


Qəbələ şəhərində baş tutan görüşdə Azərbaycan lideri bildirdi ki, Volodimir Zelenskinin indiki səfəri ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsinə əlverişli şərait yaradır. Əməkdaşlığın bir çox istiqamətlərdə genişləndirilməsi hazırda qarşıda duran əsas hədəflərdəndir. Bu prosesdə Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyanın fəaliyyəti xüsusi diqqət çəkir. Hazırki beynəlxalq vəziyyət isə dövlətləri ilk növbədə, siyasi və təhlükəsizlik istiqamətində praqmatik və əlaqələndirilmiş mövqe ortaya qoymağa, səmimi münasibətləri gücləndirməyə vadar edir.

Bu münasibətlərin ən diqqətçəkən xüsusiyyətlərindən biri onların yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmaması, eyni zamanda humanitar müstəvini də əhatə etməsidir. Azərbaycan dövləti münaqişələrdən əziyyət çəkən xalqlara dəstək göstərməyi öz xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən edib və bu yanaşma Ukrayna ilə münasibətlərdə də açıq şəkildə hiss olunur.

Azərbaycanın uzun illər ərazi bütövlüyünün pozulması ilə üzləşmiş ölkə kimi müharibənin humanitar fəsadlarını dərindən dərk etməsi bu siyasətin əsasını təşkil edir.

Rəsmi Bakı fasiləsiz hərbi əməliyyatlar fonunda ukraynalılara

- Ərzaq və digər məhsulların göndərilməsi,

- Uşaqların reabilitasiya proqramlarının həyata keçirilməsi,

- Ukraynalı tələbələrin Azərbaycanda reabilitasiyası,

- Müharibə nəticəsində enerji sistemi sıradan çıxan Ukraynaya texniki cihazların göndərilməsi və digər formalarda dəstək verir.
 

Bu məsələlərin hər biri Azərbaycan üçün həssasdır, çünki, müharibədən ən çox psixoloji zərbə alan uşaqlar, gənclər, dinc sakinlər olur. Xalqımız erməni təcavüzü zamanı belə bir aqibət yaşadı. Ona görə də rəsmi Bakının ötən dövr ərzində bəzi dairələrin hətta qısqanclıqla yanaşdığı humanitar addımları Ukrayna xalqına səmimi münasibətindən irəli gəlir.


Ukraynadan olan uşaqların Azərbaycanda reabilitasiya proqramlarına cəlb olunması bu siyasətin ən bariz nümunələrindən biridir. Müharibələrin ən ağır psixoloji yükünü uşaqların daşıdığı nəzərə alınaraq onların sosial və psixoloji reabilitasiyasına xüsusi diqqət yetirilir.

Bakı-Kiyev əlaqələri üçün mühüm əməkdaşlıq istiqamətlərindən biri də iqtisadi sektordur.

Lakin 2022-ci ildən etibarən start götürən Rusiya-Ukrayna müharibəsindən sonra Ukraynanın ayrı-ayrı ölkələrlə iqtisadi-ticari əlaqələri barədə rəsmi statistikalar yoxdur.

Bununla belə, Ukrayna və Azərbaycan enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək potensialının olduğu qənaətindədir. Müharibə dövründə SOCAR-ın Ukraynada fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri ikitərəfli biznes əlaqələrini gücləndirməkdə əhəmiyyətli rol oynayır. Rəsmi Kiyev cari ildə Azərbaycanla hərtərəfli əməkdaşlığı daha da dərinləşdirməyi və bir sıra sahələrdə birgə layihələr həyata keçirməyi hədəflədiyini bildirir.

Prioritet əməkdaşlıq istiqamətləri isə nəqliyyat və logistika, investisiyaların cəlb edilməsi, eləcə də, enerji sayılır.

Hazırda Ukrayna Qazaxıstan neftinin Xəzər dənizi, daha sonra isə Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə nəqlini dəstəkləyir. Ukraynalılar təkcə Qazaxıstan neftinin alınmasında deyil, həm də həmin neftin ölkə ərazisində emalında, Qazaxıstan və Azərbaycandan olan tərəfdaşların iştirakı ilə neft məhsullarının Avropaya ixracında maraqlıdır. Kiyev həmçinin, Xəzər regionundan qaz almağa hazırlaşır. Nəqliyyat sektoruna gəldikdə isə, Kiyev Qazaxıstan və Azərbaycanla nəqliyyat-logistika sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. Xüsusilə, Ukrayna Çin və Mərkəzi Asiya ölkələrini Azərbaycan və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun - Orta Dəhlizin fəal iştirakçısı olmağı prioritet sayır.

Və daha bir strateji istiqamət...

Səfər çərçivəsində müzakirə olunan məsələlər arasında hərbi-texniki əməkdaşlıq da yer alsa da, bu mövzunun mahiyyətini düzgün anlamaq indi olduqca əhəmiyyətlidir. Prezidentlərin çıxışında da qeyd olundu ki, bu əməkdaşlıq Azərbaycanda təşkil olunur və əsasən müdafiə xarakteri daşıyır. Xüsusilə müasir müharibələrin əsas elementlərindən birinə çevrilmiş pilotsuz uçuş aparatlarına qarşı texnologiyaların inkişafı diqqət mərkəzindədir.
 

Rusiya-Ukrayna müharibəsi şəraitində Ukraynanın qazandığı təcrübə bu sahədə praktik əhəmiyyət kəsb edir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan prinsipial olaraq müharibənin hərbi komponentində iştirak etmir və bu mövqeyini dəyişmir. Bir sözlə, Cənubi Qafqaz regionunun diplomatik paytaxtı olaraq, Bakı hər hansı münaqişəyə subyektiv baxış ortaya qoymur, əksinə, 30 illik işğalın fəsadlarını nəzərə alaraq qlobal münaqişələrin sülh platformalarında həllini ədaləti təmin etmənin əsas yolu hesab edir.


Məhz buna görədir ki, prezident Zelenski münaqişənin həllində rəsmi Bakının vasitəçilik missiyasına qoşulmasını dəstəklədiyini deyir. Beləliklə, Ukrayna müharibəni bitirmək prosesində Azərbaycanın vasitəçilik töhfələrinə ehtiyac duyduğunu açıq etiraf edir ki, bu da Prezident İlham Əliyevin həyata keçirdiyi diplomatik siyasətin növbəti uğuru sayılmalıdır.

Hazırda Ukrayna ilə siyasi əlaqələr qurmaq hər bir ölkədən qətiyyət, prinsipiallıq tələb edir.

Prezident İlham Əliyevin bir çox beynəlxalq tribunalarda – Avropa Siyasi Birliyi, Münxen Təhlükəsizlik Konfransı və digərlərində Volodimir Zelenski ilə keçirdiyi ikitərəfli görüşlər hər iki liderin hətta müharibə şəraitində belə siyasi təmasları davam etdirməkdə maraqlı olduğunu göstərir. Rəsmi Bakının xarici siyasətinin prioritet xətti isə budur: Azərbaycan müharibədən əziyyət çəkən ölkə olaraq hərbi əməliyyatları, qarşıdurmaları dəstəkləmir.

Azərbaycan müstəqil dövlət kimi xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini milli maraqlarına uyğun qurur və həyata keçirir.

Rəsmi Bakı hansısa ölkə ilə təmaslarını heç vaxt 3-cü tərəfə yönəltmir.

Azərbaycan Ukrayna və Rusiya arasında münaqişədə hər hansı bir formada iştirak etmir və hərbi komponentlərdən tamamilə uzaqdır.
 

Azərbaycanın əldə etdiyi digər mühüm təcrübə mina təmizləmə və post-münaqişə bərpası sahəsindədir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı işlər ölkəyə bu istiqamətdə unikal bilik və bacarıqlar qazandırıb. Bu təcrübə gələcəkdə Ukrayna üçün də faydalı ola bilər. Azərbaycan mina təmizləmə avadanlıqları və texniki biliklərlə dəstək verə, eyni zamanda bərpa və quruculuq layihələrinin həyata keçirilməsində öz modelini bölüşə bilər. Bu isə artıq əməkdaşlığın yeni, post-münaqişə mərhələsinə yönəlik perspektivlərini ortaya qoyur.


Azərbaycan həmişə dost hesab etdiyi ölkələr arasında münasibətlərin inkişafını təşviq edir və bu xarici siyasətdə təməl prinsiplərindən biridir.

Bakı müxtəlif tərəflərlə eyni zamanda münasibətləri inkişaf etdirməyi bacarır və bu, regionda sabitlik baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan həm Ukrayna ilə strateji tərəfdaşlığını gücləndirir, həm də digər tərəflərlə münasibətlərini qoruyaraq çoxtərəfli əməkdaşlıq modelini davam etdirir.

Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı, professor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağ Evdə Levittin yerinə namizəd axtarışları başlayıb

Ağ Evdə Levittin yerinə namizəd axtarışları başlayıb

Stefanişina üçün 6 milyon qrivna girov ödənildi

Stefanişina üçün 6 milyon qrivna girov ödənildi

Novorossiyskdə üç taxıl terminalı fəaliyyətini dayandırdı - VİDEO

Novorossiyskdə üç taxıl terminalı fəaliyyətini dayandırdı - VİDEO

Ukraynada hərbçilərə dəstək verən şirkət haqqında yeni VİDEO yayımlandı

Ukraynada hərbçilərə dəstək verən şirkət haqqında yeni VİDEO yayımlandı

Soçidə yanacaq qıtlığı daha da dərinləşib - VİDEO

Soçidə yanacaq qıtlığı daha da dərinləşib - VİDEO

“Skelya” alayı “Azov” korpusunun operativ rəhbərliyinə keçir - VİDEO

“Skelya” alayı “Azov” korpusunun operativ rəhbərliyinə keçir - VİDEO

İran ABŞ-ın MQ-9 Reaper PUA-larının dörddə birini sıradan çıxarıb

İran ABŞ-ın MQ-9 Reaper PUA-larının dörddə birini sıradan çıxarıb

Ukrayna Rusiyaya bu ərazidə qarşılıqlı atəşlərin dayandırılmasını təklif etdi

Ukrayna Rusiyaya bu ərazidə qarşılıqlı atəşlərin dayandırılmasını təklif etdi

Prezident İlham Əliyevin Naxçıvan səfərinin siyasi və iqtisadi anatomiyası

Prezident İlham Əliyevin Naxçıvan səfərinin siyasi və iqtisadi anatomiyası

Səudiyyə Ərəbistanında neftayırma zavoduna PUA HÜCUMU

Səudiyyə Ərəbistanında neftayırma zavoduna PUA HÜCUMU

Rusiyada Telegram kanalına ödəniş edən şəxs həbs edildi

Rusiyada Telegram kanalına ödəniş edən şəxs həbs edildi

Wildberries anbarlarındakı hücumlar nəticəsində 11 milyondan çox kitab məhv edilib

Wildberries anbarlarındakı hücumlar nəticəsində 11 milyondan çox kitab məhv edilib

Tusk: Polşada Rusiya sifarişi ilə ABŞ vətəndaşına sui-qəsdin qarşısı alınıb

Tusk: Polşada Rusiya sifarişi ilə ABŞ vətəndaşına sui-qəsdin qarşısı alınıb

Biznesmenin etirafı - Jurnalistin evinin qarşısında partlayış təşkil edib

Biznesmenin etirafı - Jurnalistin evinin qarşısında partlayış təşkil edib

Londonda Meta-nın ağıllı eynəklərinə qarşı qadağalar artır

Londonda Meta-nın ağıllı eynəklərinə qarşı qadağalar artır

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Bu xərcləri mütləq hesablayın

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Bu xərcləri mütləq hesablayın

Rusiya və Ukrayna arasında növbəti ƏSİR mübadiləsi

Rusiya və Ukrayna arasında növbəti ƏSİR mübadiləsi

Antalyada meşə yanğını başladı

Antalyada meşə yanğını başladı

Konfrans Liqası: "Qarabağ" "Dinamo"nu məğlub edərək play-off-a yüksəldi - VİDEO

Konfrans Liqası: "Qarabağ" "Dinamo"nu məğlub edərək play-off-a yüksəldi - VİDEO

Azərbaycan XİN-dən mina partlayışları ilə bağlı PAYLAŞIM

Azərbaycan XİN-dən mina partlayışları ilə bağlı PAYLAŞIM

Britaniyada sərnişin qatarı relsdən çıxdı

Britaniyada sərnişin qatarı relsdən çıxdı

Xocavənddə güclü yanğın başladı

Xocavənddə güclü yanğın başladı

Putin Ukrayna PUA-larından qorunmaq üçün zirehli qatardan istifadə edir

Putin Ukrayna PUA-larından qorunmaq üçün zirehli qatardan istifadə edir

İran TRIPP layihəsi ilə bağlı Ermənistana xəbərdarlıq etdi

İran TRIPP layihəsi ilə bağlı Ermənistana xəbərdarlıq etdi

End of content

No more pages to load

RADİO