Fransa Prezidenti Emmanuel Makron Britaniya kralı III Çarlzın ABŞ-da fransız dili ilə bağlı zarafatına münasibət bildirib.
Bizim.Media xəbər verir ki, Makron bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
Çarlzın sözügedən çıxışının videosunu paylaşan Makron “Bu fantastik olardı!” şərhini yazıb.
Xatırladaq ki, Ağ Evdə keçirilən təntənəli şam yeməyi zamanı III Çarlz Prezident Trampa müraciət edərək Britaniyanın tarixi rolundan bəhs etmişdi:
"Cəsarətlə deyə bilərəm ki, əgər biz olmasaydıq, siz fransızca danışardınız", - deyə kral bildirib.

Bizim.Media