İlham Əliyev: "İkinci Qarabağ müharibəsi onların bizim qarşımızda heç bir şansının olmadığını göstərdi"

“Bilirsiniz, bu, Ermənistandakı vəziyyəti əks etdirən bir fikirdir. Regionda sülhün bərqərar olunması ilə bağlı bizim mövqeyimizə gəldikdə, mən bir neçə dəfə açıq bəyanatlar vermişəm və yəqin siz internetə baxsanız onları tapa bilərsiniz”. 

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev “France-24” televiziya kanalına müsahibəsində “Müharibənin ildönümü ilə əlaqədar müraciətinizdə Siz dediniz ki, - mən Sizdən sitat gətirirəm:

“Əgər biz erməni faşizminin bir daha baş qaldırdığını görsək, yeni təhlükə görsək, heç bir tərəddüd etmədən erməni faşizmini yenidən əzəcəyik”. Bu, sülh mesajı kimi səslənmir, elə deyilmi?” sualını cavablandırarkən deyib. 

Dövlət başçısı bildirib ki, bunlar xüsusilə sərhədlərin delimitasiyası və demarkasiyası üzərində işə başlamaqdan, Ermənistanla sülh sazişinin üzərində aparılacaq hərtərəfli danışıqlara hazırlaşmağa başlamaqdan ibarətdir:
 

“Bütün bunlar xoşməramlı jestlərdir. Yeri gəlmişkən, bunların heç birinə Ermənistan rəhbərliyi tərəfindən adekvat cavab verilməyib. Onlar ya bu təkliflərə məhəl qoymur, ya da ki, hazır olmadıqlarını deyirlər.


Lakin mənim bəyanatım öz mənşəyini Ermənistanda müşahidə etdiyimiz tendensiyadan götürür.

Bu siyasi istablişmentin bəzi dairələrində revanşizm tendensiyasıdır. Söhbət təkcə müxalifətdən getmir, iqtidardan da gedir. İntiqam almaq üçün ictimai bəyanatlardan və daha önəmlisi praktiki addımlardan, Ermənistanı militarizasiya etmək cəhdlərindən, bir məqsəd xatirinə edilən, müharibəyə yenidən başlamaq üçün yeni müasir avadanlıqlara çıxış əldə etmək cəhdlərindən gedir. Buna görə, mənim sözlərim kobud görünə bilər, lakin bu sözlərin əsas məqsədi Ermənistan rəhbərliyi və Ermənistan siyasi istablişmentini istənilən revanşizm əlamətlərinə, xalqımıza, dövlətçiliyimizə və ərazi bütövlüyümüzə qarşı istənilən təhlükəyə cavab veriləcəyi haqqında xəbərdar etməkdən ibarət idi. Onlar bizim necə cavab verdiyimizi bilir və İkinci Qarabağ müharibəsi onların bizim qarşımızda heç bir şansının olmadığını göstərdi. Biz müharibəyə başlamaq istəmirik. Bu, bizə lazım deyil. Danışıqlar aparılan illər ərzində bu, bizə heç vaxt lazım olmayıb. Lakin indi hesab edirəm ki, revanşizm səylərindən vaz keçmək və gələcəyə doğru baxmaq üçün onlara xəbərdarlıq etmək vaxtıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Bəhlül” rolu mənə təklif edilmişdi, varlı olduğu üçün istəmədim" - FOTO

“Bəhlül” rolu mənə təklif edilmişdi, varlı olduğu üçün istəmədim" - FOTO

Bu şəxslərə 3 il müavinət ödəniləcək - Əmlaklarına çıxarış veriləcək

Bu şəxslərə 3 il müavinət ödəniləcək - Əmlaklarına çıxarış veriləcək

Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi DƏYİŞDİ – QƏRAR

Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi DƏYİŞDİ – QƏRAR

Bəzi məktəblərdə 1-ci sinfə sərbəst qəbul başlayır - FOTO

Bəzi məktəblərdə 1-ci sinfə sərbəst qəbul başlayır - FOTO

“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi – FOTO

“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi – FOTO

“Qarabağ”dan ayrılan Addainin yeni klubu bəlli oldu

“Qarabağ”dan ayrılan Addainin yeni klubu bəlli oldu

Küləkli hava ilə bağlı Bakıda aşan ağacların sayı MƏLUM OLDU - FOTO

Küləkli hava ilə bağlı Bakıda aşan ağacların sayı MƏLUM OLDU - FOTO

Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?

Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?

Zelenski ABŞ-a çatdı: “Prioritetimiz Amerika ilə strateji əməkdaşlıqdır” – VİDEO

Zelenski ABŞ-a çatdı: “Prioritetimiz Amerika ilə strateji əməkdaşlıqdır” – VİDEO

Piyadanın bu hərəkəti gündəm oldu – Qəsdən maşının qabağına yıxıldı – ANBAAN VİDEO

Piyadanın bu hərəkəti gündəm oldu – Qəsdən maşının qabağına yıxıldı – ANBAAN VİDEO

Argentinaya vurduğu qolla “ən yaxşı qolun müəllifi” oldu

Argentinaya vurduğu qolla “ən yaxşı qolun müəllifi” oldu

Yaxın Şərqdə gərginlik ARTIR - Neft BAHALAŞACAQ?

Yaxın Şərqdə gərginlik ARTIR - Neft BAHALAŞACAQ?

Qızıl və gümüş ucuzlaşdı

Qızıl və gümüş ucuzlaşdı

Emin valideynlərə səsləndi: “Buna görə cərimələyəcəyik” – VİDEO

Emin valideynlərə səsləndi: “Buna görə cərimələyəcəyik” – VİDEO

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı – FOTO

28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı – FOTO

Güləş üzrə U-17 dünya çempionatının ikinci gününə start verilir

Güləş üzrə U-17 dünya çempionatının ikinci gününə start verilir

Biləsuvarda sürücü sükan arxasında dünyasını dəyişdi

Biləsuvarda sürücü sükan arxasında dünyasını dəyişdi

Valideynlərə məsləhət: Uşaq israrla nəsə istəyirsə, deyin ki, süni intellekt icazə vermir – VİDEO

Valideynlərə məsləhət: Uşaq israrla nəsə istəyirsə, deyin ki, süni intellekt icazə vermir – VİDEO

Rusiya bu gecə Ukraynaya 131 dronla hücum edib – FOTO

Rusiya bu gecə Ukraynaya 131 dronla hücum edib – FOTO

Barselona metrosunda güclü YANĞIN: 130-dan çox insan tüstüdən zəhərləndi – VİDEO

Barselona metrosunda güclü YANĞIN: 130-dan çox insan tüstüdən zəhərləndi – VİDEO

Qubada ağır qəza: Sürücü vəfat etdi

Qubada ağır qəza: Sürücü vəfat etdi

Gəncədə çay evində mübahisə qanla nəticələndi

Gəncədə çay evində mübahisə qanla nəticələndi

Zelenski ilə Trampın görüş vaxtı açıqlandı - FOTO

Zelenski ilə Trampın görüş vaxtı açıqlandı - FOTO

End of content

No more pages to load

RADİO