Ötən gün Quba-Qusar yolunun Xucbala kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, "Mercedes" markalı minik avtomobili yük maşını ilə toqquşub.
Hadisə zamanı "Mercedes"in sürücüsü, Quba şəhər sakini, 30 yaşlı Adil Nadir oğlu Qasımov hadisə yerində ölüb.
Faktı Quba Rayon Polis Şöbəsi araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu