ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenskinin bu gün saat 16:30-da (yerli vaxt – red.) görüşü planlaşdırılıb. Görüşün vaxtı Ağ Ev rəhbərinin rəsmi iş qrafikində göstərilib.
Bizim.Media xəbər verir ki, bu barədə The Hill nəşri məlumat yayıb.
Zelenski sabah ABŞ Senatında senatorlarla da görüş keçirəcək. Nəşrin yazdığına əsasən, görüşə Senatın bütün 100 üzvü dəvət olunub.
Bildirilib ki, müzakirə olunacaq əsas mövzulardan biri Rusiyaya qarşı yeni sanksiyalar nəzərdə tutan qanun layihəsi olacaq.

Bizim.Media