Bu şəxslərə 3 il müavinət ödəniləcək - Əmlaklarına çıxarış veriləcək

"Prezident İlham Əliyev "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Qanuna dəyişiklikləri təsdiq edib. Sənədə əsasən, azad olunmuş ərazilərə köçürülən, dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilən və ya təklif olunan mənzildən imtina edən keçmiş məcburi köçkünlər 3 il müddətində sosial müdafiə tədbirləri ilə əhatə olunacaqlar".

Bizim.Media xəbər verir ki, bunu deputat Vüqar Bayramov özünün Facebook hesabında qeyd edib.

O bildirib ki, hazırda keçmiş məcburi köçkünlər üçün hansı güzəştlər nəzərdə tutulubsa, onlar dövlət tərəfindən mənzillə təmin olunduqdan sonra 3 il müddətində həmin güzəştlərdən istifadə edə biləcək:

"Nazirlər Kabinetinin qaydalarına əsasən, məcburi köçkün statusu və müavinət almaq hüququ olan bir ailə üzvünə görə aylıq 60 manat məbləğində ödəniş həyata keçirilir. Eyni zamanda, keçmiş məcburi köçkün ailələrinin övladları dövlət universitetlərinə ödənişli əsaslarla qəbul olunduqda onların təhsil haqları dövlət tərəfindən qarşılanır.

Bundan başqa, bir sıra rüsumlar üzrə də güzəştlər mövcuddur. Yeni dəyişikliklərə əsasən, həmin güzəştlər və sosial dəstək mexanizmləri mənzillə təmin olunduqdan sonra da üç il ərzində qüvvədə qalacaq.  

Eyni zamanda, məsələn, keçmiş məcburi köçkün ailəsinin övladı universitetə daxil olan zaman güzəşt hüququna malikdirsə, onun təhsil müddəti 3 ildən artıq olsa belə, bu hüquq bütün təhsil dövrünü əhatə edəcək. Yəni, tələbə universitetə qəbul olarkən güzəşt hüququna sahibdirsə, həmin hüquq onun bütün təhsil müddəti ərzində qüvvədə qalacaq. 

Sənədə əsasən, işğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondu yaradılmasına başlanılır. Fond işğaldan azad olunmuş ərazilərdə mülkiyyətlə təmin olunan əhalinin mülkiyyət hüququnun tanınmasını və onlara Dövlət Reyestrindən çıxarışların verilməsini həyata keçirəcək.

Bu da o deməkdir ki, əgər əvvəlki dövrlərdə məcburi köçkünlər dövlətdən mənzil verilən zaman onlara çıxarış verilmirdisə, artıq yeni qanunla mənzillə təmin olunan məcburi köçkünlər çıxarışla təmin ediləcək. Beləliklə, öz dədə-baba yurduna qayıdan soydaşlarımızın mülkiyyət hüququ tanınacaq".

Deputat qeyd edib ki, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın təkmilləşdirilməsinə dair üç ay müddətində zəruri tədbirlər görüb Azərbaycan Prezidentinə məlumat verməlidir:

"Nazirlər Kabineti isə işğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondunun yaşayış sahələrinə məcburi köçkünlərin köçürülməsi və həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi qaydasını dörd ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdırılmaqla təsdiq etməlidir.

Son dəyişikliklər dövlətin keçmiş məcburi köçkünlərə göstərdiyi sosial dəstəyin davamlı xarakter daşıdığını nümayiş etdirir. Bu addım onu göstərir ki, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıtdıqdan və dövlət tərəfindən mənzillə təmin olunduqdan sonra da müəyyən müddət ərzində sosial qayğı ilə əhatə olunacaqlar".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yazıçılar Poliklinikasına yalnız yazıçılar müraciət edə bilər? – RƏSMİ AÇIQLAMA

Yazıçılar Poliklinikasına yalnız yazıçılar müraciət edə bilər? – RƏSMİ AÇIQLAMA

Azərbaycan XİN Qvineyanı təbrik etdi – FOTO

Azərbaycan XİN Qvineyanı təbrik etdi – FOTO

Həmin təyyarədəki sərnişinlər danışdı - “Məni öldürün” deyə qışqırırdı

Həmin təyyarədəki sərnişinlər danışdı - “Məni öldürün” deyə qışqırırdı

Vanqanın 2027-ci il proqnozu üzə çıxdı

Vanqanın 2027-ci il proqnozu üzə çıxdı

Balıqdan 50 dəfə çox D vitamini var: Balkonunda əkən varlı olur

Balıqdan 50 dəfə çox D vitamini var: Balkonunda əkən varlı olur

YAP-ın VIII Qurultayı keçirilir: İlham Əliyev çıxış edir – FOTO

YAP-ın VIII Qurultayı keçirilir: İlham Əliyev çıxış edir – FOTO

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Qətlə yetirilən Şəhanə üç il əvvəl ailə qurubmuş - Hadisə yerindən görüntülər – VİDEO

Qətlə yetirilən Şəhanə üç il əvvəl ailə qurubmuş - Hadisə yerindən görüntülər – VİDEO

Altı il öncə bu gün – 2 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 2 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Hikmət Hacıyev: “Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh sazişinə doğru son addımdır”

Hikmət Hacıyev: “Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh sazişinə doğru son addımdır”

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Səhvən sağ ayaq əvəzinə sol ayağını kəsdilər

Səhvən sağ ayaq əvəzinə sol ayağını kəsdilər

Qeyri-sabit hava ilə bağlı ƏHALİYƏ ÇAĞIRIŞ

Qeyri-sabit hava ilə bağlı ƏHALİYƏ ÇAĞIRIŞ

Rusiyada mobil telefon dövrü bitdi: Masaüstü telefon almağa başladılar

Rusiyada mobil telefon dövrü bitdi: Masaüstü telefon almağa başladılar

YAP-ın qurultayına belə gəldilər - Fotolar

YAP-ın qurultayına belə gəldilər - Fotolar

Rusiyadan xaricə pul köçürmələrinə MƏHDUDİYYƏT – Soydaşlarımızı nə gözləyir?

Rusiyadan xaricə pul köçürmələrinə MƏHDUDİYYƏT – Soydaşlarımızı nə gözləyir?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Güllü Muradovaya vəzifə verildi – FOTO

Güllü Muradovaya vəzifə verildi – FOTO

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

Uzatma kabelləri tarixə qovuşur

Uzatma kabelləri tarixə qovuşur

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Çörək UCUZLAŞACAQ?

Çörək UCUZLAŞACAQ?

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

End of content

No more pages to load

RADİO