28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı – FOTO

Gənc Azərbaycanlıların dünya səhnələrində uğur hekayələri həmişə ölkəmizi sevindirib. Bu cür halların xüsusən elm və təhsil sahəsində, dünyada baş verən yeniliklər əsasında olması diqqət mərkəzində olub.

Bizim.Media xəbər verir ki, öz bilik və bacarıqları, elmləri sayəsində son texnologiyalara öz töhfələrini verən həmvətənlərimizin sayı çox deyil.

Onlardan biri də İngiltərədə yaşayan Yusif Eyyubovdur (Iusiph Eiubovi).

Böyük Britaniyada tanınan gənc alim

Elm və təhsilə özünü həsr edən Y.Eyyubov (Iusiph Eiubovi) gənc yaşlarında alimlik dərəcəsi almağı bacarıb və Böyük Britaniyada hibrid süni intellekt üzrə aparıcı alimlərindən biri kimi tanınır. 28 yaşlı azərbaycanlı Avropanın və dünyanın qabaqcıl ölkələrindən olan Böyük Britaniyada elm və texnika sahəsində iz qoymağı bacarıb. Şirkət digər maliyyə mənbələri və mükafatlarla yanaşı, təkcə Böyük Britaniya hökumətindən səhmsiz (non-dilutive) olaraq 1 milyon dollardan çox qarşılıqsız qrant dəstəyi əldə edib və dünyanın aparıcı sənaye giqantları ilə əməkdaşlıq edir.

Elə onun həmtəsisçisi olduğu Böyük Britaniyanın sənaye süni intellekti şirkəti “EntroMetrix” qısa müddətdə beynəlxalq arenada uğurlar qazanıb.

“Qafqazinfo” xəbər verir ki, şirkət milyonlarla dollar maliyyə dəstəyi əldə edib, nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb və dünyanın aparıcı sənaye şirkətləri ilə əməkdaşlıq edir.

Elmi əsaslar və təhsil

Dr. Yusif Eyyubov “EntroMetrix”in fizika qanunlarına əsaslanan süni intellekt texnologiyasının yaradıcılarından biridir. O, süni intellekti mühəndislik, fizika və termodinamika ilə birləşdirən qabaqcıl hibrid modellər hazırlayıb. Təhsilini “Kembric Universiteti” (University of Cambridge) nüvə enerjisi mühəndisliyi və “İmperial Kollec Londonda” (Imperial College London) kimya mühəndisliyi sahələrində bitirərək termodinamika və molekulyar modelləşdirmə sahəsi üzrə doktorluq (PhD) dərəcəsini müdafiə edib.

Bundan sonra isə o, alim Mohammed Ali ilə birlikdə böyük uğura imza atıblar. “Kembric Universiteti” və “İmperial Kollec London”un mühəndisləri – Dr. Mohammed Ali və Dr. Yusif Eyyubov “EntroMetrix”i yaradıblar.

“Kembric” Universitetinin professoru və araşdırmalar üzrə direktoru Professor Steve Evans isə şirkətin elmi məsləhətçisi olub.

Neft-qaz sənayesi ilə əməkdaşlıq və mükafat

Yusif Eyyubov dünyanın ən iri neft və qaz şirkətləri üçün qabaqcıl süni intellekt və termodinamik modellər hazırlayıb. Onun peşəkar fəaliyyəti “Shell” və “Oman”ın qlobal milli enerji şirkəti “Oman Oil Company” (yeni adı ilə “OQ”) ilə əməkdaşlığı əhatə edir.

“EntroMetrix” tekstil sənayesində ağır emal prosesləri üçün hazırladığı inqilabi texnologiyaya görə “H&M Foundation Global Change Award 2026” mükafatını qazanıb. Bu mükafat tekstil sənayesində innovasiya, texnologiya və davamlılıq sahəsində dünyanın ən nüfuzlu mükafatlarından biri hesab olunur və tez-tez “Tekstil dünyasının Nobel mükafatı” adlandırılır.

Dr. Yusif Eyyubov bu nüfuzlu mükafatı qazanan ilk azərbaycanlıdır.

Texnologiyanın sənayedəki tətbiqi

Qeyd edək ki, “EntroMetrix”in hibrid süni intellekt texnologiyasi kimya sənayesi, ağır sənaye, iri emal və proses müəssisələrinə mövcud zavod və avadanlıq infrastrukturunu dəyişmədən məhsuldarlığı əhəmiyyətli dərəcədə artırmağa imkan verir. Şirkətin təklif etdiyi bu universal yanaşma sənaye giqantlarına artıq sahib olduqları aktivlərdən maksimum səmərə əldə etməyə şərait yaradır ki, bu da uzun illər ərzində demək olar ki, mümkün hesab olunmurdu.

Şirkət sənaye müəssisələrində səmərəliliyi 25 faizə qədər artırmaq potensialını nümayiş etdirib. Bu isə qlobal sənaye miqyasında ümumilikdə milyardlarla dollar qənaət deməkdir.

“EntroMetrix”in hazırladığı modellər ənənəvi sənaye konsaltinqi və rəqəmsal transformasiya layihələri ilə müqayisədə nəticələri daha qısa müddətdə təqdim edir. Halbuki bu cür proqramlar adətən illərlə davam edir, milyonlarla dollar xərc tələb edir və yalnız bundan sonra real nəticə verir.

“EntroMetrix” Böyük Britaniya, İsveç, Niderland, Hindistan, Oman və Yaxın Şərqdə beynəlxalq tanınma qazanıb, istehsalçılar, investorlar, hökumətlər və qlobal innovasiya liderləri qarşısında təqdimatlarla çıxış edib.

Gələcək perspektivlər

Güclü dövlət dəstəyi, beynəlxalq tanınma, kommersiya marağı və sənayedə sübut olunmuş nəticələr sayəsində “EntroMetrix” yeni nəsil istehsal texnologiyaları sahəsində gələcəyin qlobal liderlərindən biri kimi mövqeyini möhkəmləndirir. Şirkət Böyük Britaniyanın ən perspektivli sənaye texnologiyaları şirkətlərindən biri kimi formalaşır və gələcəkdə Avropanın ən böyük və ən mühüm sənaye süni intellekt şirkətlərindən birinə çevrilmək potensialına malikdir.

Hazırda isə o, Böyük Britaniya hökumətinin süni intellekt üzrə ekspert kimi seçdiyi mütəxəssis olaraq fəaliyyət göstərir və dünyanın aparıcı istehsal müəssisələri ilə əməkdaşlıq edir və sənayenin rəqəmsal transformasiyası istiqamətində layihələrə rəhbərlik edir.

Onu da qeyd edək ki, Dr. Yusif Eyyubov bundan əvvəl “Shell”, “Ferrari” və “Schlumberger” kimi qlobal şirkətlərlə də çalışıb. EntroMetrix” həmçinin “Procter & Gamble” (P&G) kimi qlobal korporasiyaların diqqət mərkəzindədir və və bu cür giqantların dəstəyi ilə irəliləyir. (Qafqazinfo.az)










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yazıçılar Poliklinikasına yalnız yazıçılar müraciət edə bilər? – RƏSMİ AÇIQLAMA

Yazıçılar Poliklinikasına yalnız yazıçılar müraciət edə bilər? – RƏSMİ AÇIQLAMA

Azərbaycan XİN Qvineyanı təbrik etdi – FOTO

Azərbaycan XİN Qvineyanı təbrik etdi – FOTO

Həmin təyyarədəki sərnişinlər danışdı - “Məni öldürün” deyə qışqırırdı

Həmin təyyarədəki sərnişinlər danışdı - “Məni öldürün” deyə qışqırırdı

Vanqanın 2027-ci il proqnozu üzə çıxdı

Vanqanın 2027-ci il proqnozu üzə çıxdı

Balıqdan 50 dəfə çox D vitamini var: Balkonunda əkən varlı olur

Balıqdan 50 dəfə çox D vitamini var: Balkonunda əkən varlı olur

YAP-ın VIII Qurultayı keçirilir: İlham Əliyev çıxış edir – FOTO

YAP-ın VIII Qurultayı keçirilir: İlham Əliyev çıxış edir – FOTO

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Qətlə yetirilən Şəhanə üç il əvvəl ailə qurubmuş - Hadisə yerindən görüntülər – VİDEO

Qətlə yetirilən Şəhanə üç il əvvəl ailə qurubmuş - Hadisə yerindən görüntülər – VİDEO

Altı il öncə bu gün – 2 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 2 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Hikmət Hacıyev: “Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh sazişinə doğru son addımdır”

Hikmət Hacıyev: “Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh sazişinə doğru son addımdır”

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Səhvən sağ ayaq əvəzinə sol ayağını kəsdilər

Səhvən sağ ayaq əvəzinə sol ayağını kəsdilər

Qeyri-sabit hava ilə bağlı ƏHALİYƏ ÇAĞIRIŞ

Qeyri-sabit hava ilə bağlı ƏHALİYƏ ÇAĞIRIŞ

Rusiyada mobil telefon dövrü bitdi: Masaüstü telefon almağa başladılar

Rusiyada mobil telefon dövrü bitdi: Masaüstü telefon almağa başladılar

YAP-ın qurultayına belə gəldilər - Fotolar

YAP-ın qurultayına belə gəldilər - Fotolar

Rusiyadan xaricə pul köçürmələrinə MƏHDUDİYYƏT – Soydaşlarımızı nə gözləyir?

Rusiyadan xaricə pul köçürmələrinə MƏHDUDİYYƏT – Soydaşlarımızı nə gözləyir?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Güllü Muradovaya vəzifə verildi – FOTO

Güllü Muradovaya vəzifə verildi – FOTO

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

Uzatma kabelləri tarixə qovuşur

Uzatma kabelləri tarixə qovuşur

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Çörək UCUZLAŞACAQ?

Çörək UCUZLAŞACAQ?

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

End of content

No more pages to load

RADİO