Sosial sığorta şəhadətnaməsi ləğv olunur - Prezident təsdiqlədi 

Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur.

Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, qanunvericiliyə sığortaolunana fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını nəzərdə tutan əlavə edilib.

Prezident İlham Əliyev “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunları təsdiq edib və bununla əlaqədar Fərmanlar imzalayıb.

Yeni qanunlarla dövlət sosial sığorta şəhadətnaməsi ləğv edilir və həmin şəhadətnaməyə dair müddəalar qanunvericilik aktlarından çıxarılıb. 

İndiyədək qanunvericilikdə əksini tapan “dövlət sosial sığorta şəhadətnaməsi” sözləri sadəcə olaraq “sosial sığorta” ilə, “dövlət sosial sığorta şəhadətnaməsi olmayan” sözləri “fərdi uçota alınmamış” sözləri, “şəhadətnaməsinin verilməsi” sözləri “sistemində fərdi uçotun həyata keçirilməsi” sözləri ilə əvəzlənib. Həmçinin Əmək Məcəlləsinin 48-ci maddənin 1-ci hissəsindəki “və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla)” sözləri çıxarılıb. 

Beləliklə, aparılan sosial islahatların tərkib hissəsi kimi, elektronlaşma proqramı çərçivəsində fərdi uçot barədə dolğun e-informasiya bazaları formalaşdırılıb. Hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılaraq ödənilən məcburi dövlət sosial sığorta haqları bu hesablarda qeydə alınır. Bu kimi innovativ həllərin nəticəsi olaraq və e-sistemdə vətəndaşların daimi sosial sığorta nömrəsinin olmasının kifayət etməsi nəzərə alınaraq,  sosial sığorta şəhadətnaməsinin maddi daşıyıcıda çap edilərək təqdim edilməsinə ehtiyac qalmayıb.

Eyni zamanda, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanuna sığortaolunana fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin edilməsini nəzərdə tutan əlavə edilir.

Qeyd edək ki, dövlət başçısının  5 sentyabr 2018-ci il tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan “e-sosial” internet portalı  vətəndaşlara əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya, ödənilmiş məcburi dövlət sosial sığorta haqları ilə bağlı məlumatları və s. sahələr üzrə mütəmadi olaraq yenilənən məlumatları istənilən vaxt asanlıqla əldə edə bilmək imkanı verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hidayət Süleymanov Monteneqroda tutularaq Azərbaycana gətirildi

Hidayət Süleymanov Monteneqroda tutularaq Azərbaycana gətirildi

Bakıdakı dünya çempionatında növbəti uğur: Əli Cavadlı gümüş qazandı - FOTO

Bakıdakı dünya çempionatında növbəti uğur: Əli Cavadlı gümüş qazandı - FOTO

Baş nazirdən qaz təchizatı obyektləri ilə bağlı MÜHÜM QƏRAR

Baş nazirdən qaz təchizatı obyektləri ilə bağlı MÜHÜM QƏRAR

Xalq artisti Habil Əliyevin adı musiqi məktəbinə VERİLDİ

Xalq artisti Habil Əliyevin adı musiqi məktəbinə VERİLDİ

Avtomobil kreditləri bahalaşdı — Yeni rəsmi faiz dərəcələri

Avtomobil kreditləri bahalaşdı — Yeni rəsmi faiz dərəcələri

Magistratura imtahanının nəticələri ELAN OLUNDU

Magistratura imtahanının nəticələri ELAN OLUNDU

Ağır xəstəliyi olanlar üçün yeni İMKAN - Kimlər üçün əlçatan olacaq?

Ağır xəstəliyi olanlar üçün yeni İMKAN - Kimlər üçün əlçatan olacaq?

Seda Sayan: “Haluk Leventə güvenmirdim” – FOTO

Seda Sayan: “Haluk Leventə güvenmirdim” – FOTO

Azərbaycanda yetişdirilən samuray arıları ilk dəfə təbiətə buraxılıb

Azərbaycanda yetişdirilən samuray arıları ilk dəfə təbiətə buraxılıb

Miqrasiya sahəsində yeniliklər jurnalistlərə təqdim olundu – FOTO

Miqrasiya sahəsində yeniliklər jurnalistlərə təqdim olundu – FOTO

Zelenski münasibətlər gərginləşəndən sonra ilk dəfə Polşaya GETDİ - FOTO

Zelenski münasibətlər gərginləşəndən sonra ilk dəfə Polşaya GETDİ - FOTO

Netanyahu Zelenski ilə görüşmək istəməyib- KİV

Netanyahu Zelenski ilə görüşmək istəməyib- KİV

Azərbaycan Kinematoqrafçılar İttifaqı LƏĞV olunur? - FOTO

Azərbaycan Kinematoqrafçılar İttifaqı LƏĞV olunur? - FOTO

Ukrayna Luqanska hücum etdi - Rahib həyatını itirdi

Ukrayna Luqanska hücum etdi - Rahib həyatını itirdi

Rusiyadan miqrasiya AXINI – Azərbaycanda mənzillər yenidən BAHALAŞACAQ?

Rusiyadan miqrasiya AXINI – Azərbaycanda mənzillər yenidən BAHALAŞACAQ?

Venesuela XİN İran səfirinə etiraz notası təqdim etdi

Venesuela XİN İran səfirinə etiraz notası təqdim etdi

Qusarda 6 kəndi birləşdirən yol YENİLƏNİR – FOTO

Qusarda 6 kəndi birləşdirən yol YENİLƏNİR – FOTO

Sabah saat 08:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 08:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Alimlər qidalana bilən sintetik hüceyrə yaradıb- Elmdə ilk

Alimlər qidalana bilən sintetik hüceyrə yaradıb- Elmdə ilk

Azərbaycanda bu peşələrdə maaş 10 minə çatır

Azərbaycanda bu peşələrdə maaş 10 minə çatır

Türkiyədə dəhşətli meşə yanğını– VİDEO

Türkiyədə dəhşətli meşə yanğını– VİDEO

Bu abidələrimiz bərpa olunur- Fotolar

Bu abidələrimiz bərpa olunur- Fotolar

Təkoğullara hərbi xidmətdə hansı güzəştlər veriləcək? - AÇIQLAMA

Təkoğullara hərbi xidmətdə hansı güzəştlər veriləcək? - AÇIQLAMA

Elnur Azadxanov vəzifəsindən AZAD EDİLDİ

Elnur Azadxanov vəzifəsindən AZAD EDİLDİ

End of content

No more pages to load

RADİO