Azərbaycanda yetişdirilən samuray arıları ilk dəfə təbiətə buraxılıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin ölkədə ilk dəfə olaraq yetişdirdiyi samuray arılarının ilk partiyası Zaqatala rayonunda təbiətə buraxılıb.

Bizim.Media bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində aqrar sahədə bioloji mübarizə tədbirləri genişləndirilir. Samuray arıları nazirliyin təşkiltçıllığı, BMT-nin Ərzaq və Kənd təsərrüfatı təşkilatının (FAO) dəstəyi ilə Agentliyin bioloji agentlərin istehsalı laboratoriyasında yetişdirilib.

Aqrar Xidmətlər Agentliyi qəhvəyi mərmər bağacığına qarşı bioloji mübarizə tədbirlərinin ilk mərhələsinə iyulun əvvəlində Türkiyədən gətirilən 20 min samuray arısı ilə start verib. Gətirilən həşəratlardan 120-si istehsal məqsədilə Agentliyin bioloji agentlərin istehsalı laboratoriyasında saxlanılıb və təbiətdən toplanmış qəhvəyi mərmər bağacığının yumurtaları ilə parazitləşdirilib. Nəticədə qısa müddət ərzində laboratoriya şəraitində 3 min samuray arısı yetişdirilib.

Buraxılışlar zərərvericinin yayılma arealı, aparılan monitorinqlərin nəticələri və yerli təsərrüfatların ehtiyacları nəzərə alınmaqla təşkil olunub. Təbiətə buraxılan samuray arılarının əsas məqsədi ilk öncə samuray arılarının təbii arealda yayılmasını təmin etmək və tədricən qəhvəyi mərmər bağacığının sayının azalmasına nail olmaq və onun sürətli çoxalmasının qarşısını almaqdır. Bu istiqamətdə aparılan tədbirlər kənd təsərrüfatı məhsullarının sağlam şəkildə istehsalına, ətraf mühitin qorunmasına və kimyəvi mübarizə vasitələrindən istifadənin minimuma endirilməsinə xidmət edir.
 

Mütəxəssislərin iştirakı ilə həyata keçirilən bu tədbirlər nəticəsində bioloji mübarizə imkanlarının daha da genişləndirilməsi və yerli şəraitə uyğun effektiv metodların tətbiqi nəzərdə tutulur. Məlum olduğu kimi, qəhvəyi mərmər bağacığı kənd təsərrüfatı bitkilərinə ciddi zərər vura bilən zərərvericilərdən biridir. Bu zərərvericiyə qarşı ekoloji baxımdan daha təhlükəsiz və səmərəli mübarizə üsullarından biri də təbii düşmənlərdən istifadə edilməklə aparılan bioloji mübarizədir.


Samuray arılarının tətbiqi qəhvəyi mərmər bağacığının yumurtalarının təbii şəkildə parazitləşdirilməsi prinsipi əsasında həyata keçirilir. Faydalı həşəratlar zərərvericinin yumurtalarını məhv edib onun çoxalmasının qarşısını alır, populyasiyasını azaldır, kimyəvi pestisidlərdən istifadənin minimuma endirilməsinə töhfə verir.

Bu bioloji mübarizə üsulu ekoloji cəhətdən təhlükəsiz və davamlı olmaqla yanaşı, kənd təsərrüfatı bitkilərinin qorunmasında effektiv vasitə hesab olunur. Samuray arılarının sahələrə buraxılması zərərvericinin yayılma vəziyyəti və aparılan monitorinqlərin nəticələri nəzərə alınmaqla həyata keçirilir.

Samuray arılarının təbiətə buraxılması prosesində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nasar Hayat da iştirak edib. Bu, Azərbaycanda bioloji mübarizə sahəsində mühüm mərhələdir.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Güllü Muradovaya vəzifə verildi – FOTO

Güllü Muradovaya vəzifə verildi – FOTO

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

Uzatma kabelləri tarixə qovuşur

Uzatma kabelləri tarixə qovuşur

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Çörək UCUZLAŞACAQ?

Çörək UCUZLAŞACAQ?

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO