Ağır xəstəliyi olanlar üçün yeni İMKAN - Kimlər üçün əlçatan olacaq?

Azərbaycanda hüceyrə terapiyası mərkəzi qurulur. Bu barədə Səhiyyə naziri Teymur Musayev bildirib. O, artıq mərkəzin infrastrukturunun hazırlandığını qeyd edib.  

Əlavə edib ki, hüceyrə terapiyası xəstəlikləri müalicə etmək və ya zədələnmiş toxumaları bərpa etmək üçün canlı hüceyrələrin xəstənin bədəninə köçürülməsinə əsaslanan müasir tibbi yanaşmadır. Bu üsul vasitəsilə hüceyrələr bioloji dərman rolunu oynayır. 

Mövzuyla əlaqədar Tibb elmləri doktoru, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Bizim.Media-ya açıqlamasında bildirib ki, bu addım Azərbaycanda regenerativ tibbin inkişafı və yüksək texnologiyalı tibbi xidmətlərin əlçatanlığının artırılması baxımından strateji əhəmiyyət daşıyır:

“Azərbaycanda hüceyrə terapiyası mərkəzinin yaradılması şəkərli diabet, uşaq serebral iflici və dağınıq skleroz kimi ağır xəstəliklərdən əziyyət çəkən insanlar üçün yeni bir ümid mənbəyi ola bilər. 
 

Dünyada hüceyrə terapiyası sürətlə inkişaf edən və gələcəyin tibbinin əsas istiqamətlərindən biri hesab olunan sahələrdəndir. Belə bir mərkəzin Azərbaycanda yaradılması həm elmi potensialın güclənməsinə, həm də vətəndaşlarımızın yüksək texnologiyalı müalicə üçün xaricə üz tutma ehtiyacının azalmasına mühüm töhfə verə bilər.


Lakin bu sahədə gözləntilərlə elmi reallıqlar arasında düzgün balans qorunmalıdır. Hüceyrə terapiyası bəzi xəstəliklərdə artıq öz effektivliyini sübut etmiş olsa da, bəzi istiqamətlərdə hələ də klinik tədqiqatlar davam edir. Buna görə də mərkəzin fəaliyyəti tam şəkildə beynəlxalq elmi sübutlara, etik prinsiplərə və təsdiq olunmuş klinik protokollara əsaslanmalıdır”.

Bəs mərkəz hər kəs üçün əlçatan olacaqmı? Onun imkanları icbari tibbi sığortanın xidmət zərflərinə daxil edilə bilərmi?

“Mərkəzin hər kəs üçün əlçatan olması isə əsasən dövlətin maliyyələşdirmə mexanizmlərindən və icbari tibbi sığorta sisteminə inteqrasiyasından asılı olacaq. Dünyanın əksər ölkələrində hüceyrə terapiyası yüksək maliyyətli müalicə üsullarından biridir. Effektivliyi sübut olunmuş müalicələrin mərhələli şəkildə icbari tibbi sığorta paketinə daxil edilməsi bu xidmətlərin daha geniş əhali üçün əlçatan olmasını təmin edə bilər”,- deyə Rəşad Mahmudov qeyd edib.

Müsahibimiz yeni yaradılacaq mərkəzin hansı xəstəliklərin müalicəsi üçün əhəmiyyətli olduğunu da açıqlayıb. O, deyib ki, perspektiv baxımından hüceyrə terapiyası yalnız diabet, uşaq serebral iflici və dağınıq sklerozla məhdudlaşmır:

“Bu sahə hematoloji və bəzi onkoloji xəstəliklər, sümük iliyi patologiyaları, regenerativ ortopediya, ağır yanıqlar və müəyyən autoimmun xəstəliklərin müalicəsində də mühüm imkanlar yaradır. Bununla belə, hər bir xəstəlik üzrə tətbiq sahəsi və effektivlik səviyyəsi ayrıca elmi qiymətləndirilməlidir.
 

Hesab edirəm ki, yaradılacaq mərkəz təkcə müalicə müəssisəsi deyil, eyni zamanda elmi-tədqiqat və təlim mərkəzi kimi fəaliyyət göstərməlidir. Burada yerli mütəxəssislərin hazırlanması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, klinik tədqiqatların aparılması və pasiyent nəticələrinin uzunmüddətli izlənməsi əsas prioritetlərdən olmalıdır. Bu yanaşma Azərbaycanın regenerativ tibb sahəsində regionun aparıcı elmi və klinik mərkəzlərindən birinə çevrilməsi üçün möhkəm zəmin yarada bilər.


Azərbaycan səhiyyəsində həyata keçirilən ardıcıl islahatlar, müasir texnologiyaların tətbiqi və belə innovativ layihələrin reallaşdırılması yaxın gələcəkdə hər bir vətəndaşımızın həyat keyfiyyətinə, sağlamlığına və gözlənilən ömür müddətinin artmasına öz müsbət təsirini göstərəcək”.

Nəzrin Mirzəyeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Güllü Muradovaya vəzifə verildi – FOTO

Güllü Muradovaya vəzifə verildi – FOTO

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

Uzatma kabelləri tarixə qovuşur

Uzatma kabelləri tarixə qovuşur

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Çörək UCUZLAŞACAQ?

Çörək UCUZLAŞACAQ?

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO